Son aparılan elmi araşdırmalar nizamlı cinsi münasibətin Parkinson xəstəliyinin təsirlərini əhəmiyyətli dərəcədə azaltdığını ortaya çıxarıb.
Qadinla.com xəbər verir ki, Parkinson xəstəliyinin ilk mərhələlərindəki 355 xəstə üzərində aparılan araşdırmalar təxminən iki illik bir müddət ərzində davam edib.
Araşdırma zamanı aktiv cinsi həyatı olan xəstələrin motor sinirlərində daha az problem və daha az depressiya səviyyəsi müşahidə olunub.
İtaliyalı ekspertlərin birgə apardıqları tədqiqatda diqqətlə vurğuladıqları şey isə hər cür cinsi fəallığının xəstəlik simptomlarını azaltdığı olub.
Yalnız kişilər üzərində həyata keçirilən araşdırmada nizamlı cinsi münasibətin eyni zamanda yaddaşı gücləndirdiyi və insan sağlamlığında əhəmiyyətli yer tutduğu qeyd olunub.
Qeyd edək ki, Parkinson xəstəliyinin məlum olan bir müalicəsi yoxdur, ancaq dərman müalicəsi və fiziki müalicə ilə xəstəliyin təsirini azaltmaq mümkündür.