Salam dəyərli Qadınla.Com əhli:08: "Ən mənalı şeir mənimdir" yarışmasının səs verməsi nəhayət sona çatdı,qalibi bəlli oldu:ponpon:
1- Onun_Mələyi 20 səslə:08:
Doğulub elə ki,gəldim dünyaya Çıxdi rahatlığın əlindən ANA. Gecələr yatmayıb laylamı dedin, “Of” sözü eşitmədim dilindən ana.
Uşaqkən qədrini bilmirdim sənin, Öpməzdim ağarmış telindən ana. İndi ayaq üstəsən nə mənasi var? Yüz kərə öpsəm də əlindən ana
2 _ Asiman -2 səslə:08:
Könlüm qubar bağlayıb ahəstə-ahəstə Keçir günlərim ömrümdən asta-asta Heç bəxtim gətirmədi bu həyatda Bezmişəm yaşaya bilmirəm səni həyat
3_ Canan-0 səs:08:
İlk sevgi yuvadan düşən quşcuğaz, Körpə qanadları pöhrələnməyib. Məcnunun ahıyla uçan məhəbbət Min hiylə əliylə yerə enməyib...
Mən ki, görməmişəm sevgini susan, Məhəbbət zirvədə bəslənən qarmış, Kim deyir, bir dəfə sevilir insan, Sən demə, təzədən sevmək olarmış
4_Tomris Müslümova-0 səs:08:
Mən bir qəm dəryasıyam, Sahilim duman almış. Mən bir qəm ağacıyam, Yarpaqları saralmış.
Mən bir qəm çiçəyiyəm Qönçəsi vaxtsız solmuş. Bir cüt qəmli gözlərəm Göz yaşlarıyla dolmuş.
5_ Narın Yağış-5 səslə:08:
Gözünə baxmaqdan doymadım sənin, Gözlərim hər yerdə səni axtarır. Ürəyim hey sənin arxanca qaçır, Ağlım dur deyir, geri qaytarır.
De hansı vicdanla rahat olursan?! Qırılmış qəlbimi qırıb getmisən Son dəfə dürüst ol, yalan danışma Bir zərrə də olsa məni sevmisən?.
6_YalnıZ-ArZu 5 səslə:08:
Onunla dünyadır sənə qəfəs də Onsuz heç yaşama bu torpaq üstə. Sevən bir ürəyə axır nəfəsdə, Ən gözəl dərmandır,QADIN ÜRƏYI.
Ömrə zinət verən,səadət quran, Kişi ürəyini nurla dolduran. Isməti bir nəsli göyə qaldıran, Eşqə hökmürandir QADIN ÜRƏYI.
Səs vermə nəticəsindən də bəlli olduğu kimi qalib mən (yəni Onun_Mələyi)yəm:09: Yarışmada ,səs vermədə iştirak edən, və mənə səs verən bütün bacılarıma minnətdarlığımı bildirərəm:mucux::kivir: