Sonsuzluq nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 161
Səs ver:
(səs: 2)
Sonsuzluq, nizamlı bir şəkildə 1 il əlaqəyə girilməsinə baxmayaraq heç bir qorunma üsulu istifadə etmədən olmayan hamiləliklərə deyilir. Gənc cütlüklərdə müalicə üçün gözləmə müddəti daha uzun ola bilər. Lakin qadının yaşı 35 və ondan çoxdursa müalicə dərhal başladılmalıdır. Hamiləliyin olması üçün həftə də ən az bir dəfə cinsi əlaqə olmalıdır. Cinsi əlaqə nə qədər seyrək olsa hamiləlik şansı o qədər az olar.

Kişidə SONSUZLUQ:
Kişi sonsuzluğu ümumiyyətlə sperma sayı və keyfiyyətinə görə meydana gələr. Sperma kanallarında olan bağlılıqlar da sonsuzluq səbəbidir. Sperma zəifləməsinə bir çox faktor səbəb ola bilər. Kişinin peşəsi, təkrarlanan vərdişləri, həddindən artıq stress sperma sayını salaraq sonsuzluğa səbəb olar. Kişilərdə sonsuzluq səhifəmizdə səbəblərə ətraflı toxunacağıq, ancaq qısaca spermaları zəiflədəcək bir neçə səbəb belədir:

Həmişə oturmaq
Həddindən artıq istidə işləmək
Spirt istifadə etmək
Kimyəvi maddələrə məruz qalmaq
Sıx stress
Həddindən artıq kilo

Qadında SONSUZLUQ:
Qadınlarda olan sonsuzluq səbəbləri, yaşla bağlı, yumurtalıq və regl(aybaşı) nizamsızlığından meydana gəlməkdədir. Uşaqlıq içini örtən toxumanın uşaqlıq xaricində inkişafı və kanallarda meydana gələn bağlılıqlar da sonsuzluq səbəblərindəndir. Uşaqlıq ağzında yaranan problemlər və allergik vəziyyətlər hamilə qalmağa təsir edən faktorlar arasındadır.

Bir də qadın və kişidə açıqlana bilməyən sonsuzluq tapıntıları vardır. Açıqlanmayan sonsuzluqda ilk faktor olaraq stresslə bağlı inkişaf edən problemlər yer alır. Stress reproduktiv funksiyalar üzərində mənfi təsir yaradır. Stress müalicəsi ilə problemlər həll edilə bilər.

SONSUZLUQ MÜALİCƏSİ:
Müalicənin edilə bilməsi üçün ilk olaraq sonsuzluğun səbəblərinin təyin olunması lazımdır. Müalicəyə başlaya bilmək üçün ilk olaraq kişidən sperma nümunəsi alınır. Qadında isə turbalıqların qapalı  olub olmadığı və uşaqlıq ilə əlaqədar problemlər araşdırılır. Problemləri təsbit etmək üçün də uşaqlığın filminin çəkilməsi lazımdır. Aybaşı qanamasının 3-cü günü qadının hormonal tarazlığı və yumurtalıq qabilliyəti üçün hormon testləri tətbiq olunur. Səbəblərin araşdırması bitdikdən sonra sonsuzluq üçün uyğun müalicə üsulu müəyyən edilir və müalicəyə başlanır.

Sonsuzluq müalicəsi zamanı tətbiq olunan üsullar:

Sonsuzluq problemləri üçün həkimə müraciət edən qadınların  20%-də hormonal problemlər olduğundan yumurtlama problemi təsbit edilir. Yumurtlama problemlərinin müalicəsi üçün və yumurtlamağı xəbərdar etmək və yumurtaların partlamasını təmin etmək üçün hormonal dərmanlar istifadə olunur. Səbəbi təyin olunmayan sonsuzluqda, uşaqlıq ağzına görə meydana gələn problemlərdə və sperma keyfiyyətində yaranan problemlərdə öncəliklə hamiləliyi təmin etmək üçün aşılama metodu  tətbiq olunur. Aşılama müalicəsi: kişidən əldə olunan sperma mayesindəki sperma hüceyrələri digər mayelərdən ayıraraq, uşaqlığa  birbaşa olaraq transfer edilməsini təmin edən bir müalicə metodudur.

Lakin aşılama ilə nəticə alına bilməyən daha da inkişaf  etmiş səviyyədə olan problemlər üçün aüni mayalanma müalicəsi üsullarına müraciət etmək lazımdır. Süni mayalanma müalicə üsulları ilə uğur əldə etməyi təmin etmək olduqca yüksək ehtimaldır..

Sonsuzluqdan yer alan əhəmiyyətli faktorlar:

Qadının yaş ortalaması (40 yaşını keçmiş qadınlarda sonsuzluq ən sıx rast gəlinilən əlamətlərdəndir).

Kişinin yaş ortalaması (artan  yaşla birlikdə cinsi əlaqə sayının azalması səbəbi ilə hamilə qalma şansında azalma olar).

Cinsi əlaqə sayı (Cinsi əlaqə sıxlığı hamilə qalmağı təsir edən bir faktordur.)

Cinsi əlaqədə zamanlama (qadında yaranan yumurtalar 24 – 48 saat arası canlı qala bilər. Ayda yalnız 1 dəfə yumurtanı ləngitmək olur. Yumurtlama dövrüylə cinsi əlaqə eyni vaxtda baş verən  halda hamilə qalma ehtimalı daha yüksəkdir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 161
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri