Hansı qan qrupunda İNFARKT riski daha yüksəkdir?

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 4 226
Səs ver:
(səs: 3)
Qan qrupunuzla infarkt arasında əlaqə varmı? Alimlər sübut edib ki, insanın infarkt riskinə məruz qalmaması, qidalanma, idman və siqaret vərdişləri, peşə vəziyyəti və genetik meyl kimi ətraf mühit amillərindən asılıdır.
Lakin bu mövzuda indiyə qədər bilinməyən yeni bir səbəb kəşf edilib.
İngiltərə Milli Səhiyyə Xidməti bir sıra araşdırmalar aparıb. Araşdırma zamanı yaşı 30-75 arası olan 62.073 qadın və 24.428 kişinin qan qruplarına əsasən infarkt olma riskini tədqiq edilib. Həmçinin iştirakçıların yaşı, qidalanması, çəkisi, siqaret çəkmə vərdişləri kimi digər risk faktorları nəzərə alınıb.
Nəticələr göstərir ki, infarkt riski ən çox IV (AB) qan qrupundadır. Bu risk 23% təşkil edir. Daha sonra 5 %-lə II (A) qan qrupu , 11%-lə isə III ( B ) qan qrupu gəlir.
Bu fərqin bioloji mexanizmi və genetik səbəbləri hələ bilinməsə də, əvvəlki tədqiqatlar qan qrupları arasındakı fərqin qan damarlarında iltihabı və xolesterol səviyyəsini təyin etməkdə təsirli olduğunu müəyyən edib.
Qan qrupu və ürəkxəstəlikləri riski arasındakı əlaqəni tam başa düşmək üçün əlavə araşdırmalar tələb olunur. Doğrudur, qan qrupunuzu dəyişə bilməzsiniz, ancaq risk qrupunda yer alırsınızsa, bəzi şeylərə mütləq diqqət etməlisiniz.
Bunlara sağlam qidalanmaq, nizamlı idmanla məşğul olmaq və ən azı ildə bir dəfə qanda xolesterol səviyyəsini ölçməklə infarkt riskini azalda və ya aradan qaldırmaq mümükündür.
(səs: 3)
Şərhlər: 1
Baxılıb: 4 226
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri