Köklük kişilərin ata olmaq şansını azaldır

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 510
Səs ver:
(səs: 0)
Danimarkada aparılan araşdırmada kişilərdə çəki probleminin spermalara təsir etdiyi məlum olub. Kopenhagen Universitetinin alimləri kök kişilərlə bağlı araşdırma aparıb.
 
Aparılan bu tədqiqatda kişinin artıq çəkisinin spermaların sayına təsir etdiyi məlum olub.
 
Araşdırmada piylənmədən əziyyət çəkən 6 kişi iştirak edib və əməliyyat olunub. Daha sonra müalicədən əvvəl və əməliyyatdan bir həftə sonra, o cümlədən, bir il keçəndən sonra kişilərin spermaları təhlil edilib. Araşdırma rəhbəri həkim Romen Barres əməliyyatdan bir həftə sonra və bir il keçdikdən sonra spermalarda dəyişikliklər olduğunu deyib: "Arıq və kök kişilərin sperma hüceyrələrində fərqli epigenetik izlər var və bunlar genlərin davranışlarına təsir edir. Ata piylənmədən əziyyət çəkirsə, uşaqlarının da köklüyə meylli olma ehtimalı yaranır. Piylənmə kişinin ata olmaq şansını da aşağı salır”.
 
Barresin sözlərinə görə, son dövrlərdə xəstəliklərin çoxunun əsas səbəbi piylənmədir: "Yüz illər əvvəl enerji yığmaq, infeksiyalara və aclıqlara qarşı müqavimət göstərmək üçün köklük bir üstünlük idi. İndi isə kök olmağın heç bir üstünlüyü qalmayıb”.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 510
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri