Cinsi performansı artıran meyvə hansıdır?

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 3 523
Səs ver:
(səs: 2)
Meyvələr sadəcə dadı ilə deyil, faydaları ilə də qida rasionumuzun vaz keçilməzidirlər.
Yay meyvələrindən moruq da bu qəbildəndir. Moruq bədənə qüvvət verir, orqanizmi bir çox xəstəliklərdən müdafiə edir.
Xüsusilə də diş və diş əti problemlərinə qarşı ən yaxşı vasitə hesab olunur. Diş əti qanaması üçün bu meyvənin yarpaqlarını çeynəmək yetərlidir. Diş çürümələrini önləməyə və diş ətini qüvvətləndirməyə kömək edir. Bu baxımdan moruğu ağız sağlamlığı üçün ən təsirli meyvə hesab etmək olar.
Moruq meyvəsinin yarpaqları yaraların tez sağalmasına kömək edir. Belə ki, həmin yarpaqları toz halına gətirib, yaraların üstünə səpdikdə dərman kimi təsir göstərir.
Moruq şirəsi yaddaş zəifliyindən ishala qədər bir çox xəstəliyə kömək edir. Yabanı halda bitən bu meyvədə şəkər, üzvi turşular, C vitamini, karotin və s. maddələr var.
Moruğun faydaları saymaqla bitmir.
Cinsi həyatla bağlı problemləri olan insanlar da bu meyvədən istifadə edə bilərlər. Çünki bu meyvə cinsi sağlamlığa faydalıdır. Tərkibindəki antioksidant qan axımını sürətləndirərək cinsəl gücü artırmağa kömək edir. Gündə bir stəkan moruq yeyən insanlarda cinsi istəyin artdığı və performansın yaxşılaşdığı müşahidə olunub.
Moruq yeməyi sevmirsinizsə, onun suyunu için. Bu içki cinsi istəyi və spermanın hərəkət qabiliyyətini möhkəmləndirir. Kişilərdə ereksiya keyfiyyətini artırır.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 523
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri