Mən və O - Narın Yağış ilə maraqlı müsahibəm

Müəllif: Antikvar
Şərhlər: 19
Baxılıb: 3 298
Səs ver:
(səs: 8)
Salam saytımızın gözəl,şirin,sevimli qızları.Yenidən çox gözəl lahiyə ilə sizlərnəyəm.Demək lahiyəm haqqında sizlərə qısada olsa məlumat verim.Saytda müsahibə tərzli lahiyələr ,suallar çox olub həmçinin iştirak edənlərdə ,amma bu dəfə fərqli , daha düşündürücü dolğun suallar olacaqdır.Lahiyəmdə iştirakını istədiyim unsurleri mən özüm seçim edib ismarıc göndərəcəm suallarla bərabər.Bu dəfəki iştiraçkım mənim dolğun düşüncəli Narınım yəni Narın Yağışdı.Buyurun oxuyun.

1.Salam Narınım necəsən?)İlk müsahibəmiz sənin əhvalından aslıdı bu səbəbdən soruşdum)

Salam canım şükür bu günümədə normalam :) yaxşı olasan 20

2.Əslində yaşını soruşmayacaqdım ,amma saytımızdan yeni qediyyatdan keçənlər üçün müəammalı qalmasın deyə bir yaşınıda burdan bilməyənlər üçün qeyd etməyini istəyərdim.
Şok şok şok 17 yaşım var ihi niyə elə dedim çünki 17 yaşımın olmasına çoxu inanmır 23

3.Keçək əsas suallara,çox fikirləşdim sualımı hansı mövzudan başlayım ,sonunda bir qərara gəldim (mənim gündəliyimi)günlük sevgi əzabı çəkib ürək sözlərini yazan buda azmış kimi sevgi xəbərləri hazır edən)) narınımdan soruşmaq istərdim sevgi necə hissdi,insana nələri etməyə vadar edir?bizlərə bir neçə cümlə ilə fikrini bildirə bilərsənmi?
Hm maraqlı sual vermə tərzi oldu sevdim antikəməxsus 30 başqacür deyəcəkdim yaxşıki əlimdən kaymadı antik) bir neçə cümləmi? yok ben dayanamam başlıyıram cavab yazmağa qısalda-qısalda.Sevgi mənim üçün qaranlıq dünyanı rəngarəng edən yeganə hissdi. Xahiş edirəm düzdü hər biriniz fikirlərinizi yazmaqda azadsınız ama məni qınamıyın ki nə yaşın var bu qədər sevgiyə bağlısan və s. tipli sözlər unutmuayaq ki məndə fikirlərimi bildirməkdə azadam.Fikirlərimizə hörmət edək. Sevgi elə bir hissdirki insan sevib-sevildiyini bildikdə özünə olan inamı 1-ə 5 artır.Mən demiyim siz deyin kim istəməzki ən yaxşı günündə sevincini bölüşəcək sənin sevincinlə xoşbəxt olacaq ən pis günündə üzünü güldürməyi bacaracaq bir cümləsiylə bir kəlmə sözü ilə səni göylərə uçuracaq hər zaman arxanda duracaq ən azından səninlə bərabər üzüləcək biri olmasın onun həyatında? 29 Hər səhər günə onu düşünərək başlamaq hər addımda onun varlığını səni sevdiyini bilibdə o üzündə özündən asılı olmadan yaranan təbəssüm inanın mükəmməl hisdi. (mənim üçün) Səni sevən birinin olması nəyi pisdiki?. Bir şeyidə qeyd edim təkcə sevilməklədə xoşbəxt olmaq olmur gərək sevgi qarşılıqlı olsun məsələn mən. Məni sevən var mən onu sevmirəmsə xoşbəxt olacam? Yaxud sevən çoxdu ama sevdiyim bir nəfərdi yada bir nəfər idimi deməliydim pff nəsə mən məni sevənlərin varlığını düşünübdə xoşbəxt olacam? nç 24 nəyimə gərək.Heç gün ərzində ağlımın ucundan belə keçmir kimsə.Sevgi gözəl hisdi gərək yaşayıb-yaşada biləsən.İndiki sevgilərin 90 faizi başqa şeylərdən ibarətdi.Və əldə edənə qədər yaşıyır. Heç inanmıram indiki sevgilərə mən. Hamısı yalandan ibarətdi.Saxta səmimiyyət pff saxta şirinlik saxta deyilən sözlər bunlar o "sevgi" dediyimiz hissin içində varsa sizcə biz bu gözəl hissi istədiyimiz kimi yaşaya bilərik? 26 incitmədən sevmək lazımdır.Bir cümlə oxudum bu yaxınlarda "Bir birini sevən insanlar nədənsə nə qədər çalışsalarda yola gedə bilməzlər". Boş sözdü düzdü sevənlər bir-birini daha çox incidir ama sevən insan hər xırda şey üstündə o dərəcə sevdiyinin qəlbini qırmaz "sənin göz yaşına görə dünyanı dağıdaram" deyərək öyünərək hər gün onu ağladıb onun dünyasını dağıtmaz. Gedib sevdiyinin arxasıycan orda -burda danışmaz 125 Sevgi dediyimiz iki insan arasında yaşanılır və bu yaşanılanlar iki insanın arasında yaşanılırsa problemlərinidə öz aralarında həll etməlidirlər.Çox çirkinləşib sevgi bircə həqiqət var indi "Heçkim onu sevəni sevmir sevməyən üçün vaxtını özü istəməsə belə hədər edir göz yaşı tökür".Sevgi əldə etdikdən sonra belə onu sevməyə davam etməkdir.Bu qədər bəsdi hələ içimdə qaldı mən yazsam-yazsam nöqtəmi qoya bilmərəm23
 
4.Həyata olan baxışın desəm necə cavablayarsan?
Ehh eh 13 indi deyəcəm yenə deyəssiz yaşı azdı nə yaşıyıbki bu belə danışır) nələrisə demək üçün yaşamağım önəmli deyil.Həyat mənim üçün yalanlardan ibarət olan bir sınaq evidir sadəcə. Hər kəsin həyata baxışı fərqlidir biz həyata necə baxırıqsa elədə yaşıyırıq.Bəzən olur çalışıramki məndə bu həyatı sevim bir neçə gün başlıyıram özüm özümə ətrafımda olan gözəllikləri görməyə çalışmağa. Amma alınmır vAllah elə şeylər görürəm ətrafımda iyrənirəm bu həyatı yaşamaqdan.O pisliklər çirkinliklər imkan vermir gözəllikləri görməmə.Gərək necə deyərlər arsız olasan ki hərşeyə pozitiv baxa biləsən heçnəyə üzülməyəsən.Oda məndə yoxdu. Hər şey yalandı hərkəs bir-biriylə nəyəsə görə səmimidir.Hər zaman qeyd edirəm şərhlərimdədə müsahibələrimdədə nifrət etdiyim 2 şey var yalan və xəyanət.Yalan və xəyanət artıb hamı bir-birini aldadır xəyanət edir inanın həyatı yaşamağa insanda həvəs qalmır.Bilirsiz mən daha həyatı necə yaşayıram? sadəcə özüm üçün məqsədlərimi reallaşdırmaq üçün.Ən azından öz əlimdə olan istəklərimə çata bilərəm düşüncəsi ilə davam edirəm. Özümdən aslı olan daha doğrusu.Həyata baxışımda qeyd etdiyim kimi sadəcə sınaq evi kimi baxıram. Hərkəs bu sınaqdan fərqli keçir kimisi çirkin işlərin qulu olur kimisi də Allahın.

5.Az eşitməmişik bəlkə səndə böyüklərimizin dilindən eşitmiş olarsan,(Ömür Qatarı)bu iki sözə neçə cümlələr qoşub demişik,sevgi qatarı,ömrümüzün qatarı,sən bu qatar sözünün ilk sırasına öz həyatına uyğun hansı sözü əlavə edib cümlə olaraq tamamlayarsan?

Ahaaa 2323Bu suala istədiyim tərzdə yazsam vso hamı şərhdə yazacaq hələ 17 yaşı var belə bədbindi 27 yaşında necə olacaq?) həyatın qabaqdadı.Əzizlərim məndə bilirəm hələ yaşım azdı məndə bilirəm mənim yaşayacaqlarım hələ qabaqdadı məndə bilirəm bəlkədə hələ həyatımın 4də 1ni yaşamışam. İnsanı ayaqda tutan birşey varsa oda ümiddir.Ümidin bitdisə artıq istəyindən vazkeçirsən.Məni qınasanızda deyəcəm "sevgi qatarım" getdi pff Sevgiyə aid ümidlərim qırılıb. Çox mübarizə apardım ama alınmadı.Sevgi tək tərəfli mübarizə ilə sevgi olmaz nədəki yaşanmaz.Mən elə biriyəm ki antik sən özün də bilirsən canım istədiyimi edən biriyəm.Dedimsə bu olacaq etməliyəm mütləq edirəm dedimsəki "ölsəmdə bunu etmərəm" iki dünya bir olsa da boynuma ilan sarsalarda o işi etmərəm.Ama bu elə olmadı dedim "ölsəmdə bağışlamaram""nifrət edirəm bu dəfə bitdi" yenə bağışladım ilk dəfə idiki özümə əngəl olma bilmədim.Ama dəyməzmiş.Həyatımda ilk dəfə mənə dəyər verənləri incitdim onların sözünü qulaqardına vurdum.Qulaq ardına vurdum deyəndə bunu istəmədən etdim sənin o qədər dastanlarına özümə verdiyim sözlərə rəğmən və məni ən çox yandıran ətrafımdakıların "onsuzda mümkünsüzdü" və s tipli sözlərinə fikirlərinə inad dəfələrlə yıxıldım ama o insanı bağışladım üzüləcəyimi bilə-bilə yenə ona şans verdimki ona inanım.Bilə-bilə özümü yalanlara inandırdım bəlkədə ən böyük axmaqlığım idi bu mənim.Düzdü yaşım azdı gələcəkdə bəlkədə elə birisi çıxacaqki mənə keçmişi unutduracaq əvvəl deyiridm yox heç vaxt olmaz elə şey ama düşünürəm demişdim heç vaxt onu sevmərəm sevdim buna görə bu dilimdəki "heç vaxt ...." sözünü azaltmağa çalışıram.Ola bilər gələcəydə mənə dəyər verən biri ama mən ilk dəfəki kimi ola bilmərəm 28 vALLAH ola bilmərəm insanlara inamım itib mənim qaldıki oğlanlara yada sevgiyə. Ona qarşı hiss etdiyim o hissi heçkimə qarşı çox güman o tərzdə hiss etmərəm.Sadəcə bilirsiz necə olacaq? vaxtı gələndə hə məndə birini sevməliyəm məni sevəni sadəcə sevməyə çalışacam dəyər verəni qırmıyıb dəyər verəcəm 13 Birdə özümdə sevmədiyim bir xüsusiyyət varsa oda istədiyimi əldə etdikdən sonra onu istəməməyimdir.Birşeyi çox istəyirəm onun üçün mübarizə aparıram əldə etdikdən sonra maraqsızlaşır.Onda anlıyıramki mən sadəcə olaraq həmin şeyin xəyalını sevmişəm yada onun üçün apardığım mübarizəni.Ama bu elə olmadı əksinə o yanımda olduğu müddətcə yaşama həvəsim artırdı güclü edirdi məni bu hiss sevdiyimdən bezmirdim.Bilirdim o insan həmişə yanımda olmaz elə buna görədə hisslərimə sərhəd qoyurdum ki sabah canım çox yanmasın."O sənə layiq deyil" cümləsiylə razılaşaq istəmədim yoruldum inanın çox yoruldum.SEvdiyimdən yox əsla 125 sadəcə özümü yalanlara inandırmaqdan hər dəfə haqlı çıxmaqdan daha doğrusu hər dəfə ətrafımdakıların onun haqqında dediklərinin haqlı çıxmasından "o belə etməz" dediyim nə varsa hamısını mükəmməl dərəcədə etməsindən göz görə-görə onu itirməmək üçün yalanları dinliyibdə inanırmış kimi davranmaqdan yoruldum və vazkeçtim.Bilirsiz necə pis şeydi bir insanı çox sevirsən ama o səni incidir ona nifrət etmək üçün onun sənə etdiklərini düşünüb ona nifrət etməyə çalışırsan 15 eyvahlar olsun ağladım ya ağladım ona görə bu məsələni bağlıyım ən yaxşısı bu sualada cavab bu qədər icon_sada

5."Bir dəfə yıxılanı bir neçə dəfə vurmaq"-bizim millətə xas xarakter,nədən irəli gəlir bu tərz davranışlar? Bizim millətin peşəsi budu.Yıxılana əl tutan çox azdı onlarında dəyərini bilmir insanlar. Yıxılanı birazda əzib keçirlər hamı bir-birinin bəhsinə çıxır sanki həmin insanı daha da çox qınasınlar əzib vursunlar deyə.Amma heçkim özünü o insanın yerinə qoyubda düşünmək istəmir.Bircə dil dil ötüb mən bunu heç vaxt etmərəm deməyi bacarır qınamağı bilirlər.Nədən irəli gəlir bu tərz davranışlar? Sadəcə ətrafındakılar və yaşananlarla uyğunlaşıb edirlər məncə.Oda düşüncəsiz insanlar.Öz fikirləri olmadığı üçün ətrafındakılara ayaq uydurub onların yolu ilə gedib yıxılana balta çalırlar.Buda bizimkilərin adətidir.

6.Son zamanlar tv-lərdə ,sosial şəbəkələrdə izləmiş olarsan yeniyetmə qızların və yaxud oğlanların bir çox faizi intahara əl atırlar sevgi hisslərinin ucbatından ,sən bir yeniyetmə dövründə olan gənc qız kimi nə düşünürsən bu barədə?Dəyərmi belə addım atmaq sevgiyə görə?Və həmyaşıdlarına öz düşüncələrindən azda olsa bir məsləhət verməyini istərdim .
Dəyməz təbiiki dəyməz 12 qətiyyətlə deyirəm özüdə.Oğlanda bir Allah bəndəsi məndə özümü ona görə niyə öldürüm? niyə ona görə günah qazanım? niyə o məni sevmədi deyə bunu edim? bunu etməklə əlimə nə keçəcək ? onun gözündə yüksələcəm ya məni sevmirsə ürəyində mənə aid sevgi yaranacaq birdən birə? ya deyəcək yazıqdı mənə görə intihara əl atıb qoy bunu sevim 122 gözümün qabağında bu yaxınlarda bir qız 8-də oxuyur öz sinifyoldaşıma qorxu gəldi biləklərini kəsməklə.Etdi sonrada oğlana göstərdi bax ayrılsan mənnən özümü öldürəcəm anamı gözü yaşlı qoyacam özüvü bağışlıyarsan?.Oğlanda çoo..x yaxşı uşaqdı həqiqətən xətrini çox istiyirəm heç bir qızı ağlatmağa qıymaz indiyə qədər bir qıza yalannan ümid vermiyib bəziləri kimi gündə biriylə fırlanmıyıb.Bircə bu qız odakı sevirdi onu qız ona layiq deyildi bunu gördü sakitcə günahı öz üstünə götürüb uzaqlaşırdı.Qızın bu addımı onun ürəyini yumşaltdı.İndi elə bilirsiz o qızı dəlicəsinə sevir? elə əlaqəni davam etməkdənsə davam etməməsi daha yaxşıdı birincisi qız hələ 8də oxuyur ikincisi qıza sadəcə yazıq gözü ilə baxır halına acıyır.O qıza məəttəl qaldım necə öz qüruruna sığışdırdı o hərəkəti anlamıram.Sevmir sevməsin özümə daha niyə zərər verim? hələ bu gündə sevgiyə görə intihar edənlərdən heç danışmıyım desəm? hər dəfə xəbəri açanda əsəb keçirirəm.Leyli Məcnun heç belə olmuyub ya serial çəkirlər neynirlər anlamıram 122 birdə var onu bir zamanlar sevibdə hal-hazırda ona nifrət etdiyi üçün intihara əl atanlar pff onlar sadəcə öz canını yandırır başqa kiminsə yox vAllah sadəcə özlərini incidirlər ama bunada dəyməz.Nə səbəblə olur olsun intihar günahdı.Səhvdi etmisən olub keçib.Aldadılmaq aldatmaqdan daha yaxşıdı.Çünki sən şərəfsizlik etmiş olmursan.Hələ belə şeylərə görə vapşe intihar etmək nəbilim.Əxlaqsız öz əxlaqsızlığını edir özünü öldürmür bir sevgiyə görə özünə qəsd etmək? çatmır mənə bu nəsə. 29 düzdü hirsli olanda o bir söz vare hirsli başda ağıl olmaz ama hirsli olsan belə hisslərini əsəbini gərək azda olsa cilovlaya biləsən.
 
7.Dön arxana bax ,baxdınmı?))Və bir anda ən çox sevdiyin şəxsi gördün(təbii sevgi dedikdə oğlan nəzərdə tutmuram)yaxınlarından kimlərisə gördün ,ona ilk sözün nə olar ,o kəlmələri dedikdə geriyəmi getmək istərdin ya irəlliyəmi?Bu sualıvın cavabında eqoist olub olmadığını bilmək olar,kimi gördüyünüdə qeyd elə qoy gizlin qalmasın:)
Döndüm arxama baxdım məktəbdə çəkdirdiyimiz kollektiv şəklimizi gördüm gözümdə pramoy bilirsən kimiə sataşdı? bildin day 122 nəysə nəysə sora fırlandım divardan asılmış böyük yarımkürələr xəritəsini gördüm ən sonda mamanı gördüm 06 qoğal bişirir. İrəliyə gedib canım anam səni nə qədər incitsəmdə çooooooooo...x sevirəm məni danlamaların mənə bəzən kobud davranmağlarınla bərabər öz həyatıvı bizə həsr edirsən.Körpəlikdən indiyə qədər bizim üçün yuxusuz gecələr keçirib bir dəfədə olsun of deməmisən.Körpəlikdə yata bilməmisən xəstə olanda bütün gecəni başımın üstündə olmusan bu gündə səhərə kimi bizim üçün əziyyət çəkəcək pff mənə noldu aa birdən neynədin antik mən sevgimi dilə gətirməyi düzü elədə sevmirəm elə mamayada elə.Sadəcə kefimə düşəndə vp-sına xoş sözlər yazıram işdə olanda sevindirirəm onu 09
 
8.Deyirəm Narınım
El bilirki sən mənimsən:)
Yurdum yuvam məskənimsən
Anam doğma vətənimsən
Ayrılarmı könül candan
Azərbaycan Azərbaycan
Çox gözəl şeirlərinin bir çoxunu əzbərə bildiyim ən önəmli ilk sıralarda yer alan bu şeirin müəllifi məncə hər birimizə məlumdu kimdi,Səməd Vurğun'a aiddir.Bu şairimiz haqqında məlumat istəmirəm sadəcə bu şeirin davamının bir bəndini qeyd etməni istəsəm ?mənimlə bərabər uşərlərimizində qəlbi fərahlansın)

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hanki səmtə, hanki yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Buyur canım sənə görə) şeiri yazdın sən yazdığın misranı oxuyanda sinifdə bir oğlan yadıma gəldi o şeirin hər misrasının sonunda deyirdi "müəllimə".Balaca olanda yani ibtidai sinifdə müəllimə heçnə demirdi.Böyüdük 9-cu sinifdə müəlliməmizin əri xəstə idi bir cavan qız gəldi katibə idi bizə dərs keçdi həmin gün oğlan deyəndəki El bilirki sən mənimsən müəllimə 122 heç yadımdan çıxmaz dərsədə az uşaq gəlmişdi müəllimə sözünü kəsdiki ay oğlan o cümləni elə demə sonra bir dastan danışdı həyatı başa saldı ona o günnən bu yana o oğlanda şeirin sonunda "müəllimə" sevdasına son qoyuldu 23 düzdü day biz şeir falan danışmırıq ama yenədə)

9.Bəlkə birazda xarakterindən danışasan?
Hmm hərşeyi gözəl izah edərəm xarakterimdən başqa 23 tanıyan tanıyır bilən bilir bu müsahibə nəticəsindədə userlər azda olsa yəqin anlıyar necə bir xarakterə sahib olduğumu.Qısacada olsa kankret olanları yazım23 dəyişkən əhvallı 09 kinli kimi görünüb tez bağışlayan 11 xəstəlik dərəcəsində qısqanc 18 sulugöz bir söz deyilsin o dəqiqə ağlıyaram ama həmin insanın qarşısında yox tez özümə yer edirəm tək qalım ağlıyıram.Göz yaşlarımı Allahdan başqa kimsə görmür.Bidə canım rəfiqəm Z.... görür tez-tez i vso)
soraamm hm səbrli ama səbrim daşdısa qarşımı kimsə ala bilməz 13 hərkəslə səmimi olmağı sevməyən birisi əsəbləşdimsə dilimdən kobud sözlər çıxar (sərt yani).Buna görə çalışıram ki əsəbi oldumsa insnalardan uzaq durum əsəbim soyusun sonra müzakirə edim.Çoxu mənə "çətin xarakterli qız" statusunu verib daha bilmirəm niyə 23

10.Dost zərbəsi ağırdır,bir çoxları da bu zərbədən əziyyət çəkib amma bəzən günahı qarşı tərəfdə görürük,səncədə günah kimdə olur ?niyə dost zərbəsi alan günahın ən azı bir qismini özündə görmürdə dostunda görür?Bəlkə haçansa bilmədən bir səhf addım atımda dostuna qarşı oda dözə bilməyib əvəzini çıxmaq istəyir?Necə fikir bildirərsən fikrimlə razısanmı ya deyirsən dostda olsa səhfdə olsam gərək elə etməzdimi?Məndə çəkmişəm o dost zərbəsini.Yox antik elə deyil mən özümdən götürürəm o qıza qarşı nə pislik etmişdim mənim üstümə şər atdı? əksinə hər zaman onun səhvlərini örtməyə çalışmışdım yeri gələndə mamadanda kömək istəmişdim ki yaxındı mənə o qız.Mənə vurduğu zərbə heç yadımnan çıxmaz pff sadəcə insanlar murdarlaşıb tanımaq olmur heçkimi.Hamı üzüvə yalannan gülür arxanca dastan danışır.Ama bilmirlərki bununla yaxşı insanı heç vaxt ucuzlaşdıra yaxudda gözdən salmağı bacara bilməzlər.Sadəcə özlərini alçaldırlar. O qədər şeyə rəğmən mən yenədə ona heçnə etmədime.Sadəcə onnan aramda sərhəd qoymuşam artıq.Dostdusa təbiiki gərək etməsin.Səhv hərəkətim olsada məni başa salsın.İndi deyəcəksiniz ki oda bəlkə səhvdi edib peşman olub. Ama o səhv deyildi səhv bilmədən edilən birşeydi yaxudda 1-cə dəfə edilən bişey o qız dəfələrlə mənə zərbə vurdu indidə vurmağa davam edir.İstəyi sadəcə mənidə insanların içində özü kimi göstərməyə çalışmasıdır.

11.Bu qədər suallarımın arasında saytımızdan danışmasaq düzgün olmaz:)Onsuz ən yaxın dostun kimdi sualını versəm bilirəm məni yazacaqsan))Kimin şərhlərini bəyənirsən desəm mənlə Miss_Oxatan olacaq (bundan da xəbərim var))Bizdən başqa kimləri saytda bəyənirsən ?

Hərşeydəndə xəbəri var birşeyidə bilməsən? 09 canım bacışkam məni məndən yaxşı tanıyırsan bilməlisən təbiiki) sizdən başqa Qlamurr və Fialkanın şərhlərini bəyənirəm hər zaman düşündürücü şərhləri ilə diqqətimi çəkib bu 2 user.
 
12.Ən sevdiyim həyat tərzlərimdən biri ulduzları izləməkdi ,hər parıldayan ulduza baxarkən nələrisə düşünmək,bəs sən canım necə ulduzlara baxarkən heç olubmu kaş məndə göydə olan ulduzlar olardım və nələri kimləri düşünməvə nail olub?
Eh antik bürcümüz eynidi bəlkədə buna görə xarakterimizdə oxşarlıq var deyə yola gedirik sənnən yaxşı) məndə həddindən çox sevirəm ulduzları sora yağış yağsın sakitcə izləyim.Sakitləşirəm sanki. O qədər olubki o qədər demişəm o kimi sözləri. Düşündüyüm isə bu olub demişəm Allah məsləhət bilsə məni elə yaradardı ama insan olaraq yaradıb.Bu həyatı mənə verib yaşıyım mümkün qədər günah işlərdən çəkinim.Verdiyi hər şeyə şükr edim ama naşükürlük etdiyim zamanlar olub. Sonra gələcəyimi düşünürəm.İndiyə qədər istədiyim heç birşey ürəyim istədiyi kimi olmuyubdu.Bundan sonrasınnda heç ürəyim istədiyi kimi olmasını ustəmirəm sadəcə xeyirli olan nədisə o olsun.Mən ürəyim istədiyim bir neçə gün xoşbəxt edər amma Rəbbim mənə hər zaman xeyirlisini verər xeyirlisiylə məni xoşbəxt edər.Bəlkədə həmin vaxt üzülürəm ki kaş belə olmazdı ama düşünürəm bundada bir xeyir var.O qədər şey düşünürəmki düşünməkdən dəli olacam bir gün 23

13.Birdən bu sualları verən zaman uşaqlıq illərim yadıma gəldi əsasəndə ətrafın uşaqlara ən sevdiyi sualları verməyi(Papanı çox istəyirsən ya mamanı)hər kəsə verilən bu sual sənə verilməmiş ola bilməz,mən bu sualın cavabını həmişə ikisinidə deyərdim,indidə verilsə ikisinidə deyəcəm,səndə necə dəyişkənlik olubmu bu sualın cavabı ya səndə ikisinidə deyəcəksən?

O qədər veriblər bu sualı)) mən uşaqlıda deyirdim papanı.Bir dəfə papa demişdi ayıbdı elə demə de 2 sinidə istiyrəm.Mən qazanıb pulu mamaya verirəm mən əziyyət çəkirəm mamada sənə o pulnan istədiyivi alır yeməy bişirir oda əziyət çəkir adam elə deməz 23 Onnan sonra elə deyirdim 2sinidə.Ama nə edimki papanın yeri ürəyimdə başqadı başqa.Bunu heçkim dəyişə bilməz 08 canım atam 09
 
14.Bilirəm universtetə hazırlaşırsan ,çətində olsa çox çalışırsan o dərəcədə ki,gecə gündüzün bir birinə qarışıb,sənin kimi bir çox qızlarımız var bəlkə burdan özünlə bərabər həmın qızlara dəstverici sözlər yazasan ?azda olsa sizləri gümlahlandırsın.
Saytımızın abituriyent qızları sizlərə ilk öncə bol bol şans arzu edirəm.Sonra güclü olmağınızı tövsiyə edirəm.İnanın gecələr yatmıram məktəbdə gedib yatıram sinif rəhbətim uje öyrəşib deyə məni qınamır buna görə.Yuxu rejimim təmiz pozulub.Bilirəmki mən tək deyiləm.Hərdən yoruluram deyirəm nə qədər oxumaq olar bezdim agla ama sonra özüm özümə başlıyıram tövsiyələr verməyə.Sizlərdə hər nə qədər yorulsanızda əziyyət çəksənizdə türklər demiş pes etmeyin 06 2-3 il əziyyət çəkirsiz 2-3 il yuxu rejiminiz dəyişir yuxusuz qalırsız yorulursuz ama düşünün gələcəkdə sizləri necə gözəl günlər gözlüyür.Universitet həyatı daha sonra iş həyatı.Ən əsası sevdiyiniz peşənin artıq xəyalını qurmursuz direk yaşıyırsız 128 odurki güclü olun qızlar nə olur olsun hədəfinizə çatmaqdan imtina etməyin bununla bərabər valideynlərinizin və müəllimlərinizin əziyyətini yerə vurmayın 19
 
15. Sona doğru yaxınlaşırıq suallarım çox olardı amma hamsını sənə sərf etsəm iştirak etməsini istədiyim uşərlərə suallarım qalmazdı deyə sonda necə bəyəndimi sualları?Və Qadınlar.biz saytına ,qızlarına balaca bacısı olaraq ürək sözlərin.
Gözəl mənim biricik bacışkom müsahibə tam ürəyimcə oldu.Layihəni isə hədsiz dərəcədə sevdim həqiqətən.İlk iştirakçı kimi məni dəvət etdiyin üçün bir başqa sevindim 23 suallar mükəmməl və düşündürücü 123 cavablar necə oldu bax onu sən və userlər bilər.Mən ən əsası olduğu kimi ürəyimdən gəldiyi kimi tam səmimiyyətimlə cavablandırdım hər birini ümid edirəm sizlərdə bəyənərsiniz 01 Layihəndə sənə uğurlar canım mənim 123 qızlar gəlinlər mamalar sizlərə də oxuduğunuz üçün minnətdaram 11 bəzi cavabları oxumuyub keçən varsa onlarıda qınamıram L... nin ürəyi açıldını vso getdi dır dır dır dır 09 sonda isə bunu deyim hər nə olur olsun hər zaman üzünüz gülsün mənim kimi ən azınnan insan içində Allah göstərməsin üzüntünüzü göstərməyin.Çünki heçkimin vecimə deyil bizim pis olmamız sadəcə saxta səmimiyyət var arada 28 birdaha təşəkkürlər 123
(səs: 8)
Şərhlər: 19
Baxılıb: 3 298
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri