Fala baxanlar, cadugərlər - Həftənin müzakirəsi

Müəllif: my_angel
Şərhlər: 12
Baxılıb: 4002
Səs ver:
(səs: 3)
Salam olsun Qadınla.Com saytının hörmətli istifadəçilərinə 03
Yenə müzakirə mövzusu ilə qarşınızdayam.
Bu dəfəki müzakirəmiz Falçılar, Cadugərlər digər adı ilə şarlatanlar)) haqqındadır.

Sizə şahidi olduğum bir hadisəni danışmaq istəyirəm, mənim dostumun xalasının bir iş yoldaşı var, güya çay ilə fala baxırmış, bir gün dostumla xalasının iş yerinə getmişdik xalasına yemək aparmışdı, həmin bu iş yoldaşı da otaqda idi, dostum dedi ki "filankəs xala, bir çay içim bax gör" ,filankəs xala razı oldu)).

Mən də kənardan maraqla izləyirəm görüm bu nə hoqqa çıxaracaq (həmişə o şarlatanların iş prosesi maraqlı gəlib), dostum çayı içdi qurtardı, stəkanın dibində çay qalığı qaldı, bu baxıcı dostuma dedi ki "barmağını çaya batır, dostum şəhadət barmağını çaya batırdı, baxıcı başladı dostumun çaya batırılmış şəhadət barmağına baxmağa, güya nəsə görürmüş kimi ihi indi məni dəli bir gülmək tutub özümü zülm ilə saxlamışam bunun bu cahilliyinə gülməmək üçün, baxdı baxdı başladı atıb tutmağa "filankəs belə gəldi behmankəs belə getdi"

Nəysə, hazırlaşdıq ki gedək daha, dostumun xalası dedi ki "Büllur,istəyirsən filankəs xala sənə də baxsın" mən dinməmiş filankəs xala ağzını açdı ki "yox mənim başım ağrıyır, ikinci birinə baxammaram" mən də cavabında dedim ki "mən onsuz da belə şeylərə inanmıram, heç vaxt da baxdırmaram", özdə deyim o filankəs xalanın baxışlarını heç bəyənmədim) mənə yaxşı baxmırdı artıq necə hissetdirmişdimsə ona inanmadığımı.

Yolda da dostumu həm danladım həm başa saldım belə şeylərə bir də qalxışma deyə, o sənin xalanın iş yoldaşıdı əlbət sizin ev haqqında nəsə bir şey bilir, tutar qatıq tutmaz ayran edir. Ancaq mənim haqqımda heç nə bilmir deyə atıb tutammazdı ona görə də imtina etdi o dəqiqə baş ağrısını bəhanə etdi..

Hələ cadu ilə məşğul olan şarlatanları demirəm Sizə..)) Nəysə çox yormuyum Sizləri, əziz userlərimiz.


İndi Siz deyin görək bu şarlatanlara (cadugərlərə, falçılara) inanırsınız mı? İnananlara münasibətiniz necədi? Şahidi olmusunuz mu?
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 4002
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri