Saytımızın sadə səmimi xanımı olan GULU-QEZİYLE tam səmimi müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 850
Səs ver:
(səs: 1)
1.Salam mənim canım səni tanıyanlar tanıyır tanımayanlara birdaha özünü təqdim et.
Salam bacım.mən Məmmədova Sevil.

2.Özün hakda bizlərə qisaca məlumat ver doğum tarixin,və yaşın neçədi canım?
Ad günüm 30 dekabır 1991 ci-il.

3.Bilirəm ki ailəlisən yoldaşınıda çox sevirsən nə olur olsun bizi heç bir maniyə ayıra bilməz dediyin vaxt olubmu bacım?
Hə olub ama inanki bacı elə insanlar varki ən böyük sevgiləri belə məhv eləməyi bacarır.

4.Dua bağlı qapıların açarıdır deyərlər. Duanla açdığın bağlı qapı olubmu?
Dua həqiqətən belədir,nə vaxt darda olmuşam dualarımın sayəsində hərşey düzəlib.

5.Allah eləməsin həyat yoldaşın səni sənə yaxın olan biriylə aldatsa bağışlaya bilərsənmi?
Nəyinki mənə yaxın biriylə kimliyindən aslı olmayaraq xəyanəti bağışlamaram istəyir 10 uşağım olsun.hərşeyi bağışlaram xəyanəti əsla.

6.Qadınlar.bizdə sənə ən yaxın olan userlər kimdir ama tam səmimi canım narahat olma heç kim inciməz.
Nur,bəbiş,mənim balam,sara035,ayka isi,küskün mələk ,mavi gözlüm,ayşəgul,sən özün,və.s.qizlar masAllah çoxsuz yazmağla bitmir.

7.Əgər sirr deyilsə,SEVİL yoldaşınla necə tanış olduğunu bizimlə bölüşə bilərsənmi?
Sir deyil canım Yoldaşımla bir məktəbdə oxumuşuq.məndən 1sinif böyük oxuyub.7ci sinifdən məni sevib ama o zaman cox utancaq idi yaxınlaşmağa çəkinirdi.nəysə elə oldu məktəbi bitirdik və bu bakıya uni yə girdi məni isə ailəm öz istədikləri ilə nişanladılar.məndə həmən insani sevmirdim.1il nişannili qaldıq və mən nişanı qaytardım,,qaytarma səbəbini bura yazsam uzun çəkər.nəysə yoldaşım eşitdiki nişani qaytarmışam çox sevinib.o zamanda mən tibbə daxil oldum.3 il heçnə demədən arxamca gəldi sonra ürəyimi oğurladı məndə sevdim.indi canımdanda çox sevirəm.bacım yoldaşımla çoox çətinliklə qovuşduq.bu günümüzə şükür.

8.Təsəvvür edin ki yolda gedirsiz özünlə qarşılaşsan ilk reaksiyan nə olar canım?
Əlbəttdə çox təcüblənərəm şoka düşərəm.

9.Kimə görə həyatını qurban verərsən?
Anam,atam qardaşım ,yoldaşım.

10.Musiqiyə qulaq asanda xeyallarındakı kimi canlandırırsan?
Hərşeydən çox sevdiyim İtimi(yoldaşımı).

11.Saytda hansı userlə realda tanış olmaq istəyərdin?
Mənə yaxın olanların hər biri ilə.

12.Təsəvvur etki məndən müsahibə götürürsən hansı sualı mənə vermək istərdin?
Allah etməsin..həyatdan səni kim və ya nə küstürə bilər??

13.Yenidən dünyaya gəlsəydin hansı səhvi bir də etməzdin?
Hamını özüm kimi bildiyimə görə başıma çox iş gəlib ona görə heç kimə güvənməzdim.

14.Acı həqiqət yoxsa şirin yalan?
Acı həqiqət(((

15.Bu aralar ən çox dinlədiyin mahnı?
Nəsə bu aralar lirik mahnıları dinləyirəm.

16.Geyim tərzin necədi canım ən çox gündəlik həyatda geydiyin geyim tərzini bizimlə bölüş?
Özüm Gəncə yığmasında idmanda olduğum üçün basketbolda,qabağlar çox vaxt spor geyərdim.ama indi yerinə görə dəyişir.bəxdimədə idmançı çıxdı deyə oda çox vaxt spor geyir ona gorə çalışıram yoldaşımla bir tərzdə geyəm.ama baxır yerinə.

17.Seçim qarşısında qalsan ailən ya sevdiyin?
Heç birindən keçə bilmərəm Allah etməsin elə olsa məcbur olsam öz canımdan keçərəm ama hansındansa keçə bilmərəm.

18.Kədərli olduğun zamanlarda tək qalmağı sevirsən yoxsa cəmiyyət içində olmağı?
Tək qalmağı çünki kədərli olanda yalnız qalıb ağlamaq və adamı məhv edən mahnılara qulaq asmağı seçirəm.

19.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?
Səni səmimi Və şirin bir xanım kimi tanıyıram getdikcədə daha yaxşı tanıyıram.sualımı bəyağ yazdım.

20.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?
Sizləri çox sevirəm canlarım,bura mənə çox doğmadı burdan ayrı dura bilmirəm.Allahım bütün xanımlarımıza kömək olsun Amin.
 
Canım sualına cavab verim mən məni həyatda ən çox Ailəmə yoldaşıma nəsə olsa həyatdan küsdürə bilər  Allaha qurban olum heç vaxt dəyməsin onlara  Olara nəsə olsa mən ölərəm Allah heç bir evi Ailəsiz böyüksüz ağsaqalsız etməsin AMİN.İNŞALLAH...
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 2 850
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri