Qazlı içkilər kişilərdə sərtləşmə probleminə yol açır...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 677
Səs ver:
(səs: 0)
Qazlı içkilər heç bir qida dəyəri yoxdur və çox miqdarda şəkər istehlakına səbəb olurlar. Arada sırada qazlı içki içmək sağlamlığa zərər verməyəcəksə də çox çoxu diabet və köklük kimi xəstəliklərin riskini artıraraq kişilərdə sərtləşmə probleminə yol aça bilər. Qadınla.com bu məqaləsində sizə qazlı içkilərin yaratdığı səhhət problemlərini açıqlayacaq.

SƏRTLƏŞMƏ PROBLEMİNƏ SƏBƏB OLUR

Sərtləşmə problemi və ya gücsüzlük cinsi əlaqə zamanı ereksiya olma və ereksiya davam etdirməkdə problem baş verməsidir. Stressə, qayğıya, əlaqə problemlərinə və özünə inam çatışmazlığına yol aça bilər. Sərtləşmə probleminin tez-tez görünən səbəbləri arasında şəkər xəstəliyi, köklük, yüksək təzyiq və metabolik sindrom yer alır.

ŞƏKƏR XƏSTƏLİYİ RİSKİ ARTIR

Qazlı içkilərin çox istehlakı tip 2 şəkər xəstəliyinin inkişaf riskini artırır. Bu da sərtləşmə problemi görülme ehtimalını yüksəldir. Minnesota Universitetindən elm adamları həftədə iki və ya daha çox qazlı içəcək içənlərdə tip 2 diabet riskinin nadir hallarda içənlərə nisbətən artdığına diqqət çəkmişdir.

KÖKLÜK SƏRTLƏŞMƏ PROBLEMİNƏ TƏKAN VERİR

Köklük qan damarlarının funksiya pozğunluğuna yol açaraq penisə qan axınını azalda bilər. Bu da ereksiya olmağı və ereksiya saxlamağı çətinləşdirir. İçki istehlakının köklük riski olan əlaqəsi araşdırılmış və bu içkilərin kiloqramlı və ya obez olmağı asanlaşdırdığı görülmüşdür. Həmçinin qanda olan bir növ yağ olan trigliseritlerin səviyyəsinin yüksəlməsinə səbəb ola bilir.

BİR ÇOX XƏSTƏLİYƏ SƏBƏB OLUR

Metabolik sindrom isə ürək xəstəliyi üçün bir qrup risk amilidir. Bunların arasında pis xolesterinin yüksək olması, yüksək təzyiq, yaxşı xolesterinin aşağı olması, aclıq şəkər tarazlığının pozulması və yüksək triqliserid səviyyəsi yer alır. Bütün bu risk amilləri qan damarlarında enflamasyona səbəb ola bilər. Bu sayədə penis qan axını əngəllənir və ereksiya olmaq çətinləşir. Araşdırmalara görə gündə bir içki içən kişi və qadınlarda, birdən az içən kişi və qadınlara nisbətən metabolik sindrom riski əhəmiyyətli nisbətdə daha çox görülmüşdür.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 677
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri