Aşkar olana yeni baxış: Yerli zeytun yağı sağlamlıq qaynağıdır

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 3 843
Paylaş:
Səs ver:
(səs: 1)
Aşkar olana yeni baxış: Yerli zeytun yağı sağlamlıq qaynağıdır
Qədim dövrdən bəri şöhrət qazanan zeytun yağı ən faydalı məhsullardan biri olaraq qalib gəlib. Bu çoxdan və hər birimizə məlumdur.

Baxmayaraq ki, ölkəmiz əlverişli iqlim səbəbindən 60 ildən çoxdur ki, zeytun istehsalı ilə məşğul olur, Azərbaycanda bu tip bitki mənşəli yağ istifadə mədəniyyəti son vaxtlar formalaşmağa başlamışdır. Buna da son 15-20 ildə sağlam həyat tərzi trendinin təbliği nəticəsində nail olunub.

Lakin soydaşlarımızın bəziləri yerli brendlərin keyfiyyətcə geri qalmadığına baxmayaraq Aralıq dənizi analoqlarını seçir. Biz ki, bir növ yüksək texnologiyalı prosesdən danışmırıq. Zeytun yağı qədim Yunan dövründən sıxılırdı.

Azərbaycanda zeytunçuluq
Sovet dövründən bəri Azərbaycanda uyğun iqlim şəraitinə görə zeytun ağacları yetişdirilir. Zeytun ağacı torpaq baxımından tələbkar deyil, ancaq suyu və günəşi sevir – onu nə qədər çox sulasan, barı da o qədər yağlı olar.

Əvvəllər Bakıda bu ağacları demək olar ki, hər addımbaşı görmək olardı, onlar paytaxt parklarında, məktəb həyətlərində əkilirdi, hətta yol boyu zeytunluqlara rast gəlinirdi. Bu cür kütləviliyin səbəbi ilk növbədə bu ağacların tələbkar olmamasıyla bağlıdır. Digər bir üstünlük isə zeytun ağacının həmişəyaşıl olmasıdır.

Sovet dövründə Bakıdakı qastronomların piştaxtlarında bankalarda və hətta üç litrlik balonlarda yerli istehsal olan konservləşdirilmiş zeytunlara rast gəlinirdi. Lakin Sovet İttifaqının süqutundan sonra zeytun bağlarının çoxu məhv edildi. Sevindirici haldır ki, hazırda bu bağların əksəriyyəti bərpa olunub və hətta tərifə layiq zeytun yağı istehsalı təşkil olunmuşdur. Hazırda bu mədəniyyət Eldar şamından sonra Abşeronda ikinci yeri tutur.

Necə seçməli?
Mağazalarımızın piştaxtlarında yerli və xarici istehsalçıların çox sayda zeytun yağlarına rast gələ bilərsiniz. Xarici istehsalçıların arasında lider İspaniya sayılır. Zeytunun ölkəmizdə yaxşı inkişafına baxmayaraq, bazar münasibətləri rəqabəti təşviq edir və istehlakçıya öz seçimini etməyə imkan verir.

Lakin unutmamalıyıq ki, yerli məhsulları seçərkən, biz xüsusən, əhalini iş yerləri ilə təmin edən sahibkarlara və ümumiyyətlə günü gündən inkişaf edən ölkə iqtisadiyyatının bir hissəsi olan kənd təsərrüfatına dəstək oluruq.

Məsələn, Abşeronda yetişdirilən zeytun ağacından əldə edilən "Zeytun bağları" yağı keyfiyyətinə görə Aralıq dənizini analoqlarından heç də geri qalmır. Qiyməti isə sizi sevindirəcək, çünki qiymət etiketinə nəqliyyat və gömrük ödənişlərinə sərf olunan vəsaiti daxil etmək ehtiyacı yoxdur.

“Zeytun bağları" zeytun yağı seçilərkən nəzərə alınmalı olan bütün parametrlərə uyğundur. Soyuducuda saxlanılarkən, soyuq sıxma və ya saflaşdırılmış yağ olmasından asılı olmayaraq, yağın rəngi bulanır. Hətta saflaşdırılmış yağın zəif qoxusu vardır. Soyuq sıxma yolu ilə əldə olunan yağın saxlanma müddəti uzunmüddətli deyil.

Yeri gəlmişkən, bu brendin yağı hətta MDB ölkələrinə ixrac olunur.
Zeytun Bağları Extra Virgin - Abşeron zeytun bağlarında yetişdirilmiş zeytun ağaclarının meyvələrindən fiziki sıxma yolu ilə əldə edilən zeytun yağıdır. Zeytun Bağları Extra Virgin - zeytun yağına xas ətri və acılığı ilə salatlarınıza və yeməklərinizə ayrı bir ləzzət qatacaqdır. Salatlarınız və yeməklərə əlavələriniz üçün mükəmməldir.

Zeytun Bağları Extra Təbii Zeytun yağı - Zeytun yağına xas kəskin ətri və acılığı sevməyən, ancaq zeytun yağını istifadə etmək istəyənləri də unutmadıq. Sizin üçün xüsusi hazırlanmış Zeytun Bağları riviera çeşidini təqdim edirik. Kəskin ətrinin və acılığının azaldılması üçün saflaşdırılmış zeytun yağına Zeytun Bağları Extra Virgin yağı əlavə edərək tam axtardığınız ləzzət və faydanı qovuşdurduq. Qızartmalarınızı və müxtəlif qazan yeməklərinizi daha ləzzətli və daha faydalı edəcəkdir.

Faydası
Sağlam qidalanmanın əsas komponentlərindən biri olaraq, zeytun yağı həzm sisteminə müsbət təsir göstərir. Bunun sirri məhsulun tərkibində monodoymamış yağ turşuların, əsasən də qanda xolestirinin miqdarını aşağı salan olein turşusunun olmasındadır. Zeytun yağı asanlıqla həzm edilir, iştahı azaldır, maddələr mübadiləsini sürətləndirir və ümumilikdə mədənin işinə müsbət təsir göstərir.

Zeytun yağının müntəzəm istifadəsi ürək-damar xəstəliklərinin qarşısını alınmasında böyük rol oynayır, damarları gücləndirir və onları daha elastik edir. Bu çox vacibdir, çünki ÜST-ün statistik məlumatlarına görə, bu xəstəlik qrupu dünyada ölüm səbəbləri arasında liderdir.

Zeytun yağının çoxsaylı araşdırmalarla sübut olunduğu ən gözəl xüsusiyyətlərindən biri xərçəng xəstəlikləri, xüsusilə döş xərçəngi inkişaf riskini azaltmasıdır. Yağın tərkibinə daxil olan oleik turşusu, vitaminlər və antioksidantlar xərçəng hüceyrələrinin inkişafına maneə törədirlər, daha doğrusu, digər amillərlə yanaşı olaraq hüceyrə mutasiyasına təsir edən toksinləri çıxarırlar.

Necə istifadə etməli?
Avropa ölkələrində zeytun yağı bizdə günəbaxan yağı istifadə edildiyi kimi, yəni demək olar ki bütün məqsədlər üçün istifadə edilir. Təzə zeytun yağının istifadəsi, şübhəsiz ki, sağlamlıq üçün çox faydalıdır. Bu yağ növünün bir çay qaşığını ac qarına içsəniz, sizə böyük faydası olar. Bu yağı hazır yeməyə və ya salatlara əlavə etmək olar. Diyetoloqlar onu tərəvəzlərin bişirilməsində və pörtlətməsində də istifadə etməyi məsləhət görür.

Bəzi yayılan fikirlərə baxmayaraq, qızartma zamanı bitki və kərə yağların əvəzinə zeytun yağından istifadə etmək daha məqsədəuyğundur. Yüksək temperaturda əksər yağlarda oksidləşmə başlayır və zərərli maddələr əmələ gəlir, bu da öz növbəsində istehlak üçün çox təhlükəlidir. Zeytun yağında isə belə temperaturda oksidləşmə baş vermir və zərərli maddələr əmələ gəlmir, çünki tərkibində çoxsaylı antioksidantlar və monodoymamış yağ turşuları mövcuddur. Zeytun yağının qızartma zamanı istifadəsi sağlamlıq üçün ən yaxşı variantdır.

Buna baxmayaraq, hər halda qızartmalardan çəkinmək və üstünlüyü istifadəsinə ideal olaraq uyğun olan qaynadılmış və pörtlədilmiş qidalara vermək lazımdır.

Aşkar olana yeni baxış: Yerli zeytun yağı sağlamlıq qaynağıdır
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 843
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri