Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edirik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 22
Baxılıb: 8 741
Səs ver:
(səs: 6)
Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Bu münasibətlə Qadınlar.Biz Administratorları adından bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edirik, hər birinə can sağlığı, səadət və bahar əhval-ruhiyyəsi arzulayırıq.

Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bu bayramı çox təntənəli, həm də hələ bir ay öncədən qeyd etməyə başlayır. Xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi-mədəni irs siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə isə BMT baş məclisi isə mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan etmişdir.

Arzumuz budur ki, elimizə, obamıza gələn Novruz ruzili-bərəkətli olsun, ailələrimizə sevinc, Azərbaycan xalqına sülh və əmin-amanlıq gətirsin!

Novruz bayramınız mübarək!
(səs: 6)
Şərhlər: 22
Baxılıb: 8 741
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri