Mələyim yaxşı ki, varsan... Səni çox sevirik...

Müəllif: arzum-aysum
Şərhlər: 12
Baxılıb: 4 612
Səs ver:
(səs: 0)

Böyüyürsən qızım.. Mən də səninlə birlikdə böyüyürəm.. Yaş artdıqcaböyümürmüş məgər insan.  Mən böyüdüyümü səninlə hiss edirəm. Sən böyüyürsən mən böyüyürəm, biz böyüyürük.

 

Mələyim yaxşı ki, varsan... Səni çox sevirik...

 

Dünən kimidi gələcəyinin xəbərini öyrəndiyim gün. Dünən kimidi ürək adöyüntülərinieşitdiyim gün.. Dünən kimidi içimdə ilk tərpənməyin.. Dünən kimidi sənə qovuşa biləcəyəmmi deyə qurduğum xəyallar. Zamanın sürətli keçdiyini həmişə bilərik, həmişə söyləyərik. Məgər əsl zaman, yanında kiçik bir bədənin var olmasıyla keçirmiş. Qucağıma götürdüyüm zaman necə böyüyəcək demişdim. Necə olacaq. O qədər kiçik idin ki , o qədər kiçik. Qucağıma götürərkən bir yerini incidəcəyəm deyə necə qorxduğumu xatırlayıram. Biri götürərkən ya tuta bilməzsə deyə necə narahatlıq dolu gözlərlə baxdığımı. Bu gün mənə ana deyirsən, bu gün atana səslənirsən.Bu gün ayağa qalxıb kiçik addımlar atmağa çalışırsan.. Bu gün dünənə baxınca möcüzənin adını qoyursan.

 

Xoşbəxt böyü qızım. Həyat səni heç bir zaman incitməsin. Həyat səniheç bir zaman yormasın.Həyat hər vaxt güllük gülüstanlıq olsun sənin üçün. Tək diləyim həyat səni böyüdərkən həmişə yanında ola bilim. Birlikdə gülək, birlikdə ağlayaq. Xoşbəxt olduğunda sarılacağın, ağladığında başını yaslayacağın ilk çiyin olum...

Məktəbə gedəcəyin o ilk günü xəyal edirəm.. Gözlərimdolur... Universitetə qəbul olduğunu düşünürəm... Gözlərim dolur... Aşiq olduğunu düşünürəm.. Gözlərim dolur.. . Gəlin köçdüyünü düşünürəm... Gözlərim dolur... Mən əslində sənə hər baxdığımda gözlərim dolur. Mən əslində sənə hər baxdığımda içim titrəyir. Gələcək qayğılarımı bir kənara buraxıb, səni həmişə gözəl günlərdə xəyal edirəm, günəşli günlərdə. Varlığın üçün Allaha hər gün şükr edib, gözəl və xoşbəxt bir ömür diləyirəm sənə. Öz qərarlarını özün ala bildiyin, azadca hərəkət edə bildiyin və ən əhəmiyyətlisi sevilib sevə bildiyin bir həyat diləyirəm sənə.Qərarlarının arxasında dayan istəyirəm. Səhv də olsa aldığın qərarlardan peşman olma istəyirəm. Ailənin hər vaxt, hər addımında yanında olduğunu bil istəyirəm. Bu həyatda gözəlnə varsa sənin olsun istəyirəm Tanrımdan.

 

Bu gün sənin ilk yaş günün. Bu gün sənin məni ana etdiyin gün. Bu gün bir ildi ki, sənin həyatımızda olmanın bir ilidi. Bu gün sənə nə qədər təşəkkür etsəm az. Yaxşı ki bizə gəldin qızım.Yaxşı ki məni ana, atanı ata olaraq seçdin. Sənsiz bir tərəfimiz əskikmiş. Həyatımızın bütün boşluqlarını sən doldurdun. Təşəkkür edirəm qızım. Bizə yaşatdığın bu böyük xoşbəxtlik üçün təşəkkür edirəm. Ən böyük diləyim, 18. Yaşını qeyd etdiyimiz günləri də görə bilmək. Sağlıqla, xoşbəxtliklə və sevincli günlərlə nə qədər illərə gözəl qızım. Ad günün mübarək olsun kiçik mələyim. Səni çox sevirəm!. Səni çox sevirik!..

 

 

 

(səs: 0)
Şərhlər: 12
Baxılıb: 4 612
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri