Sonsuzluq və süni mayalanma

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 941
Səs ver:
(səs: 1)
Sonsuzluq cütlüklərin bir il ərzində  bir doğum kontrolu metodu ilə istifadə edilən düzgün cinsi əlaqədə olmalarına baxmayaraq hamilə qala bilməmək kimi başa düşülür. Mayalanma dövründə olan kişilərin təqribən 10-15 %-i bu problemlə qarşılaşır. Sonsuzluq  probleminə bağlı olaraq  müxtəlif müalicə metodları həyata keçirilir. Süni mayalanma metodu da belə metodlardandır. Bəzi hallarda  ilk müalicə alternatividir, lakin bəzi hallarda isə  digər metodlar nəticə vermədikdə  bu zaman süni mayalanmaya müraciət edilir. Süni mayalanma metoduna ilk əvvəl  qadının uşaqlıq yollarının bağlı olması hallarında müraciət edilir. Bu sahədəki texniki inkişaflar nəticəsində  süni Mayalanma metodunun istifadə sahəsi  genişləmişdir. Bu gün artıq endometriozis, immunoloji və kişiyə bağlı problemlərin mövcud olduğu bir vaxtda izah olunmayan sonsuzluq faktlarında   xəstə yaş və sonsuzluq müddətinə bağlı olaraq  süni mayalanma metodundan istifadə edilir. Bir cütlüyün necə bir problemlə üz-üzə olduğunu anlamaq və  müalicəyə başlamaq qərarına gəlmək üçün  bir növ araşdırma aparılmalıdır. Aparılan araşdırmaları kişi və qadın üçün  ayrı-ayrı şəkildə dəyərləndirmək lazımdır. Kişidə sperma analizi, lazım olarsa uroloji müayinə, ultrasonoqrafiya, hormon analizləri və karyotipləmə (genetik araşdırma), qadında isə  yumurtalamanın mövcudluğu, hormonun səviyyəsi, uşaqlıq yollarının tıxanıqlığı və hamiləlik üçün  hər hansı bir problemin olub-olmadığı araşdırılmalıdır. Əgər ehtiyac olarsa  genetik araşdırmada aparılır.
Əsas iki cür süni mayalanam metodu vardır. Birincisi standart metodu deyilən, kişi sperması ilə qadın yumurtalıqlarının bədəndən xaric  birləşərək spermanın yumurtanı dölləndirməsinin gözlənildiyi metoddur. İkincisi isə  mikroinyeksiyadır (İntrasitoplazmatik Sperma İnyeksiyası-İCSİ). Bu metod birinci  metoddan bir cəhətdən  fərqlənir ki  sperma embrioloq tərəfindən  yumurtanın daxilinə yerləşdirir. Bu metod spermanın sayının az olduğu, keyfiyyətinin yumurtanı dölləndirməyə əlverişli olmadığı və yaxud sperma hüceyrəsinin ancaq  bərkimiş hüceyrələrin   əldə olunduğu  hallarda tətbiq edilir, Bundan başqa  süni mayalanma yolu ilə  döllənmə olmadığında da ICSI metoduna müraciət edilir. Süni mayalanma metodu ilə hər müalicədən sonra hamilə qalmaq  şansı təqribən 30-40% arasında dəyişir Buna əlavə olaraq  süni mayalanmanın müalicəsi nəticəsində formalaşacaq embrionların dondurularaq  saxlanması və bu embrionların ana bətninə yerləşdirilməsi ilə cütlüklərin  ikinci bir şansa sahib olmasına şərait yaradır. Süni mayalanma metodlarında yüksək nailiyyətə imza atan  faktların təməlində qadının yaşı gəlir. 35 yaşda olan qadınlarda bu metodun aparılması  zamanı hamiləlik şansı 40-50%-dirsə 40 yaşdan yuxarıda 15%-dir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 941
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri