Mən və O - Miss_Oxatan ilə maraqlı müsahibəm

Müəllif: Antikvar
Şərhlər: 17
Baxılıb: 2 350
Səs ver:
(səs: 7)
1.Salam Gülka)mən Adıvın hər zaman qısadılmış formasını yazsamda ,birdə sən özüvü istədiyin tərzdə Qadınlar.biz saytın qızlarına təqdim elə.Buyur söz sənindi)
Və alekum salam.Yaxşı eliyirsən qısalt.Qızlar var adları ya Bağdagüldü ya  Səkinədir ya Ümbülnisə saytlarda türk adları ilə qeydiyyatdan kecirlər,Aylin,Cansu,Nihan.utanırlarda guya.təki bu fasonda qısaltayaq adlarımızı. :bookiz: Mən Günay,Psosta Günay :09: 
 
2.Yaşını soruşmayacam həmçinin evli olub olmadığınıda,hansı peşəyə sahib olduğun haqqda sual versəm nələri bizlərə bildirərsən?Bu sualı verməyimin səbəbi gələcəyinə hazırlaşan, oxuyan qızlarımız hansısa sənəd sahibi olmağın nə qədər vacibliyini öyrənsinlər.
Mənim ixtisasım İngilis dili müəlliməsidir.Ancaq heç vaxt müəllimə işləməmişəm.Dəfələrlə cəhd elədim,ancaq o vaxt elə məbləğ (rüşvət) tələb etdilər ki,verəcəkləri maaşla həmən məbləğı yeməyib içməyib 10 ilə yığardım.Məndə razılaşmadım.Ancaq boş da dayanmadım.Atçılıq turizm mərkəzində 3 il turizm üzrə baş mütəxəssis vəzifəsində çalışdım.İşim çox maraqlı idi.Müəyyən səbəbdən istehfa etdim daha sonra.Bir neçə aydan isə Rusiyaya gəldim,tamamən başqa bir sahədə işləməyə başladım.İndi bəlli səbəbdən dolayı işləmirəm.Müvəqqətidir.Çünki,mən işləməsəm vavam suyum çatmaz)))
 
3.Saytımızın Zəlimxanı deyərdim sənə(fikirlərini bizlərə dərindən uzun şəkildə bildirdiyin üçün))Həyatda da belə xarakterə sahibsən?Birilərinə sözünü çatdırmağ üçün uzun uzadı danışırsanmı yoxsa (əşii)kimdi bunlarla başını yoran dilinin altında pıçıldayanlardansanmı?)
O baxır adamına.Vallah elə insanlar var həyatda görürsən ki,səhv yoldadı,bir şeyləri düz eləmir.Oturursan hər vəchlə başa salırsan.Elə lal dinməz qulaq asır elə bilirsən yola gələcək,sözlərinin xeyri olacaq.Ancaq qulaq asır-asır axırda yenə də əvvəl dediyi sözü deyəndə adam lori dildə desəm lap yanır tökülür.Onda bərkdən deyirəm Heyvanina şükür.Ona görə də daha baxıram o insan kimdir,hansı əqidədədir.Elə insanlar var həyatda onlar səhv yolda olanda bütün insanlar yığılır başa salır görürsən xeyri olmur öz bildiyini deyir və edir,belə insanlar başı divara dəyir sonra ağıllanır.Ona görə də başqa çarə yoxdur.Qoy elə getsin bildiyini etsin qansın ki,özü yıxılan ağlamaz.Sən idin bu qədər insanın sözünü,məsləhətini heçə sayıb özünü daha ağıllı hesab edən?İndi get suyu süzülə-süzülə qayıt o insanların üstünə.Sözü də gərək qanana deyəsən.Qanmaza xeyrı yoxdur elə qanmazdır.Necə deyərlər,quyuya su tökməklə quyu dolmaz.

4.Saytın adminlərinə bu sualı verdikdə sualdan yayındılar,şəxsi işə sahib olduqları üçün)Amma sən şəxsi işlərdən uzaqsan tanıdığım qədəri ilə:)Vətənimizdə yuxarıda oturan başçımız  torpaqlarımızdan danışanda "Alınacaq,qorxurlar,qaytıralacaq,sülh yolu ilə həll olunacaq"deyimlərini hər dəfəsində desədə artıq bu 20 ildən çoxdu boşuna verilmiş vədlər olur cəmiyyətə)Sən necə düşünürsən bu barədə səbəbkarlar kimlərdi?
Nə 20 il?Bir əsrdir artıq.Erməni təkcə Qarabağı yox,İrəvanı,Zəngəzuru və s.zəbt elədi.Bir söz deyim də.Müharibəni də gərək kişi kimi edəsən ki,sülh olsa da ürəkdın əl sıxasan.erməni kişi kimi döyüşmədi axı,neçə neçə qadınların namusunu kirlətdilər,namusunu ləkəyən millətlə əl sıxışıb sülh etməyə utanmayacaqlarsa onda daha onlara sözüm olmaz.Yaxşı sülhlə aldın torpaqları geri qaytardın bəs o qadınların təcavüz səs-sədalarına qulaqlarınl nə ilı tıxayacaqsan?Hələ min bir işgəncə ilə qətlə yetirilən qocaları,uşaqları demirəm.Ona görə də məsələyə bu prizmadan yanaşmaları lazımdır.Onsuzda hər gün şəhd veririk də.bir dəfəlik müharibə olsaydı bu yalançı atəşkəs rejimindən sonra  Vallah hec bu qədər şəhid verməzdik.Həm torpaqlar alınardı həmdə daha az şəhid verilərdi.Müharibə eləmirlər ki,guya şəhid olmasın.Oturub hesablasınlar onda müharibə olmaya-olmaya nə qədər şəhid olub və muqayisə etsinlər muharibə olsaydı nə qədər şəhid olardı.Çünki sərf eləmir.Belə daha məqbuldur.
 
5.Xəyanətlə bağlı saytımızda xəbərlər olduqda (türklər demiş tüklerin diken diken olur sənin)Xəyanəti bağışlayan qadınlara ya savadıszlıqdan,ya qorxaqlıqdan yada cəsarətsiz olduqları üçün bağışlayırlar deyirsən,Amma savadlı olubda bağışlayan qadınlarda var,onları hansı qrupa aidd edəcəksən?Bir gecəlik nəfsinə qurban olmuş kişini hansısa küçə qadına görə qadının ailəsinin dağıtmağı səncə düzgündürmü?
Yox bunun savadsizlıqla bir o qədərdə əlaqəsi yoxdur.Cahillik təhsillə ölçülmür.Güclü xarakter deyə bir söz var.İnsan təhsilidə,puluda hır şeyi qazana bilər öz arzuları ilə ama güclü xarakter,tək başına ayaqda qala bilmək bacarığı nə alınmır nə qazanılmır.O ya anadan gəlmə olmalıdır qadında (genetika vacibdir) , ya da güclü qadınlardan bəhs edən romanlar,kitablar oxumalıdır.ya da ətrafında birilərindən görüb götürməlidir.İllər əvvəl bir qadin tanıyırdım,imkanlı ailə q idi və 2 ali savadi var idi.Ər xəyanətinə məruz qalmışdı dəfələrlə,hər kəs məəttəl qalırdı bu qədər imkan savad bu qadın niyə dözür qəul edirşYoxsa bu qədərmi sevir?ailəsi də geri gəlsə qəbul edirdi.Ona niyə buna özünü məcbur edirsən sualını soruşanda deyirdi ki,iki uşaqla ayrı bacarmaram.Nəyi bacarmarsan axi sualını verəndədə susurdu.özüdə çox yaxşı yerdə çalşırdı maaş yüksək.çünki zəif xarakterde bir insandir.Hər şeyi var ama qorxaqdır.İşburasındadır ki qorxduğu bir şeydə yoxdur hec pzudə bilmir nədən qorxur.Səbəb isə cəsarətsizlik və özünə güvənsizlikdir.İnsan gərək özünə güvənsin ən birinci gerisi kolay.Ancaq bir qadında tanıyıram,heç yeri oxumayıb onunda 2 övladı var,cavan qadındır,əri xəyanət etdi,həmən həftə sivil yolla ayrılmağa addım atdı,indi toylarda qab yuyur iki ovladınada baxır üstəlik ali mətkəbədə qəbul oldu uşaqlar.Qadını güclü nə pul edir nə də təhsil.Yenə də özgüvən.
 
6.Qabaqlarda çox mənalı bir status eşitdim hətta neçə günlərdi öz -özümə təkrar edib ,gələcəyim üçün qulağımda sırğa etdim:)Həmən status budu:
"Ey insan bağlanma bu fani dünyaya nə qədər qar dənəcikləri olsanda,günəşin istiliyi bir gün sənidə əridəcəkdi"-bilirəm indi sənidə düşündürəcək bu sözlər bu statusu oxuyarkən daha hansı sözləri əlavə etmək istərdin?

Çox dərin mənalı sözdür.Dəvədən böyük fil var.İnsanda özgüvən çox gözəl haldır ancaq hər şey gərək qədərində olsun.Özgüvənidə daxili aləmdə elə tarazlaşdırmaq lazımdır ki,ozündən razılığa çevrilməsin.Ancaq bu özüdə xislətdir.Nəfisdən irəli gəlir.Əlində olanla kifayətlənmək lazımdır,gözü tox olmaq lazımdır.Yoxsa əlindəkini də itirərsən.

7.Ailə münaqişələri son zamanlar artmaqda davam edən başlıca problemlərdən biri,kimiləri vəhşiliyi öhtəliyinə götürüb cinayətlə sonlandırır,kimiləri qadının hər gününü dustaq həyata məhkum edir.Belə münaqişələrdə səbəbkar olaraq kimləri görürsən bir ailəli xanım olaraq?Hansı tərəfin susması lazımdı və əsas hansı yolla problemləri həll etmək olar?
Haqlısansa susmamalısan.istər ailədə,istər işdə,istər harda olursansa ol.Əgər mən hansısa mövzuda haqlıyamsa,ərim ya da başqası səsini ya da əlini qaldıraraq mən kişiyəm mən desəm qatıq qaradır səs susmalısan desə mən ondan qabaq cumaram.Tam səmimiyyətimlə deyirəm,kim necə istəyir elə də başa düşsün.Əvvəla məsələni o həddə çatdırmamalısan ki,sphbət "əlbayağa" döyüş həddinə çatsın.Ancaq neynəsən ki,elə adamlar var,o saat qabaqdan gəlmişlik edib həyasızlıqlarına salırlar.Sözün demək tərzi var.Qız vaxtıda eləydim evdə.Tutaq nəsə etməliyəm və bilirəm ki onu etsəm mən ondan bir yox min xeyir götürəcəm.Əgər evdə onu məbə əmr tələb formasında desəydilər vur öldür etmirdim.Axı sən nəbilirsən mən narazı olacam?Normal şəkildə söylə əvvəldən mən  niyə "otkaz" edim ki?Bir sözlə məcburiyyət,sıxışdlrlmaq,əmr mənlik deyil.istəmədiyim hecnəyi heç kim mənə zorla elətdirə bilməz lap işgəncədə versələr))))Ona görə də ərə gedəndən sonra,gedənə kimi o istəkli nişanlı dövründə özünü necə tanıtdın elədə gedəcək.Yoxsa qızar öz evlərini belə yıxırlar.Alsın deyə əvvəldən özünü bundan mehribanı,hər sözə amin deyəni yoxdur kimi gosterirlər gedəndən sonra vapşe bilirsən nə var dədəm evində mən beləydim.Əlbəttə o ailədə o ərdə şoka düşəcək.deyəcək axı əvvəl belə demirdin?Oğlanlardan da var beləsi.qıza əvvəl özünü başqa cür tanıdır toydan sonra buynuz çıxardır.Səmimi olasan gərək.Pis tərəflərini də əvvəldən göstərə biləsən.
 
8.Bir misal var filankəs o insanı suyla aparar susuz gətirər))Bəs Gülkanı nəylə aparıb nəylə gətirərlər?))
Əvvəla istəmədiyim bir yerə həvəs yoxdusa getmirəm)))bir dı hır adamın yanına düşüb getmirəm)))ikinci də biz tərəfdə o işə mən baxıram,zəhləm gedənləri elə məharətlə suyla aparıb susuz gətirirəm ki fələyi şaşır :girl_witch:
 
9.Desəm ki,hansı xarakterə mənsub olan insanlarla yola getməyi bacarırsan, necə kriyeteraları nəzərə alıb yazarsan?
Səmimi və vicdanlı olsun.Üzdə mənimlə yaxşı ol üzümü çevirən kimi qeybətimi et,belə insanları avtomatik olaraq çevrəmdən silirəm.Özdə səssiz səmirsiz də yox.Əvvəl yaxşıca bir ortam yaradıram,ürəyimdə ki sözləri deyirəm sonra.Yəni qansın ki qanmaz onun özüdür,mən onun nə mal olduğunu bilirəm.

10.Saytda az yaşlı qızların olduğunu görən Gülka ,dayanmayıb öz açıqsözlüyünü şərh vastəsilə qısada olsa bildirməyə çalışana fürsət yaradıram indi daha aydın şəkildə sözünü bildirməsi üçün:) Özündən yaşca balaca qızlarımıza nə məsləhət vermək istərdin vaxtını daha çox harda necə keçirsinlər?
Elə o gün birini xatirə dəftəri layihəsində gördüm.5ci sinifdə oxuyur.Yaxşı onlar qanmır,bu analar hara baxır,uşaq əlinə telefon komputer alanda niyə maraqlanmır neynir axi orda saatlarca?Çatmir mənə elə analar atalar.Adminlərdə də görürəm gunah.artıq sən bildin də bu uşaqdı,elə də ban.detski mirdi elə bil.Ay uşaqlar,gedin oturun ders oxuyun,siz birde 10-12-13-14-15 yaşlarda olmayacaqsız.Öz yaşınızı yaşınıza uyğun işləri görməklə kecirin.Xəbər yox dərs oxuyun.Sonda budunuzda cimdikləyib agziniza qoyanda deyəcəm sizə.-Bu da onlara özümsayağı sözüm :yay:
 
11.Birinə baxırsan "paxıllıq",digərinə baxdıqda "dede-qodu",üzünü döndərib daha birinə baxdıqda isə "onda var məndə niyə yoxdu"fikirləri ilə olan insanlarımız ,üzdə mələk rolunda arxamızda isə "min üzlü"rolunda ,səncə insanlar niyə bu qədər bir- birilərindən soyuyub mənfi hisslər keçirirlər?
Bunun əsas səbəblərindən biri,pula,maddiyata daha çox dəyər vermələridir.paxıllıq edirlər bir birinin evlərinə,əşyalarına,dedi qodu edirlər çunki bir birini gözləri götürmur,onda var mende niye yoxdur deyirlər səbəbi nəfislərinin əsiri olmasıdır.Bunlarda dolayısı ilə yenə də bağlanır insanların bugun hər şeydən daha çox pula önəm verməsinə.belə insanlardan tərbiyyə alan övladların gələcəyindən heçnə gözləmə.Korrupsiya evdən başlayar.Sonrada deyirlər flankes özünü asdi,niye,kredit borcu var.Gunahar kimdir?Bank.Sadecə bəhanədir.Sənin nəfsin tox deyil,qonşuda var məndə niyə olmasın deyib girirsən borca xərcə alırsan özünə maşın,övladına bahalı telefonlar,arvadına şuba sonra da get özünü as kendirdən iş bilmişəm.Əlində olana qane olsa insan övladı belə olmaz.Təbii ki istisnalar var.hami bu səbəblərdən borclanmır.Belə hallar paxıllıqdan eqozimdən yaranır.Cahillikdir sadəcə.
 
12."Papağımı belə qoysam onda qız məndən qorxar elə bilər ki,Bakı ofisiyəm:)yox belə qoysam onda da qız məndən güvüşər elə bilər ki,Qarabağın pambuq veyləsindənəm))yaxşı ancaq belə qoysam onda da qızın məndən lapp zəhləsi gedər elə bilər ki,Gəncə qumarbazıyam")))-Köhnə filmlərimizdən olan "O olmasın bu olsun"bu sözləri deyən Məşdibad hər dəfə tv-də görsəmdə yenədə izlədiyim filmlərdən biridi)Bəs Gülka öz papağını necə qoyur ki,ona yaxın olan şəxslər onu daha çox sevsinlər?))
Məşədi İbadlar indi daha çoxdur cəmiyyətimizdə.Cib dolu baş boş.Bir var millət bir var kütlə.Savadlı agıllı cahillikdən uzaq toplum millət adlanır.Cahil,savadsız,intellekt seviyyəsi sıfıra bərabər toplum isə kütlə adlanır.Bugün savadsızlar cahillər daha çoxdur deyə kütlə adlandırsam kimsə inciməz yəqin məndən.Ona görə də xalq bugundədir indi.İndiki uşaqlar gənclər məhvə doğru gedir.Əllərində telefon axmaq işlərlə məşğulduıar.Bir qphumum var 10cu sinifdə oxuyur.2 ildir Coğrafiyadan məşğələyə gedir ailəsi pullar tökür sual versim Azerbaycanın ərzasisi neçə kvadrat kilometrdir,qoyun kimi gözünü döydü.Gör indi gələcəkdə Məşədi İbadlar nə qədər olacaqda bizim bu "kütləmizdə".Mən bu suala cavab onda verərdim ki,Məşədi İbadlar kimi başım boş olardı.Ona görə də bu suala bu tərzdə cavab verdim.
 
13.Əslində bu sualı vermək istəməzdim daha doğrusu bu mövzu haqqında danışmağı sevmirəm,amma bir evli xanım olaraq fikirini bilmək maraqlı olacaq.Qaynana gəlin münasibətləri neçə illər davam etsədə bitməz -tükənməz söz- söhbətlər...Günahı ilk növbədə kimdə görürsən?)
Belə söz var.Deyir bir gun dunyada bütün muharibələr bitəcək bircə qaynana gəlin muharibəsindən başqa :23: Bilirsən necədir?Biz qadınıar hiyləgərik və paylaşmağı sevmirik.Qaynanada qadındir gəlində qadındır.Biz iki qadın eyni cinsdə ola-ola bir birimizi başa düşmədiyimiz halda,qaynana ilə gəlin dalaşanda ərdən tələb edirik ki,məni başa düş.Ortaq məxrəci tutmaq lazımdır.Yox əgər görsım ki,yoxe qarşı tərəf çox cığallıq edir onda neyyyo var külahlari deyişirəm.Oluram bam-başqa Günay.sonunu düşünən qəhrəman olmaz.Yuxarıdada dediyim kimi mən məcburuyyət,əmr belə şeylər qəbuı eləmirəm onda qeyri ixtiyari deyişilirəm.Qabağımdakı kimdir,mənim nəyimdir,ay beıə etsəm onu itirərəme birdən qətiyyən düşünmürəm heç vecimədə almıram axıra kimi gedirəm.Haqsızlıq gördümsə mən tamamən dəyişilirəm.Heç özümdə özümü tanımıram.Pislikdə edərəm hətta etiraf edirəm.Məni dəyişməyə məcbur etməsinlər luçşe)))Qaynana gəlin munsibətindən getmir tək sohbət hər hansı munasibətdə haqsızlıq görsən dəyişilirəm.
 
14.Bu qədər düşündürücü suallardan sonra saytımızdan danışmasaq olmaz:)Hər gün saytın (PERFECTY)useri olaraq sayta daxil olub şərh yazma əsnasında digər qızlarımızında şərhlərinə fikir verməmiş olmarsan)Kimin şərhlərini oxuyub fikirlərinə diqqət yetirirsən?)
Perfect-yəni mükəmməl)))Mən xəbərə keçirəm rəy yazıram sonra həvəsim olsa oxuyuram başqa şərhləri.oxusam hamisini oxuyuram oxumasam hec birini.konkret şərhlərini izədiyim user yoxdur.Hərənin öz fikri var.

15.Və sona doğru çatdıq ümid edirəm səndə sualları bəyənmiş olarsan)Sonda qadınlarımıza,balaca qızlarımıza arzuların və sözlərin.
Əlbəttə çox bəyəndim.Əlinə sağlıq)))Xanımıarımıza sözlərim nə olsun.Xəbərlərə şərh yazanda statusum artsin deyə şablon sozlər yazmayın.Yaşınız düşmürsə bu saytlara daxil olmayin.Bu sayta dair sozlərim.Həyatda isə cahil olmayın.Heç yerdə qoymayın sizi əzsinlər.Haqqlarınızı huquqlarinizi bilin və izn verməyin tapdasinlar.Seriayallara az baxin,ona ayiran vaxtinizi uşaqlarin təlim tərbiyəsinə ayırın.Ərlərinizə sadiq olun və onlarinda sizə sadiq olub olmamasina həmişə nəzarət yetirin.Xəyanəti bağışlamayın.Əsası budur.Özünüzə güvənin,qadınlıq qururunuza sahib çıxın.Vicdanlı olun.Bir sözlə Allahın sizi qadın olaraq yaratdiği üçün qadin olmağın haqqını verin.Qadın olmaq daha şərəflidir əks halda əhli-beyt qadından şəcərə etməzdi!
(səs: 7)
Şərhlər: 17
Baxılıb: 2 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri