Qadınla.Com'un kitabsevər qızları - Cema_Axodova

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 2 704
Səs ver:
(səs: 0)
Salam olsun Qadınla.Com'un hörmətli istifadəçilərinə :03: Keçid alaq layihənin mövzusuna :20:
Deməli, oxuyub ən sevdiyiniz, bəyəndiyiniz bir kitab haqqında məlumat verəcəksiniz, bu kitabı nəyə görə bəyənirsiz? Kitab sizə nələr aşıladı? Kitab haqqında qısaca özət də keçə bilərsiniz) Və beləliklə kitabsevər istifadəçilərimiz (elə biri də özüm :)) həm kitab örnəyi almış olacaq,həm də yeni kitablar və onların mahiyyəti haqqında öyrənmiş olacağıq.
Layihəmin bu dəfəki qonağı Cema_Axodova nikidir.

"Çox əsərlər oxumuşam dünya və yerli ədəbiyyatdan. Uzun roman olsada 5cildlik kitabdı. Viktor Huqonun “Səfillər” romanı.inanıram hər kəs onu oxumuş olar.əsərdə xoşuma gələn hər mövzuya toxunulub hələdə möhrünü vurmuş kitabdı. Orda Jan Vajan haqda gedir o çox kasıb olub bacısı və onun övladlarını saxlamaq üçün oğurluq edir və tutulur 5il həbs cəzası alır ancaq türmədən qaçmaq istəyi ürəyində qalır ona görədə 19il yatır türmədə.türmədən çıxdıqdan sonra çətin həyatı başlayır işsiz qalır bir yepiskop pna köməklik edir ancaq Jan Vajan yenə oğurluq edir yepiskopdan oğurluq edir onu tutanda yepiskop şikayət eləmir deyir hədiyyə vermişəm.yepiskopun bu jesti bir insanın həyatın dəyişir daha pis əməllər eləmir. Əksinə varlanır fabrik sahibi olur insanlara köməklik edir.Hələ o balaca qızcığaca elədiyi çox təsirlidi.anası əxlaqsız olan fabrikində çalışan Kozettanın ölən anasına verdiyi vədə əməl edir onun qızını tapır saxlayır övladlığa götürür. Onu izləyən polisin həyatın qurtarır.bi əsərdə qarışıq janrlar var ona görədə çox sevirəm bu əsəri.
Uzun yazılsada maraqlı romandı.5ci hissəni tapa bilmirdim. Rəhmətlik Azərbaycan dili müəllimim Şaiq müəllimdən istəmişdim oda vermişdi mənə.sonra müəllimlə mütaliyə etmişdik məktəbdə bu romanı.mənə seçimimin gözəl olduğunu həmdə əsərin incəliklərin anlatmışdı. Yerli ədəbiyyatdan Mirzə Ələkbər Sabirin satiraların çox sevirəm. Daha çox oxuduğum kitablar 19cu əsrin axırınacan yazılanlardı. Məncə o zamanki əsərlər daha çox öz dövrünü gözəl ifadə edir, yalan yoxdu, reallığa daha uyğundur. Müassir ədəbiyyatda oxuyuram ancaq onları 2-3dəfə dalbadal oxumaq maraqsız olur mənə məzmun tez bezdirir məni.düzdür indi bir kitabı ancaq bir aya zorla oxuyib qurtarıram uşaqlar qoymur. Amma yenədə oxuyuram.qızımada nağıllar kitabı alıram indidən həvəslidi kitab oxumağa.oxuduqdan sonra nə anladın deyə soruşuram çıxartdığı nəticəni deyir.
Yənədə təşəkkür edirəm gözəlim"


P.S. Mən təşəkkür edirəm :) Layihəyə qatılmaq istəyirsinizsə şəxsi ismarıcla mənə müraciət edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 704
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri