Bəziləri
ümumiyyətlə bu haqda çox az danışır. Bəziləri hesab edir ki,
menustrasiya zamanı cinsi əlaqə çox zərərlidir. Əlbəttə, bu xoş olmayan
hal kimi görünür, bəs həqiqətənmi menustrasiya zamanı seksdən imtina
etmək lazımdır?
Mütəxəssislərin bu haqda dedikləri bəzi faktlar sizin fikrinizi dəyişdirə bilər:
1.
Seks menustrasiya müddətini azalda bilər. Çox ehtiraslı seks
yaşamısınızsa və orqazm olmusunuzsa həmin an qanın dayanması
mümkündür.
2.
Seks menustrasiya ağrılarını azaldır. Çünki seks zamanı endorfin
maddəsi ifraz olunur. Bu da ağrılara müsbət təsir göstərir
- menustrasiya zamanı sekslə məşğul olmağınız daha bir səbəb.
3. Seks stressi aradan qaldırır, bu da endorfinin ifraz olması ilə mümkün olur.
4. Menustrasiya zamanı cinsi əlaqə adi günlərdən daha ehtiraslı ola
bilər. Çünki bu günlərdə qadınlar təkcə emosional deyil, həmçinin fiziki
cəhətdən də həssas olurlar.
5. Bu zaman cinsi əlaqə kişilər üçün tamamilə təhlükəsizdir. Qanda heç bir infeksiya olmur.
6.
Bu müddətdə də seks zamanı hamilə qalmaq mümkündür, buna görə də
qorunmaqda fayda var. Çünki sperma yumurtalıqda 7 gün ərzində yaşaya
bilir.
7. Menustrasiya
zamanı hamilə qalmaq faizi aşağı olsa da infeksiya düşməsi riski daha
çoxdur. Çünki bu zaman yumurtalıq daha həssas olur.