Nergizz ilə müsahibə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 18
Baxılıb: 2 917
Səs ver:
(səs: 9)
1.Salam bacı Qadınlar.biz ailəsinə xoş gəlmisən səni aramızda görməyimizə sadıq.
Salam canım məndə burda sizlərlə oldgum üçün cox şadam..

2.Buyur özünü təqdim elə adın yaşın doğum günün neçənci il?
Adım Nuranə dogum tarixim.1977-ci il 1 iyul.

3.Mətbəxə, ev işlərinə münasibətin necədi canım daha çox sevdiyin yemək və sevmədiyin yemək tərzin hansıdı?
Mətbəxi cox sevirəm demək olarki günüm orda keçir.Məncə qadın istər mətbəx istər ev işlərində bacarıqlı usta olmalıdı.hər tərzdə yeməkləri xoşluyram. və bişirirəm.

4.Bacım hansı məktəbdə oxumusan hansı Universetdə təhsil almısan təhsilin nədi?
Kənd məktəbində oxmuşam.Təhsilim tibb bacısıdır Naxcivan tibb texnikomunda oxumuşam 8 il rayonda işləmişəm indi işləmirəm.

5.Ana olmamışdan öncə olan ve ana olandan sonra özündə dəyişikliklər hiss etdinmi?
Əlbətdə ki cox dəyişiklik hiss etdim.Analıq məsuliyyəti.

6.Əsəbiləşməyin atəşi əvvəlcə sahibini yandirar, sonra qığılcımı düşmənə ya çatar,ya çatmaz. Səni əsəbləşdirmək asandir? Ümumiyyətlə,əsəblərini cilovluya bilirsən?
Mən həddindən cox səbirli insanam.məni əsəbləşdirmək asan deyil.Məni əsəbləşdirən adama sakit reaksiya verirəm.iki kəlimə ilə başa salıram,ama içimə atıram.qışıqır bağırla işim yoxdu.

7.Bilirəm ki ailəlisən canım xoşbəxtsənmi həyat yoldaşını nə qədər sevirsən?
Bacım xoşbəxtəm həyat yoldaşıma hörmətim sonsuzdu.ama sevgi elə bir hissdi ki onu bacarmıram.

8.Sirr deyilsə yoldaşın sənə necə evliliy təklif elədiyini bizimlə bölüş hər kəs üçün maraqlı olar?
Həyat yodaşım məni görüb bəyənib bacısı gəldi bizə, danşmaq üçün mən ama görməmişdim nəsə gorüşdük ama getmək istəmirdim sora razılaşdım 15 gün içində toyum oldu.

9.Ağacı kökdən ananı baladan ayıran fələk səni sevəndən ayıran nədir canım?
ALLAHIMA min şükür sevdiylərim yanımdadır.

10.Əlində 3 gül var SARI, QIRMIZI, AĞ.onları kimə verərdin?
Gülləri cox sevirəm mənalarını elədə bilmirəm məncə sevgi istəy gözəlliyinə görə Anama verərdim.

11.Övladların sənə ana ana deyəndə nə hiss edirsən analiq necə hissdir səncə bizə acıqlaya bilərsənmi bu hissi?
Analıq hissini dildə demək mümkün olsaydı burda yer qalmazdı yazmaqla bitməz.bir cümlə ilə bəlkə fikrim catar.Ana qəlbi möcüzələr xəzinəsidir. Allah hər bir qadına analıq hissini yaşatsın. İnşallah körpəni sağ salamat qucağına alarsan necə bir hiss olduğunu bilərsən.

12.Qaynanalar niyə oğullarını gelinlərinə həmişə qıaqanır?
Bəli qısqanırlar qaynanalar.məncə oğlunu cox sevən ana gəlini qısqanmamalıdır çünki o da vaxtı ilə gəlin olub.

13.Kimlərə görə nələri qurban vermisən bacı?
Verməmişəm ama övladlarıma görə canımı qurban verərəm.

14.Qadınlarda kişilər kimi sərbəst olsa idi necə olardı?
Heç istəmərəm qadınlar kişilər kimi sərbəst olsun.nə yaxşı kişilər var.sərbəst qadınları görürük də nələr edir.

15.Ümidsiz bir insanın üzündə necə təbəssüm yarada bilərsən?
Ona bacardğım qəqdər maddi və mənəvi dayaq olaram.

16.Səncə niyə xanımlar hər zaman bir birlərinə paxıllıq edir?
Məndə bu hiss yoxdu bilmirəm niyə paxıllıq etsin,hər kəsin özünün öz taleyi qisməti var.

17.Səncə nəyə görə qadın xəyanəti bağışlanmır?
Çünki qadın deyəndə ilk növbədə namus,həya,ar deməkdir.ona göre bagışlanmır.

18.Kişiyə xoş gəlmək üçün səncə xanım necə geyinməlidir?
Elə kişinin zövqündə geyməlidirki xoş gəlsin,belə görürəm kişilərin 80,90 faizi açıq geyim xoşdamır.

19.Təsəvvür edin ki yolda gedirsiz özünlə qarşılaşsan ilk reaksiyan nə olar canım?
Əlbətdəki təəccüblənərəm.

20.Kədərli olduğun zamanlarda tək qalmağı sevirsən yoxsa cəmiyyət içində olmağı?
Tək qalmağı üstün tuturam.

21.Təqvim yarpaqlarında sənin üçün məna kəsb edən günlər hansılardır?Özəlliyini də bizimlə paylaş lütfən.
16 avqust, 8 oktyabr, 21 oktyabr, 1 iyul, özüm və 3 uşağımın doğulduğu günlər

22.Ev işlərindən ən çox nə etməyi xoşlamırsan? Və nəyi xoşlayırsan?
Pərdələri açıb bağlamağdan xoşum gəlmir.qalan hər işimi həvəslə edirəm.

23.Biraz öz xarici görünüşün barədə bizə danışsan məncə hamıya maraqlı gələr..
Boyum 165,çəkim 68kl,saçım gözlərim qaradı,ağbənizəm.bu qədər.

24.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?
Səni səmimi,ürəyi təmiz,hər cəhətdə yaxşı, cana yaxın biri kimi tanıyram,ALLAH ürəyinə görə versin.sualım yoxdu.üzünü görməsəmdə burda az cox yazışmşıq,həqiqətən xətrini çox istiyirəm.

25.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?
Burda pis insana rast gəlməmişəm.coxunu tanımasamda şərhlərdən görürəm ki yaxşı səmimi insanlardı.Hamısına xöşbəxtlik arzuluyram.Ürəklərində nə arzuları varsa ona catsınlar.
 
Canım bacım müsahibədə səmimi olduğun üçün çox təşəkkürlər.Xoş sözlərin üçündə təşəkkürlər bacı allah razı olsun qarşılıqlıdı xoş sözlərin hamısı birdaha çox sağol bacım.
(səs: 9)
Şərhlər: 18
Baxılıb: 2 917
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri