Bakcell Azərbaycanda öz abunəçilərinə və ölkəyə gələn qonaqlara 4G rouminq xidməti...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 032
Paylaş:
Səs ver:
(səs: 2)
Bakcell Azərbaycanda öz abunəçilərinə və ölkəyə gələn qonaqlara 4G rouminq xidməti təklif edən ilk və YEGANƏ mobil operatorudur
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti yüksək sürətli LTE mobil interneti təqdim etməsinin ardından qısa müddət ərzində dünyanın 14 ölkəsində 4G rouminq xidmətini aktivləşdirib. 2015-ci ilin may ayında smartfonlara uyğunlaşdırılmış LTE xidmətini istifadəyə verən Bakcell şirkəti hazırda Azərbaycanda abunəçilərə 4G rouminq xidmətlərini təqdim edən yeganə mobil operatordur.

Belə ki, Bakcell abunəçiləri ölkə xaricində olarkən yüksək sürətli 4G LTE xidmətlərindən yararlana biləcəklər. Bundan əlavə, 4G rouminq xidmətindən istifadə üçün qiymətlər 3G xidmətində olduğu kimi qalacaq.

Eyni zamanda Bakcell Azərbaycanda yeganə mobil operatordur ki, yuxarıda qeyd olunan ölkələrdən Azərbaycana səfər edənlərə 4G LTE rouminq xidməti göstərir. Bu xidmət birinci Avropa Oyunlarının keçirildiyi müddət ərzində ölkəmizə səfər edənlər arasında xüsusilə populyar olub və çoxsaylı xarici qonaqlar Bakcell tərəfindən təqdim olunan 4G mobil interneti barədə məmnun olduqlarını bildiriblər. Birinci Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin 1000 nəfərdən çoxu 150 Mbit/s çatan sürəti dəstəkləyən ən müasir LTE xidmətindən faydalanmaq üçün Bakcell şəbəkəsini seçiblər.

"Bu gün Azərbaycan mobil operatorları arasında yalnız Bakcell abunəçiləri 4G rouminq xidmətindən faydalana bilərlər və Azərbaycanda 4G xidmətindən faydalanmaq istəyən xarici operatorların abunəçiləri Bakcell şəbəkəsini seçə bilərlər. Hazırda bu xidmət Azərbaycandan kənarda istirahət edənlər və ya ezamiyyətdə olan korporativ abunəçilərimiz arazında sürətlə populyarlaşır. Bakıda 4G xidmətinin əhatə dairəsini genişləndirməklə yanaşı biz abunəçilərimizə LTE xidmətini təqdim edən ölkələrin sayını da artırırıq” deyə, Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Hazırda Bakcell abunəçiləri ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rouminq xidmətindən istifadə edə bilirlər.

Xarici səfərdə olan abunəçilər Bakcell Rouminq Applikasiyasından istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və İnternet qiymətləri və cari rouminq kampaniyaları haqqında bütün məlumatları əldə edə, eyni zamanda, "Bakcell”lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. 4G rouminq xidmətinin partnyorların siyahısı barədə məlumat da həmçinin Bakcell rouminq applikasiyasından əldə oluna bilər.

Bakcell Rouminq applikasiyası haqda daha ətraflı məlumat üçün:
http://www.bakcell.com/az/bakcell-rouminq-app

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 032
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri