Saytımızın useri olan dilefruz ilə müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 647
Səs ver:
(səs: 3)
1.Əvvala aramıza xoş gəlmisən canım səni bizim gözəl saytımızda görməyimizə şad olduq özünü Qadınlar.biz userlərinə özünə məxsus şəkildə təqdim et.
Adım Sevincdi 29 yaşım var.
2.Maraqlıdır,Qadınlar.biz saytını necə tapdın?
Geogledən bir şəkil axtarırdım bu saytı tapdım.
3.Bilirəm ki ailəlisən canım xoşbəxtsənmi həyat yoldaşını nə qədər sevirsən?
Çox xoşbəxtəm onu canımdan çox sevirəm o mənim yaşama səbəbimdi.
4.Övladların sənə ana ana deyəndə nə hiss edirsən analiq necə hissdir səncə bizə acıqlaya bilərsənmi bu hissi?
Heç bir sözlə ifadə ola bilməz elə bir hissdi canı yansa ananında canı yanır.
5.Həyatda vacib qərarlar verərkən ağlını yoxsa ürəyinin səsini dinləyirsən.
Ağlımın bəzəndə ürəyimin.
6.Evli insanla sevgi əlaqəsi yaşamağa necə baxırsan?
O...çox pis xəyanətdən danışmayın.
7.Allah eləməsin həyat yoldaşın səni sənə yaxın olan biriylə aldatsa bağışlaya bilərsənmi?
Allah eləməsin mən xəyanəti əsla bağışlamaram.
8.Ev işlərindən ən çox nə etməyi xoşlamırsan? Və nəyi xoşlayırsan?
Qab yumağı xoşlamıram yemək bisirməyi xoşlayıram.
9.Əgər sirr deyilsə,(SEVİNC)yoldaşınla necə tanış olduğunu bizimlə bölüşə bilərsənmi?
Bizim evin yanından keçəndə məni görüb.
10.Qəlbinə gedən yol çox enişli yoxuşludur?
Yox canım şirin dili işə sal, canımı al.
11.Həyatda Öz ayaqlarınız üstə dura biləcək qədər güclü xanımsız?
Mən heç vaxt aciz olmamışam.
12.Sizi göz yaşına qərq etməyə kifayət edəcək bir kəlmə və ya hərəkət söyləyin?
Kövrək insanam bir tərs baxış bir acı söz bəs edərki gözümdən yaş sel kimi axsın.
13.Həyatınızda baş verə biləcək hər bir haqsızlığı bağışlayacaq qədər böyük qəlbiniz varmı?
Bağışlamışam Allah bağışlayandısa biz kimik ki kimisə bağışlamayaq.
14.Sizcə İndiki zəmanədə sevilmək üçün zəngin ürək lazımdı yoxsa pulla dolu cib?
Səmimi deyəcəm hər ikisidə vacibdi.
15.Gözlərinizi yumduğunuzda o qara pərdə arxasında hansı səhnə canlanır?
Övladlarımın xoş gününü görmək.
16.Gözlərinizin dolduğu o an göz yaşlarınızı siləcək bir ağ atlı şəhzadə varmı həyatınızda?
Hər zaman mənim yanımda olan yoldaşım.
17.Əlinizdə sehirli bir çubuq olsa gələcəyinidən bir günü görmək istərdiniz yoxsa keçmişdən hansısa bir günü silmək?
Keçmiş artıq keçmişdə qalıb gələcəkdən bir gün.
18.Cümləni tamamlayın. Etiraf edirəmki mən...
Həyatda bir qadını xoşbəxt edən hər şeyə sahibəm Allaha sükür.
19.Bir qərar verəndə ən çox ürəyinin sözünə qulaq asırsan, yoxsa ağlının? Səncə hansına qulaq asmaq daha düzgündü?
Məncə ağıl.
20.Sualları bəyəndin? Ən çox bəyəndiyin sual hansı oldu?
Təbiki hamısını bəyəndim.Ən çox 16-cı sualı.
21.Və sonda Qadınlar.bizlərə ürək sözlərin?
Hər birinə qadın xoşbəxtliyi arzu edirəm və öpürəm.
 
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 647
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri