Həftədə 4 dəfə cinsi əlaqədə olmağın sağlamlığa təsiri

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 4 576
Səs ver:
(səs: 0)
Aparılan araşdırmalardan biri sübut edib ki, həftədə iki dəfədən çox sekslə məşğul olan cütlüklər stresli vəziyyətlərin öhdəsindən daha yaxşı gəlirlər. Seks əsnasında endorfin və oksitosin ifraz edilir. Bu hormonlar beyindəki zövq nöqtələrini fəaliyyətə gətirərək sakitlik və rahatlıq duyğuları yaradır. Narahatlıq və depressiya hissi isə uzaqlaşır.

Orqazmdan sonra ifraz olunan hormonlar kürək və ya baş ağrılarına yaxşı təsir edir. Miqrendən əziyyət çəkən qadınların yarısı seksdən sonra daha az ağrı hiss etdiklərini deyirlər. Orqazm əsnasında ifraz olunan endorfin ağrıları azaldır.

Asqırma, öskürmə və davamlı axan burun əlbəttə seksual deyil. Amma sekslə məşğul olmaqla qrip və soyuqdəymədən xilas olarsınız. Sekslə məşğul olan insanlarda yüksək səviyyədə immunoqlobulin A (IGA) var. Xəstəliklərlə mübarizə aparan anticismlər bədəni qrip və soyuqdəymədən qoruyur.

Nizamlı olaraq (həftədə təxminən 4 dəfə) sekslə məşğul olan insanlar əslində olduğundan 7-12 yaş daha gənc görünürlər. Daim sekslə məşğul olmaq bədəndə testosteron və estrogen istehsalını artırır. Bu hormonlar bədənə gənclik və canlılıq verir.

Qadın orqazma çatdıqda uterusu gərilir və ağrılara yol açan faktorlar aradan qalxır. Uterus bölgəsindəki gərilmə qanın daha tez axmasını və menstruasiya dövrünün daha erkən bitməsini təmin edir.

Sekslə məşğul olmaq 85-250 kalori yandırır. Kardioloqlar qaçma trenajorunda orta səviyyəli məşq etməklə sekslə məşğul olmağı bərabər hesab edirlər. Sekslə məşğul olmaq vücudu formalaşdırır, qarın, omba və kürək əzələləri işləyir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 576
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri