Mənim toy günüm - canr (4)

Müəllif: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 2 463
Səs ver:
(səs: 3)
 :toy:  ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın canr-di..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
Mənim toy günüm - canr (4)
 

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Bizim iş yerlərimiz yan-yana idi. Elə orda tanış olmuşuq.

 

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu? 

O vaxtlar yoldaşımın anası təzə rəhmətə getmişdi. Biraz qeyri-adi evlənmə təklifi olsa da deyəcəm."Anamı itirdim, Allah qarşıma səni çıxardı. Mənə yox demə.

 

 3. Neçə müddət nişanlı qaldınız?

10 ay nişanlı qaldıq.

 

 4. Toy hazırlıqları necə irəlilədi?

Yoldaşım yetim olduğu üçün heç kəs irəli durmurdu. Özümüz əl-ələ verib hazırlıqlara başladıq.

 

 5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

Zamanımız çox idi deyə hər şey normal idi.

 

 6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Mənə ən çox kef verən o idi ki, sərbəst idik. Hər şeyi öz istəyimizlə edirdik.

 

 7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Yox o vaxtı rəqsə getmək dəb deyildi. Amma oynamağımıza hamı heyran qalmışdı.

 

 8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

Toyumuzu edəcəyimiz restoranı da özümüz axtardıq tapdıq. Arzuladığımız kimi oldu da.

 

 9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

 Restoranın öz fotoqrafıydı.

 

 10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

Yox ay bacı. O vaxt belə deyildi axı.

 

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi? 

Hər şey bir yana gəlinliyim lap ürəyimcən olmuşdu. Həm mənnən qabaq yoldaşım bəyənmışdi.

 

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi... 

Hə bir az axtardıq. Axır gəlib şəhərimizin məşhur univermağından tapdıq. Düzdü bir az baha idi, amma puluna dəyərdi.

 

 13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Hə gəlinliyim demək olar ki onun seçimi idi.

 

 14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

Desəm inanmazsız. Bir -iki saç düzümü fikrimdə tutmuşdum. Çox həyəcanlı idim toy günü. Heç nə demədim ustam öz bildiyi kimi yığdı.

 

 15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Belə də. O qədər də bəyənməmişdim. Qəşəng idi, amma super deyildi.

 

 16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Yox bizdə elə adət yoxdur. Yazıq yetım özü almışdı.

 

 17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

06.07.2005. Bu tarixi unutmaq olar.

 

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu? 

Hə oldu. Bir ara mod idi axı. Tortu kəsəndə bir-birini aldadırdılar. Tortu kəsdik gördüm ofisiant yoldaşımın qulağına nə isə pıçıldayır. Sən demə başını bişirirmiş ki, gəlini aldat. O da sağ olsun tənbəllik eləmədi.

 

 19. Toy günü unutduğunuz bir şey oldumu?

 Bəlkə də olub, amma yadıma düşmədi.

 

 20. Toyunuzun ən gözəl anı nə idi?

Biz çox zülümlə bir araya gəldik deyə toyumuzun hər anı xoş xatirə, əvəzolunmaz bir hadisə idi.

 

 21. İlk rəqs parçanız hansı idi?

Dəqiq yadımda qalmıyıb. Onu bilirəm ki, şen -ritmik mahnı idi.

 

 22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

Yoldaşım mənə sürpriz eləmişdi. Bir də gördüm ki, tamada dedi ki, bəyimizin sifarişi var . Bəylə gəlin ikisi rəqs edəcəy. Bir də ikimiz də hind rəqslərini çox sevirik. Yoldaşım mənə sürpriz edib rəqqasə gətizdirmişdi.

 

23. Bir tərslik yaşandımı toy günü? 

Yox çox şükür hər şey öz yolunda idi.

 

24.Ən çox nə vaxt həyəcanlandınız? 

Təbii ki, toy qurtardı. Gəlin maşınına qədər hər şey yaxşı idi. Maşına minəndə halım dəyíşdi, həyəcan bürüdü.

 

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi? 

Yox . Ancaq yoldaşımın sürprizi idi.

 

26. Bal ayınızı harada keçirdiniz? 

Üçüncü blok, beşinci mərtəbədə (yəni evdə)

 

 27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

Bu yay 10 illiyimizi qeyd etdik.

 

 28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

Subay qızlarımızın hamısına arzu edirəm ki: gözəl ailə, sizi sevən və sevdiyiniz həyat yoldaşı, şirin körpələr, isti yuva. Allah bütün qızlarımıza ailə səadəti bəxş etsin İnşallah.

 

 
Ay canım, inşallah bidənənlə bir birinizə olan sevginiz hər keçən gün daha da çoxalar...  çoxalar və varlığı ilə sizi çoxxxxxxxx xoşbəxt edər... amin... hər zaman bir birinizi qoruyun, dəyər verin, hörmət edin və mehriban olun... o isti yuvanız uşaqlarınız sizin xoşbəxtliyiniz ilə daha da istiləşsin aminnnnnnnnn... 

(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 463
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri