Dietoloqdan yaya qədər arıqlamağa kömək edəcək məsləhətlər

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 1 529
Səs ver:
(səs: 0)
Rusiyalı dietoloq Yelena Solomatina yay üçün bədən ölçülərini normallaşdırmaq istəyənlərə bir sıra qeyri-adi məsləhətlər verib.

O, aclıq və toxluq kimi hisləri aldatmağa kömək edən bir sıra fəndlərin olduğunu bildirib.

Xüsusilə, həkim mavi kimi soyuq rəngli boşqablarda yeməyi tövsiyə edib. Onu sözlərinə görə, belə olan halda insan daha az yeyəcək. Bununla yanaşı, hətta balaca bir tikənin belə daha böyük görünəcəyi kiçik ölçülü boşqabları seçmək daha yaxşıdır.

Solomatina, həmçinin yeməkləri soyuq içkilərlə “yumaq” barədə xəbərdarlıq edib. “Bu halda, tam həzm olunmayan yemək tez sürüşərək gedir və insan tez bir zamanda yenidən yemək istəyir”,- deyə diyetoloq izah edib.

Həkim yemək yeyərkən smartfon, planşet və ya televizordan yayınmağı, hər dişləmdən həzz almağı məsləhət görüb.

Bundan əlavə, o, şirniyyatları quru meyvələrlə, məsələn, xurma, ərik qurusu və ya kişmişlə əvəz etməyi tövsiyə edib.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 529
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri