Hamiləlik testləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 9 498
Səs ver:
(səs: 2)
alt

Hamiləliyin ilk əlaməti müntəzəm aybaşı tsikl fonunda aybaşının kəsilməsidir. Hazırda hamiləliyin təyin edilməsi üçün çoxlu testlərmövcuddur.
Hamiləlik testləri ilə qanda və ya sidikdə spesifik hamiləlik hormonu olan insan xorion qonadotropini (HCG-İXQ) və yaxud sadəcə hamiləlik hormonu (HH) aşkar edilir.

 Sidikdə və qanda aparılan hamiləlik testləri arasındakı fərq varmı və bunlardan hansı daha etibarlıdır?
 2 növ test mövcuddur—sidik testi və qan testi. Hər iki test hamiləlik hormonunu aşkar edir.
 Oksor qadınlar sidik testinə, yəni ev testinə üstünlük verir. Bu test maliyyə cəhətdən ucuz, asan həyata keçirilən və ev şəraitində yerinə yetirilə bilər. Bu testin nəticəsi müsbət olarsa, qadın vaxt itirmədən həkimə müraciət etməlidir. Həkim qan testi və baxış vasitəsilə "ev” testinin nəticəsini təsdiq və ya inkar etməlidir.
tibb müəssisələrində 2 növ testdən istifadə edilir.
 Birinci kəmiyyət və ya B-HCG testidir ki, bu da hamiləlik hormonunu qanda dəqiq təyin edir. Bu testin köməyi ilə HH-n qanda ən az miqdarı da təyin edilir və bu da testin dəqiqliyini sübut edir.
 İkinci keyfiyyət testi olub ya müsbət, ya da mənfi cavab verir. Dəqiqliyinə görə o sidikdə aparılan testə uyğun gəlir. Qanda aparılan testin köməyi ilə hamiləlik erkən mərhələdə, yəni ovulyasiyadan 6-8 gün sonra, sidikdə aparılan testin köməyilə isə ovulyasiyadan 2 həftə sonra təyin edilir.

 Hamiləliyin təyin edilməsində "özünə” ("ev”) test nə dərəcədə dəqiqdir?
 Hamiləliyin təyin edilməsində sidikdə aparılan özünə ("ev”) test 97-99% hallarda dəqiqlik zəmanəti verir.
 Bu test düzgün aparılmadıqda nəticəsi də dəqiq olmayacaqdır. Ona görə do hamiləliyin olmasını təsdiq etmək üçün həkimə müraciət etmək lazımdır. Bir sıra müayinələr, həmçinin ultrasəs müayinəsi (USM) vasitəsilə hamiləliyin əlamətləri aş-kar edilir: uşaqlığın forma və ölçülərinin dəyişməsi, uşaqlıq boynunun dəyişməsi, dölün hərəkəti, ürək döyüntüləri və s. Bu məlumat istənilən halda – siz hamiləliyi saxlamaq və ya pozmaq (abort) qərarına gəldiyiniz halda çox vacibdir.

 Biz məsləhət görürük:
Həmişə testin yararlılıq müddətini yoxlayın, belə ki, yararlılıq müddəti bitmiş test etibarlı nəticə verə bilməz;
Növbəti testi bir neçə gündən sonra təkrar edin, belə ki, birinci test zamanı sidikdə HH miqdarı az olduğundan hamiləliyi təyin etməyə imkan verməyə bilər;

Testlərin çoxu aybaşının gözlənildiyi vaxtda (yəni ovulyasiyadan 2 həftə sonra) aparıldıqda müsbət nəticə verir. Cavabın mənfi olması isə ovulyasiyanın gec olması və yaxud hamiləliyin olmaması ilə əlaqədardır; Özünə ("ev”) testin nəticəsi mənfi olduqda, bu testi bir neçə gündən, maksimum bir həftədən sonra təkrar edin. Əgər nəticə yenidən mənfi olarsa, lakin siz özünüzə hamilə hiss edirsinizsə, həkimə müraciət edin.

 Hamiləliyin təyin edilməsində özünə ("ev”) testin dəqiqliyinə nə mane ola bilər?
 Sidikdə aparılan testin nəticəsinə əksər dərmanlar təsir etmir. Yanlış müsbət nəticə tərkibində HCG hormonu olan preparatların qəbulu ilə əlaqədar ola bilər.

Sidikdə aparılan testə həmçinin alkoqol və narkotiklərin qəbulu da təsir edə bilər. Əgər siz hamilə olmaq istəyirsinizsə, bu zərərli vərdişlərdən əl çəkməlisiniz.

Hamiləliyi təyin edən əksər testlərin etibarlılığı 99%-ə bərabərdir. Ancaq praktikada bu göstərici dəyişə bilər. Əgər test təlimata uyğun aparılmazsa, onun nəticəsi etibarlı sayılmamalıdır.
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 9 498
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri