Canım dilefruz ilə tam səmimi müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2223
Səs ver:
(səs: 1)
Bu gun saytımızın gözəl  userlərindən biri və mənə yaxın olan  dilefruz ilə müsahibəm olacaq buyurun siz buyurun siz də qonaq olun.
1. Salam canım özünü Qadinlar.biz userlərinə özünə məxsus şəkildə təqdim et canım.
Salam mələyim.Adım Sevincdi
2.Biraz bizim üçün xarici görünüşündən danışsan yaxşı olardı.
163 sm boyum ağ dəriliyəm yaşıl gözlərim çiyindən aşağ tökulən qəhvəyi saçım var
3. Səncə insanları yalan danışmağa nə məcbur edir?Bu onun özünə inamsızlığından irəli gəlir yoxsa qorxusundan və ya öz variantın varmı?
Məncə qorxusundan danışır amma lazım deyil insan cəsarətli olmalıdır
4. Varlığınla bu həyatda şəfalı bir çiçək,yoxsa tikanlı bir bitki olmusan?Səninlə bu həyat nə qazanıb?
Həyat nə qazanıb bilmirəm yaxınlarıma adım kimi Sevinc gətirmişəm
5. Unutmaq istədiyin anlar,duyğular,günlər olubmu?Bunu necə bacarmısan?
Mənim unutmaq istədiyim gun qaynatamı itirdiym gundu onun ölumu yıxdı məni
6. Saytımızın özəlliyini 3 sözlə ifadə edə bilərsənmi?
Burda canlarım var
7. Həyatında indiyənə qədər kaş ki, zamanı geri qaytarıb o anı yaşamasaydım deyecək qədər peşmançılıq keçirdiyin səhvin olubmu?
Atdığım addımı hər zaman duşunərək atmışam ona görə keşkələr mənim həyatımda yoxdur
8.Sevgi naminə nələrdənsə keçmək olarmı?
Tək sözlə canımdan
9.Xatirə dəftərin olub?Xatirə dəftərində yazdığın ən maraqlı sual?
Bəli olub indidə saxlayıram Nəyə görə toyda bəy qara gəlin isə ağ geyinir
10.Dinimizə münasibətin?Namaz qılırsan?
Allahımı sevirəm hər seyə görə ona borcluyam İnşallah qılacam
11.Sənin üçün nə önəmlidir?Ağıl yoxsa gözəllik?
Hər ikisidə
12.Yalanı bağışlayarsan yoxda xəyanəti?
Yaxşı olarki heç biri olmasın olsada yalanı amma pəmbə yalanı
13.Gələcəklə bağlı planların?
Evladlarımın xoş gununu görmək
14.Hansı insan tipini heç bəyənmirsən?
Özundən razı yekə xana insanı
15.Saytda ən çox hansı bölməyə üstünlük verirsən?
Gözəllik
16.Saytda kimin yerində olmaq istəyərdin?
Xəbər hazırlayan hər kəsin çunki mən xəbər hazırlaya bilmirəm onlara qibtə edirəm
17.Aşağıdakı userlər haqqında düşüncələrivi bizimlə paylaşa bilərsən?hamınızı çox sevirəm siz mənim mələklərimsiniz
Mən?
Narın yağış?
Aytən Mələk?
GuNaY AliYeVa?
hamınızı çox sevirəm siz mənim mələklərimsiniz
18.Suallarımla səni bezdirmədim ki?
Yox canım nə danışırsan xoşdur mənim uçun
19.Mənə nəsə sualın və ya deyəcəyin bir söz varsa buyur.
Səni Ulu tanrım xoşbəxt eləsin
20.Və sonda userlərə sözün?
Ömurləri təravətli solmayan çiçək olsun daim sevib sevilsinlər
Və məndə Sevinc bacımıza suallarımı cavabsız qoymadığı üçün dərin təşəkkürümü bildirirəm.
Əslində mən sənə təşəkkur edirem
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 2223
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri