Salam Qadınlar.Biz xanımları sizlərə AZƏRBAYCAN filimlərində olan Mahnıları yazmaışam amma variantlarla.Çünki cavabları sizilər tapmacaqsız.Görüm xanımlarımız bizim musiqiləri nə qədər bəyənir.Xüsusən Azərbaycan filimlərini.
Dörd dost, dörd ürək, dörd yoldaşıq biz. Birdir arzumuz, istəklərimiz. Hər gün suları tən yara-yara, Birgə gedirik biz buruqlara.
Ayrılmaz dostlarıq biz, Tükənməzdir qüvvəmiz, Qarşımızda baş əyir Mavi, dalğalı dəniz. Qarşımızda baş əyir Mavi, dalğalı dəniz.(Musiqi : Tofiq Quliyev)
a)Bəxtiyar filmi b)Bəxt üzüyü filmi c)Görüş filmi d) Qaynana filmi
Yurdum, yuvam, ey əziz kəndimiz, Azad, abad , ay gözəl kəndimiz. Gözəl olur səndə yay, qış, bahar...
Yaşıl meşəli, ömrüm nəşəli Sevirəm səni, gözəl kəndimiz...(Bəst: Tofiq Quliyev)
a)Gün keçdi filmi b)Ögey Ana filmi c)Qaynana filmi d)Ulduz filmi
Nəğmə susdu dodağlarda Dilə gəldi tüfənglər Mənim atam uzaqlarda Cəbhələrdə bir əsgər Cəbhələrdə bir əsgər
Anamızın laylaları Nənnilərdə pozuldu Arzuladıq ilk baharı İstəyimiz yad oldu İstəyimiz yad oldu(Bəst: Vasif Adıgözəlov)
a)Bizim Cəbiş Müəllim filmi b)Uşaqlığın son gecəsi filmi c)Görüş filmi d)Şərikli Çörək filmi
Bir axşam taksidən düşüb payıza... Bilmədik haraya, hayana gedək...
Bahar həsrətiylə, payız axşamı... Yenə həzn-həzn, titrədi ürək...(Bəst: Emin Sabitoğlu)
a)Baladadaşın ilk məhəbbət filmi b)Gün keçdi filmi c)Yuxu filmi d)Bəyin oğurlanması filmi
Gəl, ey səhər! O gözlər kimi hər tərəf qara Bu yollar səni aparır hara? Yenə bu səhər,günəş nur yerə ələr Bir təzə nağıl başlar dünya, Oyan ey Günəş,oyan Al-əlvan boyan,yoxsa bu dəniz uçar Bir zülmət gecə dəniz qaçar Gəl,ey səhər,gəl,ey səhər(Bəst: Polad Bülbüloğlu)
a)Alma almaya bənzər filmi b)Dədə Qorqud filmi c)Uşaqlığın son gecəsi filmi d)Qərib cinlər diyarında