Cinsi əlaqə zamanı təhlükə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 486
Səs ver:
(səs: 0)
İnfeksiya xarakterli bir mikrob tərəfindən yol açılan və insana vaginal, anal, oral seks də daxil olmaqla hər növ cinsi yaxınlıq yolu ilə keçən xəstəliklərə cinsi yolla yoluxulan xəstəliklər deyilir. Bu qrupa daxil olan bəzi xəstəliklər qanvermə, qanalma, narkotik istifadəçilərində iynə vasitəsilə, öpüşmə yoluyla, eyni qabdan, dəsmaldan istifadə etməklə, qucaqlaşma ilə, doğuş və əmizdirmə zamanı da yoluxa bilər.

Ən sıx görülən yoluxma yolu qorunmadan yaşanan seksdir. Partnyorların sayı artdıqca risk də artır. Buna görə birdən daha çox şəxslə cinsi əlaqə yaşamaq çox təhlükəlidir. Prezervativ istifadə etmədən cinsi yaxınlıq etmək də riski artırır. Kişidə sperma, qadında isə vagina mayesi mikrob daşıyıcısıdır.

Cinsi yolla yoluxulan xəstəliklər hansılardır?
QİÇS, sifilis, xlamidioz, trixomoniaz, kandidoz, insan papilloma virusu (İPV), Hepatit B, qonoreya, genital herpes,mikoplazmoz, ureaplazmoz

Qorunma yolları hansılardır?
Qorunmaq üçün ilk olaraq xəstəliyi yoluxdura biləcək davranışlardan uzaq durmaq lazımdır. Çox seks yaşamaq, başqaları ilə seksi bir peşəyə çevirənlə yaxınlıq etmək və bu yaxınlıqlar zamanı prezervativ istifadə etməmək riski artırır.

QİÇS və Hepatit B-yə qanla yoluxma riskinə diqqət edilməlidir. Gözəllik salonlarında, xəstəxanalarda istifadə edilən vasitələrin təmizliyindən əmin olun. Başqalarının yaralarına əliyalın toxunmaq, eyni inyeksiyadan istifadə etmək, eyni təraş bıçağını istifadə etmək riski artırır. Cinsi orqanlarda olan yara, sızanaq, ya da qaşıntı ilə yaşanan qıcıqlanma tez müalicə edilməlidir, yoxsa infeksiya mənbəyi ola bilər.

Hepatit B virusuna qarşı peyvənd vurulmasına laqeyd yanaşmaq olmaz. Qadınlarda tez-tez edilən yaxmalar erkən diaqnoz üçün çox önəmlidir.

Bütün bunlarla yanaşı xəstəlik əlamətlərini bilmək də vacibdir.

Bəs əlamətləri hansılardır?
Kişilərdə tez-tez sidiyə getmək, bu zaman göynəmə, penisdən sidikdən sonra, ya həmişə axıntı gəlməsi, penis səthində ağrılı xoralar, qasıqlarda əllə hiss edilə bilən sərtliklər, qadınlarda sidiyə gedə bilməmək, göynəmə, tez-tez sidiyə getmək, tünd rəngli pis qoxulu axıntı, hər iki cinsdə də cinsi yaxınlıq zamanı cinsi orqanlarda ağrı olması, ölü doğuşlar, cinsi orqanlarda ziyillər, uçuğa bənzər töküntülər, şiddətli ağrı, ayaqların arasında olan və cinsi orqanı örtən əzələ örtüyündə çibanlar.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 486
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri