Sonsuzluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 545
Səs ver:
(səs: 0)
Sonsuzluq bizdən çox da uzaqda olmayan, haradasa 100 nəfərdən 15-də müşahidə olunan xəstəlikdir. Sonsuzluğun bir sıra səbəbləri ola bilər və müalicəsi böyük ehtimalla mümkündür. Düzgün diaqnoz və düzgün müalicə üsulu ilə asanlıqla aradan qaldırıla bilər, çünki müəyyən hallar istisna olmaqla eyni səbəblə meydana gəlir. Sonsuzluq əsasən bu şəkildə meydana gəlir:
Sonsuzluq qorunmasız şəkildə bir illik cinsi əlaqə nəticəsində hamiləliyin əldə edilməməsidir. Əvvəlcə hamilə olub sonradan hamilə ola bilməmək də sonsuzluq sayılır. Əgər yaşınız 35-dən yuxarıdırsa bu müddət qorunmasız şəkildə 1 il deyil 6 ay olaraq götürülür. Müəyyən bir narahatlığınız, xəstəliyiniz varsa və ya aybaşı pozğunluğu yaşayırsınızsa 1 ili gözləmədən həkimə müraciət etməyiniz məsləhətdir.
Yeni cütlüklərin bir ay içərisində hamilə qalma ehtimalı 20-26%-dir. Qorunmasız şəkildə 1 ildən sonra bu göstərici 80%-dir. 2 ildən artıq müddətdə bu rəqəm 90%-i keçə bilər. Müəyyən bir səhhət və ya cinsi problemi olmayan cütlüklər çox da tələsməməlidirlər. Ətrafımızda hər 7 cütlükdən biri övlad sahibi ola bilməmək problemi ilə qarşılaşır. Bu müddət içərisində insanlar istər istəməz sarsıntı keçirir, hətta əsəb və qısqanclıq keçirə bilər. Lakin, sonsuzluğun müalicəsi yollarını araşdırmağa başladığınız zaman ümid verici və uğurlu müalicə üsulu olduğunu görəcəksiniz. Xüsusilə, son 10 il ərzində sonsuzluğun müalicəsi sahəsində mikroinyeksiya metodu ilə böyük nailiyyətlər əldə edilmişdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 545
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri