Qeysəriyyə əməliyyatından sonra normal doğum mümkündürmü?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 648
Səs ver:
(səs: 0)
Bir dəfə qeysəriyyə əməliyyatı olan qadın 60-70 faiz hallarda ikinci dəfə təbii doğuşla uşaq dünyaya gətirə bilər.Əgər birinci dəfə əməliyyata səbəb olan göstəriş (sağrı gəlişi,hamiləliyin ikinci yarısının toksikozu,dölün patoloji vəziyyəti,aktiv genital herpes və s.) ikinci hamiləlik zamanı təkrarlanmazsa təbii doğuş aparmağa cəhd etmək olar.

Bu zaman aşağıdakı hallara önəm vermək lazımdır:
Birinci Qeysəriyyə və ikinci hamiləlik arasındakı zaman 3 ildən az və 10 ildən çox olmamalıdır.
Uşaqlıq üzərində kəsik köndələn olmalıdır.
Cift kifayət qədər yuxarıda və yaxşı olar ki,arxa divarda yerləşmiş olsun.
Döl baş gəlişində olmalıdır.
Uşaqlıq üzərində Qeysəriyyədən başqa əməliyyat (məs: miomektomiya) aparılmış olmamalıdır.
Ciddi somatik xəstəliklər və mamalıq ağırlaşmaları (məs:cift gəlişi) olmamalıdır.
USM-yə əsasən uşaqlıq üzərindəki çapığın vəziyyətini qiymətləndirmək vacibdir.
Doğuş ixtisaslaşmış mama ginekoloq tərəfindən aparılmalı və təcili Qeysəriyyə əməliyyatı üçün bütün şərait olmalıdır.
Əgər bu göstərdiyimiz hallardan heç birində əskiklik olmazsa təbii doğuş aparmaq olar.Ancaq nəzərə almaq lazımdır ki,bu halda doğuşun stimulyasiyasını və ağrısızlaşdırılmasını aparmaq olmaz.Bu uşaqlığın daha çox yığılmasına və cırılmasına səbəb ola bilər.
Qeysəriyyə əməliyyatından sonra təbii doğuşa risk etməməyin əsas səbəbi uşaqlığın cırılma qorxusudur.Uzun illər öncə uşaqlıq üzərində kəsik uzununa və yuxarı hissədən aparılırdı,bu zaman uşaqlığın cırılma təhlükəsi çox idi.Müasir dövrümüzdə əməliyyat zamanı kəsik aşağı seqmentdə və köndələn aparılır ki,bu da uşaqlığın cırılma təhlükəsini çox aşağı salır.
Qeysəriyyə əməliyyatından sonra təbii doğuşa əks göstəriş olan vəziyyətlər:
Ananın yaşının 35-dən çox olması;
Ananın artıq çəkili olması;
Dölün 4000 q və artıq çəkidə olması;
Hamiləliyin 40 və daha yuxarı həftədə olması;
Hamiləliklər arası zamanın 18 ay və daha az olması.
Əziz xanımlarımız! Qeysəriyyə və ya təbii doğuşla dünyaya gəlməsindən asılı olmayaraq hər birinizə sağlam körpə arzulayırıq!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 648
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri