Ona sevgi məktubum - VIP (23)

Müəllif: adsiz-a
Şərhlər: 15
Baxılıb: 1 939
Səs ver:
(səs: 2)
Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum" adlı layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər. Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz. Qonağımız Vip 
 
Ogullarıma sevgi məktubum.Canlarım,mələy kimi təmiz qəlbli,dünyanın cirkli üzünü anlamayan ürəylərim mənim.Mən sizi cox sevirəm.Allahdan sonra mənə əzizlərimdən olanlarım,atanız,nənəniz,xalalarınız da mənə əzizdi.Mən amma istədim sizə, sevgi məktubun yazam.Siz mənimcün cox dəyərlisiz.Hərdən sizin şıltaglıgınıza hirslənirəm,hirslənməyimə baxmayın.Sizi biraz gec görsəm,cox darıxıram.Böyük oglum bu ayın 16-sı sənin,apreliin 21 qardaşının ad günüdür.Tezdə olsa ikinizi bu məktubumda təbrik edirəm.Allah sizi biz valideyinlərinizə cox görməsin.Həyatınız hər zaman saflıgla,sevgi ilə dolu olsun.Həyatın keşməkeşli yolunda hec zaman yıxılmayasınız.Yıgıldıgınız zaman ayaga qalxıb mübarizə aparmaga gücünüz olsun.Allah əvvəlinizidə,sonunuzuda xeyir eyləsin.Bu dünyanızı agılla,ibadətlə,savadla,o biri dünyanızı Cənnətlə mükafatlandırsın.İnşAllah.Sizi cox sevirəm.Sizi cox sevən ananızdan
(səs: 2)
Şərhlər: 15
Baxılıb: 1 939
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri