Qadınların rahat cinsi həyatı bu dövrdə başlayır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 633
Səs ver:
(səs: 0)
Menopauza qadının yumurtalıqlarının estrogen və progesteron ifrazının yeni bir dövrüdür. Menopauza dövründən əvvəl bədəndə dəyişikliklərin başladığı ilk 2 ilə perimenopauza deyilir.
Ümumiyyətlə, menopauza 40 yaşın ortalarında başlayır. Bu müddətdə yumurtalıqdan ifraz olunan estrogen hormonu yavaş-yavaş azalmağa başlayır. Menopauza ilə məhsuldarlıq çağı sona çatar. Orta hesabla menopauza yaşı 51-dir. Testesteron (kişilik hormonu) bu dövrdə daha da artdığı üçün qadınların cinsi əlaqəyə girmə istəyi artır.

Türkiyəli qadın xəstəlikləri uzmanı Ebru Ünal bildirir ki, bu dövrdə hamilə qalma riski olmadığı üçün qadının qorunmasına ehtiyac qalmır və daha azad, rahat cinsi dövr başlayır.
Həkim ilk növbədə menopauza dövründə cinsi orqanlarda dəyişikliklər yarandığını vurğulayır: "Perimenopauza dövründə menstruasiya nizamının dəyişməsi ən çox rast gəlinən əlamətlərdən biridir. Yüksək hərarət, yuxu problemləri də müşahidə edilir. Azalan estrogen səbəbindən vagina və sidik yollarında dəyişikliklər olur. Zamanla vaginanın mukoza deyilən quruluşunda incəlmə və gərilmə baş verir. Klitor, daxili dodaqlar və vagina girişi kiçilir. Vagina daha darala və qısala da bilir, vaginal axıntı miqdarında azalma baş verir”.
Həkim bildirir ki, estrogen azalmasına bağlı sidik yollarında da incəlmə meydana gəlir. Bunun nəticəsində bir çox qadında genitourinary sindrom deyilən vəziyyət ortaya çıxa bilər.

Nəticədə bu hallar müşahidə edilir:
- Vaginada yanma və qaşıntı
- Cinsi əlaqə əsnasında quruluq və bunun nəticəsində cinsi əlaqədə ağrı
- Cinsi əlaqədən sonra qanama
- Daha tez sidik yolu infeksiyası və ya vaginal infeksiya ilə rastlaşma
- Tez-tez sidiyə getmə
Bütün bu sadalananlar qadının cinsi münasibətdən zövq almasına mane olur.
Menopauza dövründə qadınların təxminən 40% -ə qədəri bu əlamətlərdən birini yaşayır. Bu əlamətləri yüngülləşdirmək üçün estrogen ehtiva edən kremlərdən hər gün bir dəfə vagina daxilinə çəkmək bu cür çətinliklərin azalmasını təmin edə bilər. Fotona lazer ilə menopauza sonrası yaranan vaginal həssaslıq, yanma və quruluğu da müalicə etmək mümkündür. 6 ayda və ya ildə bir dəfə tətbiq edilərsə, vaginda qan axını artar, nəm və qalınlaşmış vagina toxuması meydana gələr.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 633
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri