Köklüyə səbəb olan pis vərdişlər hansılardır?

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 1 314
Səs ver:
(səs: 0)
Köklüyə səbəb olan pis vərdişlər hansılardır?Dietoloq Nərgiz Nəzirova bildirib ki, yeməyi yaxşı çeynəmədən udmaq toxluq hissinin gec yaranmasına səbəb olur. Odur ki, bu, bizi daha çox yeməyə vadar edir.
Qadınla.com xəbər verir ki, ekspert qidalanmada olan pis vərdişləri sadalayıb. Bunlar aşağıdakılardır:

Tez-tez yemək
Yaxşı çeynəmədən tez qidalanmaq vərdişi doyma hissinin yaranmasını uzadır, bu, bizi daha çox yeməyə vadar edir. Bundan əlavə, qida çeynənilməmiş mədəyə düşdükdə mədəaltı vəzi də ziyan çəkir, qanda şəkərin miqdarı artır.

Qidanı duzlamaq
Qidanın dadına baxmayaraq, duzlamaq vərdişi orqanizmdə mayeni yığır, bu da böyrək problemlərinə və hipertoniyaya gətirib çıxarır.
Yemək zamanı televizora baxmaq və ya kompüterlə məşğul olmaq
Uşaqlıqdan bizdə bu vərdiş yaradılır. Uşaq yemək yesin deyə televizorda cizgi filmi qoşuruq, bu vərdiş bizə daha çox yemək yedizdirir.

Acqarına və ya yeməkdən sonra siqaret çəkmək
Siqaret çəkmək ümumiyyətlə çox ziyanlı vərdişdir. Əgər siqaret çəkirsinizsə, yeməklərarası çəkin, acqarına siqaret iştahı və mədə şirəsinin ifrazını azaldır, qastrit yaradır. Yeməkdən sonra isə siqaret mədə-bağırsaq traktını boşaldır və həzmə mane olur.

Gecə yemək

Orqanizm gecələr dincəlməlidir, həzm ilə məşğul olmamalıdır.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 314
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri