N E L L İ ilə Müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 772
Səs ver:
(səs: 9)

 


1.Salam.Özünü təqdim et.
Salam.Mən N E L L I.20 yaşım var.Tələbəyəm
2. Nəyə görə məhz NELLİ?
İlk ağlıma gələn nik oldu.Həmdə qulağa yatmalıdır
3. Nikinin mənası nədir?
Mənası yoxdur,sadəcə nikdir
4.Xarakterin haqqında məlumat ver
Çox qapalı insanam,çox danışmağı sevmirəm,üzdən sərt görünsəmdə daxilən elə deyiləm.Hər zaman özümü güclü göstərməyə çalışmışam amma daxilən tez sarsılıram..Kinli insan deyiləm.Bütün qəzəbimi ötəri əsəbdən ibarətdir
5. Kədər nədir, sevinc nədir?
Kədər naşükürlüyümüzü bəlli etmək üçün bəhanə,sevinc isə həyatın xoş olan müvəqqəti üzü
6.Nəyə görə daha çox kədəri görürük, sevinc varkən?
Çünki naşükürük.Əlimizdə qalanların dəyərini bilib sevinmək əvəzinə itirdiklərimizn dalınca vay vay deyirik.
7.Hüznünə səbəb olan insan buna dəyirmi?
Bəli dəyər
8.Sevgi nədir sənin üçün?
Sevgi sözlə anlatılmayan...amma onunla qarşılaşdığında dizlərinin gücünün itməyidir, gözlərinin bütün dünyanı işıqlandıracaq qədər parıldamasıdır, bütün dünyanı bir ürəyə sığdırmaqdır
9. Sevirsən?
Bəli sevirəm
10.Gözləmək və ölmək.Hansı daha çətindir?
Ölmək daha çətin.Gözləmı isə sadəcə səbr tələb edir
11.Nələri sevirsən həyatda?
Sahib olduğum hər şeyi,var olduğum hər günü
12.Niyə görə belə əsəbisən?
Bəzən həyat insana yaşından daha böyük zərbələr vurur, Mənə də o zərbələrdən dəyib.Hər zaman həsas insan olmuşam.İçimə nifrətlərin dolmaması üçün bütün mənə dəyən zərbələri əsəbimin çiyinlərinə atmışam.Sonda da nəticə bu
13.Bəs niyə ağlayırsan həmişə?
Onun səbəbini bilmirəmki,o insanın içindən gələn bir şeydir..Ağlamaq bəzən nələrisə daha dərindən anlamama kömək edir
14.Həyatı necə başa düşürsən?
Həyat mənə üçün maskalanmış ,ikiüzlü insanları xatırladır. Hər an nə edəcəyini sənə nə surpriz hazırladığını bilmək mümkünsüz
15. Unutmaq asandır, yoxsa unudulmaq?
Unudulmaq daha asadır məncə.Mən hər zaman unutmaqda çətinlik çəkdim
16.Sevdiyin qədər sevilirsən?
Bir zamanlar sevilmişəm,amma indi bilmirəm
17.Həyatda hər istədiyinə nail olmaq mümkündür?
Allahın izin verdiyi yerəkimi mümkümdür.Həyatda insanların bacarmadığı şeylər yoxdur. Sadəcə istəmədiyi şeylər var
18.Şən gənclik yoxsa şıltaq uşaqlıq?
Şıltaq uşaqlıq,o hissləri yaşamağı cox istərdim.Mən heç uşaqlıq yaşamadımki...
19.Tənha qaldığında ilk olaraq ağlında hansı sual canlanır?
Görəsən Allah mənə onunla bir daha danışmaq üçün,hər şeyi daha doğru şəkildə anlatmaq üçün bir şans verəcəkmi mənə?
20. Ötən günlərinə heyfsilənirsən?
Ötən günlərim içərisində elə günlər varki heyfislənirəm.Mənə bəxş olunan o günləri dogru şəkildə yaşaya bilmədiyimə görə heyfislənirəm
21. Peşmanlıqların olubmu həyatda?
Olub peşmanlıqlarım və hələdə var
22.Lalın dilini anası bilir.Bəs sənin dilini kim bilir?
Bu vaxta kimi heç kim!amma axir zamanlar sən yavaş yavaş bilməyə başdamısan))))
23. Saytı necə tapdın ilk dəfə.Yəni necə olduki bu sayta gəldin?
Təsadüf nəticəsində.Məlumat axtarmaq üçün gimişdim internetə və qarşıma çıxdı.İlk baxışdan aşiq olmaq məncə buna deyərlər.İlk andan sevdim buranı
24.Saytda kimləri özünə yaxın bilirsən?
Qəlbimə yaxın olan-S Ə N!.Həyatıma yaxın olan BALAWKA,xətirlərini çox istədiyim_PURE LOVE,VALİYEVA_LENA.ümumilikdə bəyənmədiyim yoxdu
25.Saytda bəyəndiyin və bəyənmədiklərin?
Səmimi deyəcəm-Arada bəzi istifadəçilərin İşlətdiyi yersiz sözlər və şərhkləri heç bəyənmirəm.qalan hər şey normaldır
26.Saytın Jurnalisti kimi userlərə nə demək istərdin?
Əziz istifadəçilər Hər bir şərh sizi anlatır.bunu unutmuyun.Şərhləri yazarkən yüz ölçüb bir biçin
27.Bir gün ailə qursan yenə sayta girəcəksən, yoxsa sayt subaylıq həyatında qalacaq?
Yox girməyəcəm.Bu saytı çox sevirəm və heç vaxt unutmayacam.Amma Ailə qurduqdan sonra burda olmayacam çox gümanki.
28.Sualları bəyəndin?
Hər birini bəyəndim.
29.Ən çox hansı sualı bəyəndin?
18,19,22,27-ən çox bəyəndiklərim oldu
30.Bu suallardan bəs hansını mənə vermək istərdin?
27ci suali sənə vermək istərdim.cavabın mənə çox maraqlıdır
31. Sonda ürək sözlərin və arzuların
Sonda onu deyə bilərəmki Əziz xanımlar Xarici görüşünümüzün gözəlliyinə və təmizliyinə fikir verdiyimiz kimi-Arada daxilimizin Paklığını da unutmayaq.Çünki xaricimizdən çox daxilimizin baxıma ehtiyacı var.Hər birinizə həyatda hər şeyin ən xeyirlisini arzulayıram


Redakte etdi: PRETTY_GİRL

(səs: 9)
Şərhlər: 4
Baxılıb: 2 772
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri