Bu amillər qadın sonsuzluğuna təsir edir - Məşhur ginekoloq açıqladı!

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 077
Səs ver:
(səs: 0)
"Yumurta ehtiyatı ana olmaq istəyənlər üçün vacib bir meyardır. Stress bu ehtiyatların ən böyük düşmənidir! Stress hətta yumurta ehtiyatını azaldaraq qadınlarda sonsuzluğa gətirib çıxara bilər". 

Qadınla.Com xəbər verir ki, bu sözləri türkiyəli ginekoloq Kənan Çalışqan açıqlamasında deyib. O, bildirib ki, yumurta ehtiyatı yaş, ətraf mühit, genetik amillər və stress kimi bir çox amillərdən dolayı azalmağa başlayır: 
"Ətraf mühit amilləri və stress çox vacibdir. Ətraf mühitdə kimyəvi maddələrin təsiri, həyat tərzi, GMO-lu qidalar qadının hamilə qalmasına birbaşa təsir göstərir. Yumurta ehtiyatları menopoz dövrünü təyin edir. Yumurta ehtiyatını qiymətləndirmək üçün qadının 15-45 yaş arasında olması nəzərə alınmalıdır. Qadının keçirdiyi əməliyyat, kimyəvi terapiya, radioterapiya, siqaret və ya alkoqol istifadəsi yaş faktoru ilə birlikdə ehtiyatın azalmasına təsir göstərir". 
Ginekoloqun sözlərinə görə, testlərlə qadının təxminən nə qədər yumurta ehtiyatı qaldığını müəyyən etmək mümkündür: "15 yaşlı uşaq ilə 45 yaşlı qadının yumurtaları eyni deyil. 45 yaşdan sonra hamilə qalmaq şansı çox aşağı olur və menopoz dövrü başlayır. 35 yaşdan sonra haməlilik şansı xeyli azalmağa başlayır. Yaş ən vacib amildir. Getdikcə yumurtalar yox olur. Odur ki, yumurta ehtiyatı çox olmayan xəstələri mövcud yumurtalardan istifadə etmək üçün süni mayalanmaya yönəldirik. Bunun üçün də əvvəlcə xəstənin sonsuz olub-olmadığını müəyyənləşdirmək lazımdır. Sonsuz olan xəstə 35 yaşdan kiçikdirsə və bir il ərzində uşağı olmayıbsa, dərhal müalicəyə başlayırıq. 35 yaşdan yuxarıdırsa, gözləmirik, çünki yumurtalar azalmağa doğru gedir, odur ki, dərhal süni mayalanmaya başlayırıq". 
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 077
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri