Cinsəl yolla keçən xəstəliklər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 566
Səs ver:
(səs: 0)
Cinsəl sağlamlıq haqqında məlumat sahibi olmaq çox əhəmiyyətlidir, çünki cinsəl sağlamlığı qorumanın tək yolu, ona bulaşmadan maneə törətməkdən keçir. Cinsəl  yolla keçən xəstəliklərin bəziləri sizə bulaşdığında artıq çox gec qalınmış ola bilir.

Cinsəl yolla bulaşan xəstəliklər deyilincə ağla ilk gələnlər hərhalda AIDS və HIV virusu olur. Halbuki bunlar yalnız ən çox qulağa gələnlər. Özünüzü qorumanız lazım olan bir çox xəstəliklər var.

Vaginal infeksiya
Cinsəl yolla və tualetlərdən keçə bilər. Kişilərdə görülməz ancaq onlar daşıyıcı vəzifəsindədirlər. Vaginada axıntı, qaşıntı, yanma, pis qoxu və yaralar formasında görülə bilər. Yüksək OH dərəcəsində daha sürətli törəyə bilən bu xəstəlik, xüsusilə hamiləlik və menstruasiya sonrasında daha sürətlə ortaya çıxa bilər.

Herpes virusu
İnsanların 60%-i bu virusu daşıdığının fərqində belə deyil. Uçuq olaraq da bilinən bu virus, görünən sahədə dodaqlarda çıxdığında çox əhəmiyyət verilməməsinə baxmayaraq, genital bölgədə olduğunda böyük əhəmiyyət daşıyar. Stress, sıx günəş, genital təmizlik, pis qidalanma və cinsi əlaqə yoluyla ortaya çıxa bilər. 6 gündəlik kürt dövrü vardır. 2 ilə 20 gün arasında çəkə bilər. Müalicəsi üçün mütləq bir mütəxəssisdən dəstək almaq lazımdır.

Sifilis
Xroniki bir xəstəlik olan sifilis, yoluxucudur və ümumiyyətlə fərq edilməsi uzun zaman alar. İlk ortaya çıxdığı, yəni birinci mərhələdə fərq edilib müalicə edilməzsə, 2-ci  mərhələyə keçəcək. İnfeksiya bədəndə yuxuda olduğundan bir neçə il sonra belə ortaya çıxa bilər. Gecikilmədən müalicə edilməlidir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 566
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri