Mənim dostlarım.... . "Minə"(13)

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 1 520
Səs ver:
(səs: 0)
salam saytımızın gözəl göyçək xanımları:03:yeni layihəmlə qarşınızdayam,:08:"mənim dostlarım":kanka:bu dəfə ki qonağım "Minə" bacımdır:02:hazırsız?onda başlıyaq oxumağa bacımın dostluq haqda müsahibəsini:kahve::02:

1.ilk öncə olarsa İstərdim biləm , Ən yaxındostunuz var?
Var, həyat yoldaşım:09:

.2.Sizcə virtualda yaxşı dost olmaq mümükündür?
Hardasa mümkündür deyə düşünürəm

.3.Bəs bu dostluğa necə baxırsız?
Əyər dostun sənin hər sirrini saxlıyırsa çox yaxşı baxıram. Nə olsunki virtualdır, virtual aləmində öz sirrləri var:08:

.4.Seçim içində qalsaz (allah eləməsin) Sevgilinizi seçərdiz yoxsa ən yaxın dostunuzu?
Baxır nəyə görə seçim etməliyəm. Haqq kimdədirsə onu seçərəm))

.5.Sizcə dostluq nədən başlıyır?
Dostluq həyatın ən gözəl anlamıdır.O qədər dəyərli bir münasibətdir ki...Sözlərlə anladılması çətindir.Bunu qorumaq üçün sadiq ürəkdən çalışmaq lazımdır:02:

.6.necə birisi ilə dost olarsız?
Əsl dosta sahib olan böyük bir xəzinəyə sahib olmuş kimidir. Əsl dost çətin gündə bilinər. Həm realda, həm də virtualda olan dostluqlar mənimçin çox dəyərlidir. Çox insanla ünsiyyət qursam da, hər kəsə dostum deyib ürəyimi açan birisi deyiləm və birinə dostum deyirəmsə, onun üçün gözə ala bilməyəcəyim risk yoxdur. Bu həyatda bir insanı sınamadan ona dostum demək, güvənmək gözü bağlı bir şəkildə özünü hündür yerdən atmaq kimi bir şeydir:cak:

.7.özündən daha çox güvənə biləcəyniz birdostunuz olub?
Olmuyub.

8.Bəs güvəncinizi qıran bir dostunuz?
Xeyir oda olmuyub.

9.Bir gün ən yaxın dostunuzun sizin arxanızdan danışdığını eşitsəz, Ona necə münasibət bəslərsiniz?
Qarşımda otuzdurub başa salardım _"Dostluq qırılmaz zəncirdir və dostluğu belə təsəvvür etmələri də təsadüfi deyil.Çünki səmimi, möhkəm dostluq hisslərini heç nəylə sarsıtmaq mümkün deyil. İnsanlar arasında hər xoş münasibəti də dostluq adlandırmaq olmaz. Əsl dostluq illərin sınağından çıxır. Bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Əsl dostluq insanlar arasında münasibətlərin uca zirvəsidir. Əgər sən dostluğu yüksək qiymətləndirirsənsə, gərək dostun sandığın şəxsin yolunda hərbir çətinliyə dözməyi bacarasan, sirlərini ondan gizlətməyəsən, heç vaxt yalan danışmayasan. Nahaq deməyiblər ki, dost-dosta tən gərək, tən olmasa, gen gərək.:urek:"

10.Oğlan la qız dostluğuna necə baxırsız?
Lord Bayron demiş _"Oğlanla qız heç vaxt dost ola bilməz. Əgər dost olmağa razılaşsanız sevgili olacaqsınız. Ayrılandaisə heç vaxt dost ola bilməzsiniz." Bu fikirlə tam razıyam.:02:

11.Bəs heç oğlan dostunuz var? və ya olubmu?
Olub, həyat yoldaşım və hələdə dostluğumuz davam edir:urek:.

12.Çoxu insanlar deyir "Oğlanla qız dostluğunun axrı həmişə sevgiyə çevrilir"Siz nə düşünürsüz bu haqda?
Çoxlu insanlar düz deyir.:)

13.Dostluqa fədakarsız?
Demək birisiylə hələdə dostluğum davamedirsə demek biz bir birimize fədakar dostuq:kanka:

.14.Burdakı ən yaxın dostnuz kimdir? və ya kimlərdir?
Əvvəllər daha çox dostum var idi burda. İndi heç biri yoxdular. Bir dənə Antikimi tapmışam köhnələrdən hərdən onunla dərdləşirəm:09:.

15.Uşaqlıqda" böyüyəndə rəfiqənizlə eynievdə yaşamaq "xəyalını qurmusuz?
Yox düşünməmişdim heç o barədə. Elə düşünürdümki yığışdıq bir yerə oynadıq və hərə öz evinə. Bu qədər:128:

.16.Dostlarınızla ən çox nəyi və ya nələri paylaşırsınız?
Dostlarım olmadığı üçün heç nəyi əlbətdəki. Əyər dostum olsaydı və məndən nəyi isə paylaşmamı istəsəydi gözümü qırpmadan onu edərəm onun üçün. Yox əyər söhbət sevincini, kədərini,gözəl günlər, pis günlərdən gedirsə. Həyat yoldaşımla çox yaxşı dostam və onunla bütün yaxşı anlarımı, pis anlarımı,xəstəliyimi, sağlığımı, sevincimi, kədərimi və nəhayət sevgimi paylaşa bilirəm

.17.Dostlarınızla bağlı başınıza gələn maraqlı və gülməli hadisə olub?
Belə sizinlə paylaşacağım, elədə maraqlı bir şeylər olmuyub açığı.

18.Bir gün sayt bağlanarsa (Allah eləməsin) burdakı hansı dostunuz üçün çox darıxarsız?
Onsuz bir ara burdan uzaq düşdüm. Elə sayt mənim üçün bağlanmış hesab olundu. Və sayt hal hazırda bağlanarsa elədə darıxacağım dostum qalmıyıb burda(Antikimdən başqa). Sadəcə özümə yaxın bildiyim bəzi userlər var onlar üçün darıxardım,sayt üçün,xəbərləri oxumaq üçün darıxardım:pff:.

19.burdan dostlarnıza deməy istədiyiniz söz var?
Belə dostum yoxdur amma ümumi deyərdim ki, dostluqda sadiq olmağı unutmayın ən əsası da sirr saxlamağı bacarın.:02:

20.Vəə sonda...Qızlarmıza dosluq haqda məsləhətiniz?
Mən sonda sizinlə bir hekayəni bölüşmək istiyirəm, dostluq haqqında kim nə anlam çıxarır çıxarsın.Uşaqlıq dostu olan iki mömin uzaq səfərə çıxır. Səfər günlərindən birində onların arasında mübahisə düşür və dostlardan biri digərinə sillə vurur. İncik düşən dost bir söz demədən dostunun üzünə baxır, sonra qum üzərinə bu sözləri yazır: "Bu gün uşaqlıq dostum mənə sillə vurdu".Beləcə onlar yollarına davam edirlər, nəhayət, bir meşəyə çatırlar. Vurulan dost meşədəki bataqlığa düşür. Dostu onu xilas edir. Xilas olan dost bu dəfə daşın üzərinə bu sözləri yazır: "Bu gün dostum həyatımı xilas etdi".Dostu ondan soruşur;- Bir neçə gün əvvəl sənə sillə vurduqda bunu qumun üzərinə, indi xilas edəndə isədaşın üzərinə yazırsan. Bunların mənası nədir?Xilas olan dost belə cavab verir:- Biri xətrimizə dəydikdə bunu qumun üzərinə yazmalıyıq ki, mərhəmət küləyi onu tez silib bizə unutdursun. Biri yaxşılıq etdikdə isə onu daşın üzərinə yazmalıyıq ki, həm bizim, həm də əbədi olaraq başqalarının xatirində qalsın.Acıqlarımızı quma, yaxşılıqlarımızı daşlara yazmağı öyrənməliyik. Yaxın dost tapmağa bir neçə dəqiqə sərf etsəkdə, onu unutmağa bir ömür lazım olur.Vəəə oxuyan gözləriniz dərd görməsin:22: əzizlərim Hələlik.:123:

P.S bacıma qatıldığı üçün təşəkkürümü bildirirəm.:22:həyatında uğurlar:128:
layihədə iştirak etmək istəyən şəxsi ismarıcla müraciət edə bilər:08::123:
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 520
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri