Bu kişilərədə daha az müşahidə olunur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 674
Səs ver:
(səs: 2)
Günümüzdə bir çox məsələlər müxtəlif mənalarda qavranılır. Həmin məsələrdən biri gənclər və cütlər arasında cinsi istək uyğunsuzluğu mövzusudur. Belə ki qeyd etmək lazımdır ki, cinsi istək uyğunsuzluğu heç də cinsi istək azlığı hesab olunmur. Bu baxımdan digər müalicə üsullarında olduğu kimi ilk növbədə həmin problemin səbəblərini bilmək və ona uyğun tədbirlər almaq vacibdir. Məlumata görə qadınlar başda olmaq üzrə bir çox insanlarda cinsi istəksizlik şikayəti gedərək artmaqdadır. Lakin qeyd etmək lazımdır ki, kişilərdə qadınlara nisbətən cinsi istəksizlik sindromu nadir hallarda ola bilər. Bunun bir çox səbəbləri vardır. Həmin səbəblərə həyat şərtləri, zədələr, stress, uşaq və doğum, iş həyatı, birtərəfli evlilik, yoldaşlar arasındakı cinsi istək səviyyəsindəki uyğunlaşmazlıq, hormonal xəstəliklər, psixolji səbəblər, istifadə edilən bəzi dərmanlar və s. aiddir. Bir adamın cinsi maraq və istəyinin azaldığını söyləyə bilmək üçün mütləq daha əvvəlki səviyyəsini bilmək lazımdır. Cinsi maraq və istək pozğunluqlarını qiymətləndirərkən cütlər arasındakı ünsiyyət, dinclik və xoşbəxtlik əsas götürülür. Bu problemin həll prosesində isə cinsi müalicənin bir çox hallarda işə yaradığı deyilir. Həmin müalicədə cütlərin qarşılıqlı yardıma əsaslanaraq bir-birlərinə dəstək verməsi əhəmiyyətlidir. Bu baxımdan tək tərəfli istək müalicədə müsbət nəticələr verməyə bilər.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 674
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri