Anonim Məktub(3)

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 992
Səs ver:
(səs: 6)
Salam Qadınlar.Biz  
Açığı Bu yazını hazırlamaqda tereddüdlü idim çünki çoxunuz etdiklərimi qəbul etməyərək məni qınaq abyektinə çevirə bilərsiniz. Amma unutmayın hər birimizin bir taleyi var həyatın elə anları olurki insan nə edəcəyini bilmir. Mən çox qərarlarımı bilərək vermişəm amma başqa yolumda olmuyub Məncə ..! Bircə onu deyimki heç Bir qadın mənim yaşadıqlarımı yaşamasın.Hər şeyi lap əvvəldən yazıram.
Ailədə 4 nəfərik.Bir bacım var Adı Nərgizdir. Gözümüzü açannan evdə ancaq dava,söyüş görmüşük. Atam içki düşkünü olduğundan həmişə anam işləyib bizi dolandırıb yemek,geyim baxımınnan korluğumuz olmayıb amma ana qayğısı hesretində olmuşuq çünkü anam işdən gələndə biz artıq yuxuda olurduq səhər isə işə gedəndə biz oyanmırdıq. Qısası uşaqlıq illərim balaca bacıma baxmaqla keçib böyük qız olduğuma görə ev işləri , yemək mənim üstümə düşürdü.Bu işlər məni heç  vaxt yormuyub məni yoran atamın bizi incitməsi olub anam gündüzlər işləyirdi gecələrdə rahat yata bilmirdi çünkü atam içib imkan vermirdi.Çox zaman döyülür bəzəndə gecələr qonşuya getməli olurduq.Ən acınacaqlı yanı isə o yaşda kişinin bu qədər şeyi biz iki qızın yanında etməsi idi.  Məktəb illərində çox gözəl oxumuşam amma ailəmdəki prablemlər təhsilimədə ziyan vurdu. Gecədən dərslərimi hazır edirdim amma məktəbə getmək çox vaxt qismət olmurdu,çünki ya atamın zərbələrindən görünəcək dərəcədə yaralar göyərtilər əmələ gəlirdi, yada ki gecə yata bilmədiyim üçün səhər dərsə gedə bilmirdim. İllər ötdükcə vəziyyət daha da pisləşirdi,mənsə  heçnəyə susmurdum onun etdiyi hormətsizliyi eynən ona qaytarırdım.Hətta bir neçə dəfə əldə qaldırmışam. Namaz Qılırdım( Bunu reklam üçün demirəm sadəcə bir insanın bu qədər hörmətsiz ola biləcəyini sizə çatdırmaq istəyirəm) Evdə hər gün içki hər gün söyüş mən bu otaqda ibadət edirdim o biri otaqda söyüşün biri bir qepikdən olurdu. Bax beləcə İllər Ötdü 13 yaşımda işləmək,anama kömək etmək qərarına gəldim Və məktəbi ataraq isləməyə başladımƏtir Reklamında .İşləməklə dərdlərin azalacağını düşünürdüm.Hər şey isə əslində yeni başlayırdı mənim üçün.
Ardı var.....

(səs: 6)
Şərhlər: 2
Baxılıb: 4 992
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri