Hamiləlikdə seks: olar, olmaz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 26 797
Səs ver:
(səs: 7)
Səhv: Hamilə olduğunuzu öyrəndiyiniz vaxtdan seksdən uzaq durun.

Doğru: İlk ginekoloji müayinədən sonra normal şərtlər altında (ginekoloqun xüsusi xəbərdarlığı olmasa) cinsi həyatınıza davam edə bilərsiniz.

Səhv: Hamiləlikdə seks vacib deyil, qulaqardına vurmaq olar.

Doğru: Hamiləlik dövründə seks normal vaxtlara nisbətən daha vacibdir desək, şişirtmiş olmarıq. Yaşayacağınız cinsi əlaqə təkcə fiziki həzz verməz, eyni zamanda qarşılıqlı sevgi və hörməti ifadə edər. Unutmayın ki, hamiləliyiniz yoldaşınızla yaxınlaşmağa ən çox ehtiyacınız olan dövrdür.

Səhv: Hamiləlikdə cinsi əlaqə zamanı cinsi doyuma çatmaq olmur.

Doğru: Seks cinsi həyatın sadəcə bir hissəsidir, hamısı deyil. Xüsusilə hamiləlik dövründə seks hamiləliyin sağlam inkişafı və davam etdirilməsində önəmli rol oynayır.

Səhv: Hamiləlikdə seksin uşağa ziyanı var.

Doğru: Normal şərtlər altında hamiləlikdə seks uşağa zərər vermir. Ginekoloqunuz hamiləlikdə seksdən uzaq durmağınız lazım olan hallarda sizi böyük ehtimalla məlumatlandıracaq. Hamiləlik vaxtı üçün xüsusi pozisiyalar da var.

Səhv: Hamiləlikdə cinsi istək azalır.

Doğru: Hamiləlikdə cinsi istək hormonal dəyişikliklərə görə dəyişə bilər, amma tamamən yox olmur. Çox vaxt cinsi istəyin yerini qucaqlama və şəfqət kimi hislər tutur. Cinsi istək hamiləliyin son aylarında müşahidə oluna bilər. Estrogen hormonunun miqdarı düşür (bu da doğuşdan sonra vaginada islanmanı azaldır) və seks ağrılı ola bilər.

Hamiləlikdə seks: olar, olmaz?
Səhv: Hamiləlikdə qadın kökəlir, bu da yoldaşının ona diqqətini daha da azaldır.

Doğru: Doğuşdan əvvəl və sonrakı dövrlərdə qadın kimi kişilər də dəyişikliklər olur. Nə də olmasa, qarşılarında həm fiziki, həm də ruhi cəhətdən dəyişən bir qadın var. Bəzi kişilər yoldaşlarının hamiləliyinin bütün dövrlərinə qatılmaq, onun nələr hiss etdiyini anlamağa daha çox cəhd göstərirlər. Bəziləri isə maraqlanmır, bu barədə çox suallar vermir. Hamiləlikdə yoldaşınızın sizə istəyinin və sevgisinin azalacağını düşünsəniz, hər gün dava edən cütlüyə çevriləcəksiniz
(səs: 7)
Şərhlər: 7
Baxılıb: 26 797
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri