"Psixogen sonsuzluq" nədir?

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 3 104
Səs ver:
(səs: 2)
Sirr deyil ki, ailə qurulduqdan 1-2 ay sonra qohum-qonşu cavan qadından "bir xəbər var?" soruşmağa başlayır. Vaxt keçdikcə bu məsələyə olan diqqət daha da artır, cavan ailənin "problemi" daim müzakirə olunmağa başlayır. Bu isə həm cütlükdə olan münasibətlərə mənfi təsir edir, həm də hamiləliyin ehtimalını azaldır. Məsələ burasındadır ki, daim yalnız hamiləlik haqqında düşünən və bunun nəticəsində ağır stress vəziyyətinə düşən qadında "psixogen sonsuzluq" inkişaf edə bilər. Bu halda səhhətində sonsuzluq üçün heç bir səbəbi olmayan qadın naməlum səbəblərə görə hamilə qalmır. Əksinə isə sakit və rahat şərait, stresslərin olmaması qadında hamiləlik ehtimalını artırır.

Beləliklə, ailə qurulduqdan neçə müddət sonra (hamiləlik baş tutmadığı halda) artıq həkimlərə müraciət etmək lazımdır?

1. Tibbi statistikaya əsasən, sağlam ailə cütlüklərində hamiləlik ailə qurulduqdan sonra ilk 3 ay ərzində, 60% cütlüklərdə növbəti 7 ay ərzində, qalan 10-12% cütlüklərdə - 11-12-ci aylarda baş tutur. Beləliklə, yalnız 1 ildən sonra ailə cütlüyü sonsuzluqla bağlı həkimə müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir.

Lakin burada söhbət cavan ailə cütlüklərindən gedir (30 yaşına kimi). Qadının yaşı 30-dan çoxdursa və hamiləlik 6 ay ərzində baş tutmayıbsa, bu müddət bitdikdən sonra həkimə müraciət etmək lazımdır. Qadının yaşı 40-dan çoxdursa, gözləmə müddəti 3 aya kimi qısalır.

2. Əgər ailə həyatı qurduqdan əvvəl qadında menstrual dövr müntəzəm olmayıbsa (menstruasiyalar müxtəlif fasilələrlə başlayırdı, 1-2 ay ərzində menstruasiyalar olmurdu və s.), bu halda hamiləliyi gözləmək lazım deyil. Menstruasiyaların qeyri-müntəzəm olması qadının reproduktiv sağlamlığında olan problemlərin əlamətidir.

3. Əgər kişi keçmişdə xayalıq nahiyəsinə ciddi travma (zərbə və s.) alıbsa, parotit ("svinka") keçiribsə, kimyəvi terapiyadan keçibsə, bu halda da hamiləliyi gözləmək lazım deyil. Kişi spermoqramma verməlidir və uroloqa (və ya androloqa) müraciət etməlidir.

4. Hamiləliyin ehtimalı o halda böyük olur ki, ailə cütlüyündə cinsi əlaqələr müntəzəm xarakter daşıyır. Bu o deməkdir ki, 1 həftə ərzində 3-4 cinsi akt olmalıdır. Cinsi əlaqələr müntəzəm olmadıqda, hamiləliyin baş tutması ehtimalı azalır. Beləliklə, əgər cütlüyün cinsi həyatında ciddi problemlər varsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Hansı həkimlərə müraciət etmək lazımdır?

Qadın ginekoloqa, kişi isə androloqa (və ya uroloqa) müraciət etməlidir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 104
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri