SHOKKi MOKKi ilə müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 515
Səs ver:
(səs: 2)

1.Salam Xanım.Özünüzü təqdim edin
Salam özüm sadəcə Shokki olaraq qalım))
SHOKKi MOKKi ilə müsahibəm
2.Nikinizin sizin üçün xüsusi bir anlamı varmı?Yəni niyə SHOKKİ MOKKİ?
Belə xüsusi anlamı yoxdu sadəcə istədim şirin və birazda fərqli nik seçim

3.Bir az özünüzdən bəhs edin,xasiyyətcə ,daxilən necə insansınız?
Xasiyyətcə sakit,qısqanc,biraz zarafatcıl və əsasda yalana nifrət edən biriyəm

4.Həyatda yaşama məqsədiniz?
ALLAHın mənə bəxş etdiyi bu yaşamı doğru dəyərləndirmək və sevdiklərimə sadiq biri olaraq qalmaqdır məqsədim

5.Həyatınızda baş verə biləcək hər bir haqsızlığı bağışlayacaq qədər böyük qəlbiniz varmı?
Deyirlər bağışlamaq özü bir böyüklükdür ama mən bir az kinli biriyəm.Mənə qarşı edilən haqsızlığı bağışlasamda heç vaxt unutmuram

6.Qəlbiniz hansı yaşdadır?Sizdən dahamı gəncdir?
Qəlbim çox kövrəkdir.Ama mənlə eyni yaşdadır

7.Səhvlərinizdən peşmanlıq çəkənlərdənsiniz yoxsa nəticə çıxaranlardan?
Nəticə çıxardığım səhflərim də olub düzdü ama daha çox peşmanlıq çəkmişəm.

8.Həyatda Öz ayaqlarınız üstə dura biləcək qədər güclü qadınsınız?
Bəli hər zaman güclü olmağa çalışdığım üçün tək başıma öz ayaqlarım üstə dura bilərəm

9.Sizi göz yaşına qərq etməyə kifayət edəcək bir kəlmə və ya hərəkət söyləyin?
Bunu yazmaq belə çətindir ama valideyinlərimi itirdim sözləri...

10.Qoruyucu mələyiniz var?
Bəli mənim qoruyucu mələyim anamdır hər zaman məni qorumağa çalışır

11.Qəlbinizə gedən yol çox enişli yoxuşludur?
Bəli qəlbimə gedən yol çox çətin bir yoldur

12.Daha çox sevdiz yoxsa sevildiz?
Hər ikisi ama indi daha çox sevilirəm

13.Könül sevən göyçək olar-deyiblər.bəs sizcə?
Bu sözlə doğurdan çox razıyam həqiqətən bu belədir

14.Sizcə İndiki zəmanədə sevilmək üçün zəngin ürək lazımdı yoxsa pulla dolu cib?
Mənim üçün əsəs zəngin bir ürək lazımdır.Ama indiki zəmanədə çox az insana sevilmək üçün ürək lazımdır indi çoxları üçün əsəs puldur.Çünki sevginin də pulla olduğun düşünürlər.

15.İnsanları hansı xüsusiyyətlərinə görə dəyərləndirisiz?
Əsas sadiq olmalarına və yalan danışmamalarına görə

16.Gözlərinizi yumduğunuzda o qara pərdə arxasında hansı səhnə canlanır?
Əvvəllər gözlərimi yumduğumda görmək istədiklərimi canlandırırdım ama indi onların olmaycağnı bildiyim üçün sadəcə həyatın axışına görə canlandırıram

17.Gözlər qəlbin aynasıdır.Sizcə bu dövrdə üzümüzə geydiyimiz suni insanlıq maskaları nə dərəcədə qəlbimizi görməyə imkan verir?
Bu dövrdə insanları tanımaq olduqca çətindir.Lap yaxşı tanıdığnı düşündüyünüz insanların elə bir üzlərini görürsüzki onda anlayırsız heçkimi tanımaq olmadığnı.O maskalar olduğu vaxt ərzində insanları tamımaq mümkünsüz olacaq məncə

18.Hisslərinizlə ağlınızın dostluğu nə dərəcədə möhkəmdir?
Bəzi hadisələr olurki hər ikisi fərqli düşünür bu anlarda çətinlik çəkirəm ama çox vaxt ağlımla hərəkət etməyə çalışıram

19.Gözlərinizin dolduğu o an göz yaşlarınızı siləcək bir ağ atlı şəhzadə varmı həyatınızda?
Bəli var.İNŞALLAH hər zamanda həyatımda olar

20.Bu çətin həyat səhnəsində hansı rolun öhtəsindən gələ bilmədiz?
Hələki belə bir çətinliyim olmayıb ama yaşım çox azdır gələcəkdə çətinliyim olarmı bilmirəm

21.İnsanın vicdanı özündən çox yaşayır.Bu fikirlə nə dərəcə də razısız?
Bu fikirlə tam razı deyiləm

22.Əlinizdə sehirli bir çubuq olsa gələcəyinidən bir günü görmək istərdiniz yoxsa keçmişdən hansısa bir günü silmək?
Gələcəyimi sadəcə yaşayıb görmək istəyərəm ama keçmişdən bir günü silmək istərdim

23.Sizccə zamanın dəyənəyi coxmu sərtdir?o zərbənin şirinliyini daddınızmı?
Bəli sərtdir.O şirinliyi artıq dadmağa başlayıram

24.Sizcə həyatda bu qədəryaxşılıqq və gözəllik varkən niyə biz çirkinliklərə doğru meyl göstəririk?
Çünki yaşadıqlarımız bunu bizə məcbur edir elə zamanlar olurki onun qarşısında yaxşılığa doğru getmək mümkün olmur

25.Sizin aləminizdə xoşbəxtliyin düsturu?
Sevgi və gözəl bir ailə

26.Sizi bu sayt bağlayan və bu saytı sizə sevdirən ən başlıca səbəb?
Ən başlıca səbəb qadın saytı olmasıdır

27.Saytda ən çox profilinə baxdığınız istifadəçi və ya istifadəçilər?
PURE LOVE və PRETTY GİRL çünki onlara suallarım çox olur)

28.GAARA,MR.OFFİCER,PURE LOVE.PRETTY_GİRL,N E L L I ,SU_PERİSİ,SADECE MEN.Bu idarə heyətinin üzvləri haqqında düşüncələrin
Hər birinə ayrılıqda çox böyük hörmətim var.Belə GAARA,MR.OFFİCER ciddi biri.PRETTY_GİRL,N E L L I burda ciddi biriləri ama həyatda gözəl xasiyyətli.PURE LOVE, SU_PERİSİ mülayim hər kəsə kömək etməyi sevən biri.SADECE MEN dəcəl..)

29.Saytda hansı userdən müsahibə götürülməsini istərdin?
İstədiklərimdən götürülüb

30.Sonda saytımıza və ümumilikdə bütün xanımlarımıza olan ürək sözləri və arzularınız
Saytımıza bol bol uğurlar arzu edirəm.Hər zaman istifadəçiləri ilə birlikdə irəlidə olsun bizi özündən bir gün belə ayrı qoymasın.)Saytımızın idarə heyyətinə səbr arzu edirəm.İstifadəçilərə isə həyatda və saytımızda uğurlar arzu edirəm İNŞALLAH hər zaman üzlərindən təbəssüm əksik olmasın hər zaman saytda bir ailə kimi mehriban olaq.Və sonda Bacı Sənə təşəkkür edirəm mənlə müsahibə götürdüyün üçün və sənədə həyatda uğurlar arzu edirəm...

Redaktə Etdi: N E L L I

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 515
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri