Miss_Angel nikinin Qadınlar.biz-lilərdən realda tanıdıqları

Müəllif: arzum-aysum
Şərhlər: 12
Baxılıb: 1 589
Səs ver:
(səs: 3)
Salam qızlar... necəsiz? soruşmayalı nə var nə yox? ,,Qadinlar.biz-lilərin realda tanıdıqları,, adlı layihəmin bu dəfəki qonağı Miss_Angel bacımdı.... sağ olsun sözümü yerə salmayıb yazdı... indi oxuyun görək Miss_Angel realda hansı Qadinlar.biz-lini tanıyır və onun barəsində nələr yazıb nələrrrr....
 
Miss_Angel nikinin Qadınlar.biz-lilərdən realda tanıdıqları
 

salam qızlar. mənə bu lahiyədə yer verdiyi üçün arzum-aysum bacıma twk bildirirəm.

 deməli belə. mənim bu saytda real tanışım BIR_TANEM nikidi, mənim xalam qızıdı . Onun 13 yaşı bu ayın 11i tamam oldu . Xarici görünüşündən başlıyım . qarabuğdayı qızdı, qara uzun saçı var, parıltılı gözləri gözlədi, mənalıdı canı yanmışın, tərifləmək kimi çıxmasın olanı deyirəm. fiqurası yaxşıdı, balıq modelidi sanki, həmişə mənlə məzələnir sənə uzun balıq paltar yaraşmaz, mənə yaraşar deyirdi hayasız. demək olar ki, mənim əlimdə böyüyüb bu balaca qız. xasiyyəti- ürəyi yumşaqdı, dəcəldi, bir az da hayasızdı. evin tək qızıdı, özüdə qazan-qurbanla tapılıb deyə gərək nə isdədi o ola. paltarın ən təzə cıxanə bunda olur, onun qədər nə məndə paltar var, nə aksesuar, amma hərəsi bir tindədi, həmişə də deyir yaxşı ayaqqabı deyil 3 günə cırıldı, paltar yaxşı tikilməyib söküldü, tay demir ki, bu dağıdandı. hamı necə geyir dağılmır, səndə bir ayaqqabı uzağı 1 ay çəkir. gəzməkdən xoşu gəlir, bir də makyaja düşgündü, ölür makyaj eləsin .arzusu ya salon işlədməkdi gözəlik salonu, ya da müəlimə olacaq. vay o şagirdin başına ki, arzu müəllimə olacaq. indi bunları oxuyanda başımda tük qoymuyacaq. hayasız öldürecək məni. bir də dadlı yemək bişirir, hələm pomidor badımcan bibər dolmasın demirəm. super bişirir həqiqətən. əli dadlıdı, baxmayaraq ki, 13 yaşı var hələm indi. keçən il bişirmişdi mən bunlarda olanda çox super bişirir. ev işləri də görür, bir paltar yuyur gəl görəsən tər təmiz. indi 13 yaşı var, neçə ildi bu ev işi görür, onu qınamıram, nəsilimizdə var, bir az dirçəldin əlinə verilər dəsmalı, başla ev işinə, iş görəndi, amma tənbllik edir, yəni dursa ayağa iş görər,

 dar  geyimləri sevir .

bir də sizə bir şey deyim də. bir az gülün. deməli bunun anası 1-2 ay olar internetin pulun köçürmürdü, indi bu isdəyir ki, anası bunun iternetinin pulun köçürsün, mən getmişəm bunlara, başladı şikayət etməyə anasından. dünyada bir anamdan yarımışam onu da axıra kimi yarımamışam. dedim niyə, arzu dedi internetin pulun köcürmür axıra kimi. yarımadım anamdan. ölmüşəm gülməkdən. deyirəm xala arzu belə deyir, interneti köçürməmisən deyə, deyir anamdan yarımışam onu da axıra kimi yarımamışam, həmin dəqiqə xalam getdi köçürdü gəldi, dedi indi tam yaryarsan anadan. anası onun ağzından nə cıxdı alır, yenə də bunun ağzı düzəlmir ki, düzəlmir. mənə oxşayıb o sarıdan. həmişə narazıyam hər şeydən. hələ ki, bu qədər diyəsən geniş yazdım. arzuya arzum odur ki, anası onun toyun görsün, xoşbext olsun həyatda, nə edim necə edim deməsin heç vaxt, xoşbext olsun daima .

oxuduğunuz üçün twklər qızlar

 

 

 

 

 Hə, qızlar, layihəmin bu dəfəki qonağı Miss_Angel öz xalası qızı bizim BIR_TANEM-nin bilmədiyimiz xüsusiyyətlərini yazdı... siz də burdan əvvəl və burda tanıdığınız qadınlar.biz-li haqqında yazın göndərin...

(səs: 3)
Şərhlər: 12
Baxılıb: 1 589
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri