Xlamidioz

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 3 393
Səs ver:
(səs: 0)
Xlamidioz - çox yayılmış xəstəlikdir. Bir hüceyrəli parazit (xlamidia) törədir, selikli qişaları (məs: göz, və ya cinsi üzvləri) zədələyir, çox vaxt xəstəlik əlamətsiz olur, bəzən 21 gün ərzində cinsi üzvlərdən pis qoxulu, selikli - irin axır, sidik ifrazatı zamanı ağrı və qıcıqlanma olur. Kişilərdə sidik ifrazının pozulması, sidik kanalından zəif ifrazat, qadınların qarın boşluğunda ağrılar olur, aybaşılar arasında qanaxma ola bilər. Xlamidia reproduktiv sistem boyunca yayılır, qadınlarda yumurtalıqları, uşaqlığı, uşaqlıq borularını zədələyir, sonsuzluq əmələ gətirir. Xlamidiozla xəstələnmiş qadından doğulmuş uşaqlarda çox vaxt pnevmoniya olur. Xəstəlik antibiotiklərlə müalicə olunur, çox vaxt nəzərə çarpmadan keçir, bununla da xəstəyə böyük ziyan vurmaqla başqalarının yoluxmasına təhlükə yaradır. Xlamidioz barədə ilk məlumat 1976-cı ildə alınmışdır, indi geniş yayılmış xəstəlikdir. Statistikaya görə 25-35 % seksual aktiv yeniyetmələr bu xəstəliyə yoluxurlar.
Yadda saxlamaq lazımdır ki:
• Çох vaxt xəstəlik əlamətsiz keçir
• Müalicə olunmamış xlamidioz sonradan kişilərdə sonsuzluq və cinsi zəiflik, qadınlarda isə hamiləliyin sonadək çatmamasına və yeni doğulmuşların patologiyasına gətirib çıxarır.
Müalicə:
• Xlamidioz antbiotiklərlə müalicə olunur. Onlar həkim tərəfindən təyin olunur.
• Müalicəni bacardıqca tez başlamaq lazımdır, bu fəsadların qarşısını alır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 393
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri