Mən və O(Tatyana ilə maraqlı müsahibəm)

Müəllif: Antikvar
Şərhlər: 16
Baxılıb: 2 809
Səs ver:
(səs: 0)
1.Salam olsun Saytımızın Tatyana bacısına necəsən?) Müsahibəmizə keçməmişdən öncə bəlkə özünü Qadınla.com ailəsinə özünə xas tərzdə təqdim edəsən?

Mən Tatyana Qadınla.com əhlini salamlayıram)

2.Təqdimatdan sonra keçək əsas sualara)) Demək(Bilik)Gənclərimizi gələcəyə uğurla addımlamasına kömək edən, hər sahədə inkişafını göstərməyə nail olan, əldə olunan Biliklə nəsildən nəsilə savadlı övladlar yetişdirməyi sağlayandır.Bəs Tatyana oxumaq istəməyən, fikri dərslərdə deyildə ,başqa sahələrə yönəldən Gənclərimizə məsləhətlər verməklə birgə (Biliklə) bağlı necə doğruluqları qeyd etmək istərdin?


Fikri oxumaqda olmayan insanları mən hec cür anlıya bilmirəm,məncə bunda azda olsa valideynlərində günahı olur,çünkü uşaq böyüdüyü mühütdə nə varsa onu görür götürür,yanii uşaq öyrənə öyrənə böyüyür,əgər valideyn övladı uşaq vaxtından oxumaga meylləndirsə uşagın beyninde oxumaq vacib bir şert olar,eger valideyn (var ele valideynler)uşaq vaxtdan uşagın beyninə salırsa sənə filankəsi alajam baban qurban))və yaxud bunu qıza almışam,bu qazan dəstini,bu pakrivalı qıza almışam deyib cehiz tutursa övladın oxumaga həvəsimi qalar,artıq övladın başında evlənmək,qazan-mazan haqda fikirlər üstün yer tutur,amma valideynlər varki şəxsən mən özüm(özümü öymək olmasın)qızım birinci sinfə gedəndə xətti pis idi,xetkeşi alırdım elimə əllərini qoyurdum stolun üstünə vururdum deyirdim indi yaxşı yaz,saat ayırmışdım bir saat bu dərslə,bir saat el işiyle və s,her gündə təkrarlıyırdım sən oxuyub inistuta girmelisən girəcəksən hələ birinci sinifə gedirdi,və onun başını mən elmle qatdım boş vaxtını bələ nəsə öyrenmeye sərf etdim,ingilis dilinə qoydum,pianino,risovaniya,rukadelya,neticə?neticədə şükürler olsun allahıma başı dik analardan oldum 11il məktəbdə,indidə inistutda,övladları elmə maraqla böyütmək lazım,onları hər zaman nəyisə öyrənmək gec deyil deyərək elmə biliyə həvəsləndirmək lazım,Uşaqlıgımdan yaddaşımda qalmiş Lenin baba demiş oxumaq,oxumaq,yənədə oxumaq!biliyin insana zərəri yox,savadsız insanlar hər yerdə bəlaya düşür neden?ona görəki düşünmür addımı atarkən bilik yoxku düşünə(ali tehsilli və ya orta təhsillidən söhbət getmir ha)mən oxumamışam inistut,amma inandırım səni elə oxumuş insanlar tanıyıramkı mən o agzını acanda aralaşıram o insandankı necə savadsız mədəniyyetsizdi,bilikk lazım,inistut oxuma imkanın yoxmu coxlu elmi kitablar oxu,coxlu kitab oxuyan bilikli olar

3.Əcəldən nə qaça bilərik nədə gizlənə bilərik, vaxtı vaxtında gəlib bizi tapar. Şansımızdada,Bəxtimizdədə əcəlin dəqiqliyi olsaydı yəqinki, peşmançılıqlar və təəssüflər olmazdı.Bizə verilən şans, bizə verilən bəxt təəsüf ki, əcəlimiz kimi üzlü deyil və çox heyif ki, əcəlimiz kimi gəlib bizi harda olsaq tapan deyil. Bəxtimizin, Şansımızın üzünə gecikib baxdıqsa yan keçib gedəcək...Səncə Qadınlarımızın üzünə gələn( Şans) qapılarını çırpaqla düz edirlərmi?)


Men əcəl,şans,qismət kimi sözlərə inanmıram canım,öncə əcəl haqda-əcəli yetib öldü deyirlər,əlbətki biz hamımız torpaga gedəsiyik bunu bilirik,amma biri var vaxtında ölesən allahın yaratdıgı bir gün torpaga qayıtmalıdı,misalcün biri icir sərxoş halda maşınların cox sürətli getdiyi, cox oldugu bir yoldan qırmızı işiqda kecir qəfilden maşın əzir kecir ölür,deyirlərki yazıgın əcəli yetibmiş maşın basdı öldürdü,bu sfetafor bilirikki qırmızı bizə xəbərdarlıqdı olmazz,sərxoş olarkən özünü bilmirsənsə bilməlisənki icmək olmazzz,bu insan özü iki olmazı boş verib özünü atırsa yola buna əcəl demək olmaz,bu agılsızlıq ölümlə nəticələndi deməkdi,kecək qismətə şansa.qadınlarımız qızlarımız deyirsən,bir qız tutaqkı ailədən gizlin sevir birini,bilmədən kimdi ailəsi kimdi,necidi ve ailesi bunu qebul edecekmi?sual altında oldugu halda sevirem deyir,sabah öz ailesi özü meslehet bildiyi tanıdıgı bildiyi birine bu qızı verir tebiiki valideyn övladın geleceyini düşünür,bıyyy qız deyir men başqasını sevirem axır ayrılmalı olur,deyirler yazıgın qismetini qaytardılar,hec bir qadının qızın qismet qapısını heckim baglamır,yalnız insan özü,qismetide şansıda qadın qız özü yaratmalı özüne,atdıgı her addımda

4.İndiki zaman gənclərimizdən söz açsam o qədər mənfi xusisiyyətlər var ki, say say bitməz. Məsəl üçün(Danışıq qabiliyyətləri yox, davranış mədəniyyətləri yox, böyük kiçik anlayışından uzaq, geyim həddi yox və.s)Təbii istisna olmaqla.. Mən bu dəfə sualımı geyim həddindən açmaq istərdim.Düzdü geymin hədd hüdüdü olmur amma mən indiki bir çox oğlanların geyimlərinə nəzər yetirdiyimdə hədd deməyi tərcih etdim)) Baxırsan qulaqlarda sırğa, ayaqlarda qızlarımızı belə keçmiş dar şalvar(kolkotka) saçlarımızında maşallahı var)) Gah tutuquşu kimi biraz təpədə saxlayarlar saç kənarlar hamısı keçəl, gahda bir tərəfdə saxlayarlar digər tərəf keçəl)))Biz əsgər deyirik bunlar isə vayinni bilet deyib geyim deyillər)) Sən necə baxırsan bu tərz vidli fason, nazlı-qəmzəli "oğlanlarımıza"?)..Tatyana bacımız üçün əsl oğlan geyim obrazı necə olmalıdır?.


İstisna olmaqla düz deyirsen,men özümde yeniyetme dövründe olan ogul anası oldugumcün cox ciddi yanaşıram indiki debe,modaya))var ele ogullarkı baxıram sadece icimde sakitce deyirem allahım şükürler olsun menim övladım ele deyil,saca bilmirsen ne cekirler,qulaqda sırga,eyinde kalqotki(uzr istiyrem)yaa sen kişisenmi geleceyin kişisi,atası sensenmi,sen özün kalqotki geyirsense övladına cırıqlı kalqotki geydireceksen elbetki,oda yene terbiyeden ireli gelir mence,oglan uşagı ne qeder ciddi terbiye olunarsa,o qeder kişi xarakterine malik olar,oglan idmanla meşgul olar,oxumaq ve idman,oglan agır tebietli olar,oglan o yandan gelende kişi geldiyi hiss olunar,zehmi agır olmalı oglanın,qulaga sırga taxdıgına qırıq qulaqla gez görsünlerki idmancısan,bedende armani gucci maykasını göze soxduguna ezele yıgmış bedenin göze carpsın,demirem cins geymesinler cins geyinir indi hami amma normada,klassik stil,sport stili her stilin öz yeri öz mekanı var,sade sac formaşı(kişi sac forması)gödek vurdurulmuş sac,gözel temiz geyim,seliqeli geyim,agır tebietli,agır zehmli,kişi xarakteri,menim qiymet verdiyim oglanlar kişi xarakteri daşımalı yaşından asılı olmayaraq ve men cox xoşbextemki o kişi xarakterli ogul terbiye ede bilmişem

5.Sədaqət-gəl əyləş gəl gəl:)
Cənnət xala-Zəhmət çəkmə... Ağez belədə iş olar? Lap əldən düşmüşəm..
Sədaqət - Aaa nə olub ki?..
Cənnət xala-Bilmirəm bu od parçası kimə oxşadı)) Atasii tıs-bıs balığ))) Anasii-ımh ımh ımh, tıxxx))))
Sədaqət-uşaqdı ay cənnət xala.. İnşallah böyüyərrr atası kimi sənə pianino çalar))
Cənnət xala-hıəyyy..Yenə onun paltarını yuyursan?
Sədaqət-Sevda mənə bacıdanda artıqdı cənnət xala, birdə biz axı qonşuyuq...
Cənnət xala-Görürəm, pis keçmir Qaraçı qızın günü))) Ax ax ax Qaynana qulluqçuu, qonşuyada paltar yuduzduran))) Tu tu tu)))
Məhşur Qaynana filmindən qısa Fraqment, Allah qəni qəni rəhmət eləsin Nəsibə Zeynalovanı.Bu Qaynanadan Bəxtiniz gətiribmi Tatyana bacı?)) Nə kimi fikirlər söyləmək istərdin Qaynana gəlin münasibətləri haqqında?)


Ahh coxlarının yaralı yeri olan qaynana münasibetleri,ilk önce deyimki qaynanam gözel insandı,mehriban biridi,münasibetimizde normal(bextim getirib)qaynana deyendeki anadır da qaynanada,onun böyütdüyü ogul senin heyatının daşıyıcısı olursa nece pis olasan qaynanaya,hamının sehvi ola biler,düzdür qaynanalar tanıyıramki ogul yoldaşına teref getdikde behaneni behaneye qatıb ogulu öz yanına cagrır,neynek dava etmeli deyilikki anadır da qısqanır,adice bir adamla cox yaxın refiqe olursan sabah onun yeni bir tanışı cıxıb onlar daha cox vaxt kecirdikce qısqanırsankı onuyla menden cox vaxt kecirirsen,buda anadır övlad böyüdüb ve götürüb verir geline nece olmalıdı herden qısqanclıgı tuta biler da) men özümde qaynana olajam gelecekde(inşallah) men deyirem men gelinimi qızım kimi saxlıyajam,sevmirem gelin sözünu,hemde gelin qaynana münasibetlerinin en esas rolu qaynanaya düşürkü gelin onun evine gelir ve geldiyi bir günden qaynana nece gedişat qurarsa gelinde emel eder ona,qaynana ana kimi olarsa gelinde onun qızı olar

6.Bir Atalar sözümüz vardı "Alma məzlumun ahını çıxar ahəstə ahəstə"... Sən bu Atalar sözünə hansı əlavələr etmək istərdiz?..

Men bu atalar sözüne hecne elave etmek istemezdim canım))

7. Здравствуйте Ay Mətiş, как дела? Ay Tətiş vallah biraz хорошо))) Nədənsə biraz глава болит))) Ehh Bizim yarı Rus yarı Azərbaycan dilində danışan ağıllı, Kamallı, savadlı, millətim)) Modduda öz dilini saxlayıb başqa dildə danışmağımız)) Azərbaycanlı olasan öz dilində danışmayasan? Azərbaycanlı olasan öz vətənində başqa dildə danışmağı üstün tutasan? Dilimizə nə gəlib başqa dillərdə danışmağı sevirik? (Bu sualda o qədər danışmağa sözlərim var ki, əyər birazda yazsam sualı unudacam deyə keçid edirəm suala)) Sən bu haqqda nə düşünürsən? Vətənində yaşayıb başqa dildə yolda gedərkən danışmaq düzgündürmü?

Vallahi men sevmirem,sevenler danışanlar var amma o men deyilem,öz dilime öz lehceme vurgunam men niye öz vetenimde rus dilinde danışımkı,ruslarda danışırıq yeter da,öz vetenimdede rusun diline üstünlük verecek deyilemki,men rusun torpagında mecburam rus dilinde danışmaga amma ora geden kimi tamamile dayandırıram rus dilini,birden ruslarlarda öz dilimizde danışıram yaxın olduqlarımla,deyirem nece olurku biz sizin dili danışaq siz bizim dili yox?)babulyamız vardı azerice öyretmişdim cox şirin danışırdı)birden kücede gedende öz dilimizde danışıram uşaqlarım deyir mamm,nu mamm))deyirem nedir dilimi dandırajaxsız mene?)


8.Birinə baxırsan "paxıllıq",digərinə baxdıqda "dede-qodu",üzünü döndərib daha birinə baxdıqda isə "onda var məndə niyə yoxdu"fikirləri ilə olan insanlarımız ,üzdə mələk rolunda arxamızda isə "min üzlü"rolunda ,səncə insanlar niyə bu qədər bir- birilərindən soyuyub mənfi hisslər keçirirlər?


Tesüfler olsunku indi coxdu bele insanlar,cox teesüffler olsunn...men Azerbaycana gedende o dedi qodu,paxıllıq,sözbazlıq üzünden birce ay qalan kimi qayıtmaq istiyirem,yaa neden arxasıyca danışırsan sözün var üzüme de da,onda var mende niye yoxdu?balamm get işle eziyyet cek qazan al sendede olsun,işlemiyen dişlemez deyerler menim varımdısa demekki eziyyet cekib yıgıb almışam get sende özüne al da,bunun hamısı vallahı yene men terbiye meselesine getirib cıxarajam deyejeksiz nooldu ele herşey terbiyeylemi baglıdı?.mence herşey terbiyeden asılıdı uşaqken öyretmek lazım,misalcün uşaga öyretmek lazım kiminse sevincine sevinmeyi,kimese elinde kömek etmek imkanı varsa kömek etmeyi,kimseden danışınca beynine hekk etmekki olmaz kimsenin arxasıyca danışmaq sözün varsa üzüne demelisen,hem terbiyeden asılıdı hemdeki indiki zamanede cox rol oynuyur,boş bekar biri oturur internetde baxır kiminse odnaklasnikine ve yaxud kontakt cıxır qonşunun birine deyr vayy be fikankes fılan geyimde filan maşında şekil qoyub,oda gedir o biri qonşuya bes bilirsenmi filankes filan maşın alıb bele bele dedi qodu yayılır kende keseye,amma o birinci gören işlese boş oturmasaydı kontaktda cıxıb demeseydi dedi qodu yaranmazdı,hemdeki şeytan dünyasında yaşadıgmıza göre bir yerdeki şeytanın varlıgı var orda yalan dedi qodu paxıllıq mütleq olmalı,o şeytankı ademle hevvanın allahla arasında dedi qodu yaratdı yaranmışda,qadını inandırdı,qadın ademi inandırdı belelikle allahın sözünden cıxıb qadagan meyveni yediler,mence günahlı bendenin nesliyik paxıllıq dedi qodu genimizden,amma özümüz istesek son qoya bilerik pis emellere,yeterki isteyek

9."Papağımı belə qoysam onda qız məndən qorxar elə bilər ki,Bakı ofisiyəm:)yox belə qoysam onda da qız məndən güvüşər elə bilər ki,Qarabağın pambuq veyləsindənəm))yaxşı ancaq belə qoysam onda da qızın məndən lapp zəhləsi gedər elə bilər ki,Gəncə qumarbazıyam")))-Köhnə filmlərimizdən olan "O olmasın bu olsun"bu sözləri deyən Məşdibad hər dəfə tv-də görsəmdə yenədə izlədiyim filmlərdən biridi)Bəs Tatyana öz papağını necə qoyur ki,ona yaxın olan şəxslər onu daha çox sevsinlər?))

Ehh canım papagımı ne fason qoymadımkı?..sevildimde,sevilmedimde
Uşaqla uşaqam,böyükle böyük,meni sevmiyen insanlar dogrunu söylediyimcün sevmirler meni,esas heyat prinsipim hamıya kömek etmek olub menim(en böyük yanlışım) deyesen indi prinsipimi pozmaq qerarımı qüvveye mindirejem,insanlar terefinden sevilib sevilmemeymin bir önemi yoxdur menimcün,menimcün önemli olan allaha meqbul insan olum,allahımın gözünde ona sadıq insanlardan olum yeterr

10.Qabaqlarda çox mənalı bir status eşitdim hətta neçə günlərdi öz -özümə təkrar edib ,gələcəyim üçün qulağımda sırğa etdim:)Həmən status budu:
"Ey insan bağlanma bu fani dünyaya nə qədər qar dənəcikləri olsanda,günəşin istiliyi bir gün sənidə əridəcəkdi"-Səncədə mənalı sözlər deyilmi bu sözlər, bu statusu oxuyarkən daha hansı sözləri əlavə etmək istərdin?


Hemde coxx menalı sözlerdi,ey insan baglanma bu fani dünyaya,ey insan güvenme hec vaxt fani dünyanın insanlarına,yalnız allaha güven,allaha bugda qeder inamın olsa daga yox ol desen dagı yox eder senincün,amma insana bugda qeder inamın olub inam edib güvenersen seni yerle yeksan eder,bu gün varsan bir saat sonra varsanmı yoxsanmı bilmezsen,güvenme özüne bele

11.Bu dəfədə sualımı saytımıza həsr etmək istəyirəm) Bir Perfect user olaraq burdan userlərə nə kimi sözlərin, iradların vardı? Və saytda şərhlərinə diqqət yetirdiyin user varmı?)

Userler hamısı var olsun,hemişe aktiv olsunlar(olduqları kimi)zaten aktivlerki sayt var,şerhlerine nezer saldıgım userler coxdu,mence onların sayesinde sayt yaşaşır işine davam edir tebiiki admın heyeti başda olmaqla

12.Müsahibəmizin sonuna çatdıq, ümid edirəm sualları bəyəndin. Sonda olaraq Qadınla.com ailəsinə ürək sözlərin arzuların varsa buyurub qeyd edə bilərsən)

Sonda sene ayrıca teşekkürümü bildirim Antikvar gözelim,cox sagol.
Qızlarımıza arzum budurku her zaman qururu ilk növbede tutmagı bacarsınlar,göz yaşlarını hec vaxt kimseye belli etmesinler ve her zaman mehribanlıgı saxlaya bilsinler
Teşekkür edirem hamınıza,oxuyan gözleriniz yorulmasın)
(səs: 0)
Şərhlər: 16
Baxılıb: 2 809
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri