Bütün Qadınlar.biz xanımlarını salamlayıram :03: . Sizə gözəl xəbərlə gəlmişəm daha doğrusu gəlmişik :06: .Çünki bu gün(10.12.2016-cı il) bizim Miss_Angelimizin yəni Günayımızın Elçilik Günüdü :128: .ALLAH hər zaman Günayımızı XOŞBƏXT etsin inşaALLAH :dua: .İndi isə keçək xəbərimizin əsas mövzusuna yəni xanımlarımızın ürək sözlərinə :19: .İnşALLAH başda Günayımız olmaqla sizdə bu gözəl xəbəri bəyənərsiz :123: .
:20: ulduz :20: Canımın içi gözəl bacım xəbətrinə o qədər sevindimki inan ALLAHA...Xoşbəxt ol ömer boyu tanrım peşmamn etməsin səni :128: Gözəl övladların olsun inşallah ....Sevdiyin seçdiyin insanıla həmişə mehriban olun bacım ... :123: Üzuklu barmağın, xınalı əlin Qızıl bəzəyin,zinyətin olsun. Bu gün qızsan sabah ana. Bir gün analıq qismətin olsun
:08: Tomris Müslümova :08: Çox böyük məhəbbətlə,həvəslə Günaya olan arzularımı bir daha xəbərdə də çatdırmaq istəyirəm.Burda hamının sənə olan arzusu o idi ki,həyat sənin üçün sıfırlansın və hər şeyə yenidən başlayasan.Yaxşı,özünə uyğun işin olsun,firavan həyatın olsun,səni sevən,sənə dəyər verən bir insan çıxsın qarşına.Qadın elədir ki,onu sevən olanda,ona dəyər verən bir əks cinsdən insan olanda özünə inamı artır,xoşbəxt olur və gözəlləşir.Səni heç zaman ümidsiz,çarəsiz görmək istəmirik.Tam əksinə çoox xoşbəxt, daima gülən,bir sözlə bəxtəvər görmək istiyirik.Bu minvallada ilk şad xəbər gəldi.Allah xoşbəxt etsin,evinizdən uşaq səsindən baş çatdasın,başını qaşımağa vaxtın olmasın! :dua: Gözəl ailə xanımı olasan! Sən hər şeyinən yaxşısına,ən gözəlinə layiqsən! Səni üzən,sənin dəyər-qiymətini bilməyən insanlarda bundan belə səni xoşbəxt görüb kimi əllərindən buraxdıqlarına peşman olsunlar.Bir daha ürəkdən səni və ailəni təbrik edirəm.Hər zaman xoş sədaların gəlsin! 123
:19: Antikvar :19: İlk öncə məqaləni açıb oxuyan qızlarımızın hər birini salamlayıram. Bir gün axşam sayta daxil oluram və həyatım_mənim nikli şirinimizdən ismarıc gəldiyini gördüm daxil oldum və Günay bacımızın elçilik barədə ürək arzularını yaza bilərsən dedi, məndə görəsən hansı Günayı deyə fikrə getdim, nikini soruşdum Miss_Angel'in deyəndə çox amma çox sevindim. Xoşbəxtliyə layiq olan qızımıza o an ürəyimdə saysız hesabsız arzular oldu ki, hətta bura sığmayacaq qədər. Günay sənə çox amma çox xoşbəxt olmağını arzulayıram, bir qadın öz həyat yoldaşı üçün hər zaman yüksək təbəqələrdə yer almağı sevər bax sənə o yerlərdə bir ömür boyu var olmağını arzu edirəm. Getdiyin yolda addımların çətinliklərlə deyil asandlıqlarla qət etməni diləyirəm. Əlini tutduğun sevdiyinlə nəinki barmaqlarınız ürəyiniz belə birlikdə döyünsün, sevginiz zaman keçdikcə dahada artsın. Bir deyim vardı el arasında ömür yoldaşı olmaq. Mən sizə həm gün yoldaşı, həm ailə, həm sevgi, və ömür yoldaşı olamağınızı səmimi qəlbdən diləyirəm. Əslində elədə söz ustadı deyiləm yəni o qədərdə bacarmıram belə sözləri yazmağı , amma sənin bu xəbərini eşitdiyimdə sözlər bir bir ürəyimdən beynimə - beynimdəndə dilimə-dilimdəndə əllərimə keçid alıb yazıldı) Bir daha təbriklər Saytımızın gözəl Günayı, hər xoş günüdə istər geyimləri istərsədə hazırladığın əl qabiliyyətlərini bizimlə bölüşdün, əsasəndə sevimli güllərini, ümid edirəm bu dəfədə öz gözəl günlərini bizimlə bölüşməyi unutmarsan. Inşallah toy xəbərinə arzularımızı yazaq.
:papatya: rəmsə :papatya: Canım Günaycım inan eşitdim çox sevindim.Inşaallah xeyirlisi nədisə o olsun.Allah sənin üzüvü güldürsün.İstədiyin kimi həyatın olsun inşaallah.Evlənib çoluk-çocuğa qarışasan :melek:
:miwka: Barbaris :miwka: Kainatın bir Günəşi var, işığıyla, hərarətiylə milyardları nura boyayan, isidən... Saytımızın bir Günəşi var, şirin təbəssümüylə, gözəl ürəyi ilə, xeyirxah əməlləriylə hamımızın ürəyində özünə yer eləyən...
Bu gün sənin gözəl günün, özəl günündür, canim Günkam!
Bir ömür birlikdə addımlamağa qərar verdiyiniz bu gündən kainatın Günəşi sizin ömür yolunuzda hər zaman irəlidə olsun, öz nurunda arxanızda olan kölgələri yox etsin!
Bir ömür birlikdə həyatın hər türlü gözəlliyini doya-doya yaşaya bilmək üçün bol zamanınız olsun!Arzu edirəm ki,ALLAH ürəyinə görə versin! Xoşbəxt ol canim bacim :128: :20:
:semsiyelikiz: Narın Yağış :semsiyelikiz: Gözəl bacım səni təbrik edirəm :123: İnşAllah birlikdə yaşlanın bir ömür həyatını paylaşacağın insan səni o qədər xoşbəxt etsinki, keçmişdə yaşadığın nə varsa hamısını unudasan.Sən xoşbəxtliyə,sevgiyə ,hərşeyin ən gözəlinə layiq ola biləcək qadınsan..Sənə birgün xəyal etməkdən belə əl çəkdiyin hərşeyin ən yaxşısına sahib olacağını demişdim çox şükür dediyim düz çıxdı :melek: inan bu xəbəri eşidəndə sənin adına çox sevindim...Qəlblərinizi kiminsə ayırmasına heçvaxt imkan yaratmayın əllərinizi ayıran isə "körpəniz" olsun :quc: Bir daha təbriklər canım inşAllah nişan,xına,toy daha sonra ana olmaq xəbərini görək :123: Sonda xəbərdə mənədə yer verdiyi üçün xəbər müəllifinə xüsusi təşəkkür :heart:
:utanop: aziz a :utanop: Salam !evvala tewekkur edirem bu sevindirici,xebere menide devet etdiyimiz ucun.cox sagolun! Gunayim canim gozum. Seninle tanisligim olmadigi halda sene bu qeder sevgimin,xow munasibetimin olmasinin sebebkari sen ozunsen canim ...heyatinda her sey yolunda olsun canim bir Daha nece edim,neyniyim demiyesen Amin.hersey canim her isteyin ureyince olsun .xosbextlerin xosbexti ol.ve insAllah ki imkan olanda bu wansli insanla tanisliginida burda bizimle bolusersen. Mene cox maraqlidi. Sayti terk etme haaa.opdum tebrik edirem helelik .....
:wiyin: İnci :wiyin: Canım gözüm gunayim belkide heç kim üçün bu qeder sevinmezdim çox sevindim allah hər zaman seni xoşbəxt etsin ikinci baharını ele yasa ki birinci heç ağlına bele gelmesin.xosbextliye layiq insan her zaman xoşbəxt ol bu arada qeyd edim ki günahım menim xeberlerimin şəxsi sponsorudur hediyeler ve şekiller her zaman onun budcesi ile duzelir.
:cak: arzum-aysum :cak: Ay mənim Günayım, Miss Angelimmm, inan bu şad xəbəri eşidəndə çoxxxxxx sevindim. Səninlə az da olsa ünsiyyətimiz olub. Gözəl qəlbli, mehriban qızsan. Bilmirəm yadına gəlir ya yox. Sənə bir gün hər şeyin çox gözəl olacağını, səni xoşbəxt edəcək o xeyirli qismətin mütləq qarşına çıxacağını söyləmişdim. O gün bu gündü. Tanrıma çox şükür ki, bu gözəl günü xeyirlisi ilə yaşamağı sənə nəsib etdi. Allahdan dilərəm və arzu edirəm ki, həyatında hər şey bundan sonra çoxxx gözəl olsun. Ürəyin istəyən və arzusunda olduğun o xoşbəxtliyi yaşamaq qismətin olsun. Bu gün birləşəcək olan o əlləriniz heçççç bir zaman bir birindən ayrılmasın. Hər dəfə bir birinizin əllərini tutanda, bir birinizin gözünə baxanda bu günkü böyük xoşbəxtliyi və sevgini görəsiniz. Amin gözəlim. Səni öpürəmmmmmm, inşallah çox xoşbəxt olarsan.
:xeyal: YalniZ-ArZu :xeyal: Gözəl Günay bacımızla şəxsi tanışlığım olmasada,göndərdiyi xəbərlərə,yazdığı şərhlərə bu qızın necə gözəl bir qəlbi olduğu yansıyır.Nişan məsələsin də oxuyanda bir Allah şahiddir ki,necə sevinmişdim.Günay səni ALLAH xoşbəxtlərin xoşbəxti eləsin.Gözəl üzün daim gülsün,qelbindən sevinc əskik olmasın.Necə deyərlər ALLAH peşmancılıq verməsin...İnşallah toy xəbərini də oxuyub şərh yazarıq...sonra da sıra bəbəş xəbərinə gələr :128: Bir daha təbriklər,XOŞBƏXT OLASAN CANIM :heart:
:128: Onun_Mələyi :128: Öncə bütün bacılarmı salamlıyıram :03: Sonra isə bacımı bir daha ürəkdən təbrik edirəm♡.Günay bacımı çoox çox istəyirəm :09: Çox ürəyi açıq,mələk kimi qızdı,Saytda xoşbəxt görmək istədiyim userlərdən biri :heart: İnşallah R... ilə daim xoşbəxt olar,R.. yeznəmiz də üzməz heç Günayımızı :08: Nişandan taaaki... bəbişinin dünyaya gəlmə xəbərlərnə də şərh yazarıq :heart: :toy: .Onu gələcəkdə Evli.mutlu.çocuklu biri kimi görərik inşallah...birdaha təbriklər gözəlim :123:
:30: Fi-Ra :30: Mehriban, səmimi, şirindil, özü, ürəyi gözəl Günay xanımımız. Xəbəri eşədəndə çox sevindim. Hər kəsin xoşbəxtliyinə sevinib, gözəl toy, sadlıq xəbərləri ilə həmişə sevindirmisiz bizi. İndi isə sizin xoş gününüzə sevinirik. Diləyirəm Allahdan bu xoşbəxtliyiniz ömrünüzün axırına qədər davam etsin. Həmişə dilinizdə, ürəyinizdə "mən çox xoşbəxtəm" sözləri olsun. Qurduğunuz bu ailə həyatı çəkdiyiniz bütün çətinlikləri unutdursun sizə. Həyat yoldaşınızla həmişə can deyib can eşidəsiz. Siz buna layiqsiz. Xoşbəxlik sizin ən böyük haqqınızdır. Ürəkdən təbrik edirəm sizi. Toyunuza bizi də çağırmağı unutmayın:)
:utandim: heyatim_menim :utandim: İlk öncə xəbəri hazırlamaq da mənə kömək edən hər bir xanımlarımıza ayrı-ayriliqda sonsuz təşəkkürlər :papatya: .Çox sagolun ki, məni bu gözəl xəbərdə yalnız buraxmadız :123: .İnaniram ki bu xəbərdə hər kəs iştirak etmək isdərdi sadəcə bu qədər xanimi dəvət edə bildim :09: .Kimi dəvət edə bilmədimsə hər kəsdən üzürlü saymasını istəyirəm :06: . İnşaALLH qismət olsa gözəl xəbərlər hazırlasam sizi də dəvət edəcəm :123: . İndi isə keçim əsas məsələyə Günay bacımın gözəl xəbərinə :xeyal: .Elçiliyi olacaq xəbərini oxuyan kimi həqiqətən çox sevindim :ponpon: .Əslin də ürəyimə danmışdı bilmirəm amma elə fikir gəldi ki, mənə görən Günay bacı evlənmir :28: . ALLAHıma sonsuz şükürlər olsun ki :dua: , ulduz :08: bacının sayəsində öyrəndik ki,Günay bacıya elçi gəlirlər və onun bu xoş xəbərinə məndən biraz da olsun sevincimi bildirmək üçün xəbər hazırlayım :06: .Daha doğrusu xəbər hazırlayaq :08: .Tək mənim sevincimi bildirmək isdəmədim onun üçün də xanımlarımızında mənə bu gözəl xəbər də tək qoymasınlar deyə kömək isdədim bir daha cox sagol xanımlar :gul: .Günayım ALLAH səni hər zaman XOŞBƏXT etsin :128: .Gözəl üzündə gülüş əksik olmasın ürəyində ki,sevinc gözlərindən oxunsun inşaALLAH :xeyal: .Quracağın Ailə həyatında güvən,hörmət saf ve temiz sevgi hər zaman sizin basinizin tacı olsun inşaALLAH :melek: .Daima Xoş xəbərlərinizi eşidib sevinək inşaALLAH :urek: :toy: :quc: .