Keysəriyyə əməliyyatında anesteziya: ümumi narkoz, spinal və epidural

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 277
Səs ver:
(səs: 0)
Ümumi narkoz preparatları uşağa təsir edə bilər. Bu əzələ aktivliyinin, sinir və tənəffüs sistemlərinin bir qədər zəifliyi ilə özünü göstərir. Bir qayda olaraq qısa müddətli olur və uşağın az hərəkətliyilə və ilk saniyələr ağlamamaqla özünü göstərir.
Ancaq hipoksik-işemik ensefalopatiya kimi gec ağırlaşmalar da ola bilər; hər şey ondan asılıdır ki, qadına preparatların hansı dozası yeridilib və uşağı nə qədər tez çıxarıblar. Lakin təbabət yerində durmur və hər il uşağa minimal təsir edən yeni preparatlar yaradılır.

Narkozdan "ağır ayılma" olması. Burda hər şey qadın orqanizminin fərdi xüsusiyyətlərindən asılıdır: bəzilərini hələ bir sutka baş ağrıları, ürəkbulanma narahat etdiyi halda, digərləri artıq bir neçə saat sonra özlərini çox yaxşı hiss edirlər.

Boğazda qıcıqlanma və ağrı, öskürək – bunlar intubsion borunu kobud saldıqda əmələ gəlir, bundan başqa öskürək qadına çoxlu xoşagəlməz hisslər yaşadır, beləki, qarnın istənilən gərginləşməsi ağrılı olur.

Aspirasiya riski – mədə möhtəviyyatının intubasion boru yeridilərkən yaranan qusma ilə əlaqədar tənəffüs yoluna düşməsi.

Preparatların ürək-damar sisteminə təsir etmə ehtimalı, həmçinin allergik reaksiyaların yarana bilməsi.

Göstərişlər
Ümumi narkoz aşağıdakı hallarda verilir:

təcili keysəriyyə əməliyyatında, uşaq və ananın həyatı üçün təhlükə olanda;
uşaqlığın xaric olunması və həmçinin akuşer qanaxmalarına səbəb olan təhlükələr gözləniləndə, məsələn, cift gəlişində;
regionar anesteziya bu və ya digər səbəblərdən mümkün olmadıqda, məsələn, anada yüksək dərəcəli piylənmə, onurğanın travması, aşağı təzyiq, qanaxma və s. olduqda.
Beləliklə, ümumi narkoz indi də geniş istifadə olunur, bu da onunla əlaqədardır ki, anestezioloqların hamısı regionar anesteziyanı bacarmır və ya lazımi preparatlar həmişə olmur. Bundan başqa, ana və uşaq üçün ümumi narkozu daha təhlükəsiz edən yeni preparatlar işlənib hazırlanır.

Regionar anesteziya
Yerli keyitmə yaradan anesteziya regionar adlanır. Bura spinal və epidural anesteziya aiddir. Bu manipulyasiyaların mexanizmi çox oxşayır: onurğanın bel nahiyəsinə anestetiklər yeridilir. Nəticədə həm spinal, həm də epidural anesteziyada qadının bədəninin aşağı hissəsi ağrısızlaşır, ancaq huşu pozulmur.

Keysəriyyə əməliyyatında regionar anesteziyanın növləri iynənin dərinliyinə və anestetikin dozasına görə fərqlənir. Ətraflı tanış olaq.

Spinal anesteziya
Keysəriyyə əməliyyatında spinal və ya onurğa beyni aneseziyası həm planlı, həm də təcili şəkildə aparıla bilər, bir şərtlə ki, həkimlərin heç olmasa 10 dəqiqəlik vaxtı olsun.

Manipulyasiyanın mexanizmi belədir:
Qadın stolda oturub, əllərini dizlərinə qoyaraq belini arxaya qabardır və ya yanı üstə uzanıb ayaqlarını qarnına yığır;
İynə yeri dezinfeksiyaedici məhlulla işlənilir;
Anestezioloq dəri və dərialtı toxumanı ağrısızlaşdırmaq üçün iynə vurur;
Uzun, nazik iynə ilə onurğa kanalı onurğa beynindən aşağı, fəqərələrin arasından punksiya edilir və anestetik onurğa beyni mayesinə yeridilir;
İynə çıxarılır, steril salfet leykoplastırla bərkidilir.
Ağrısızlaşma praktiki olaraq anı baş verir. Qadında nə ağrı, nə də taktil hissiyyatı olur.

Üstünlükləri
preparatların uşağa təsir riski tam inkar edilir;
bir neçə dəqiqə ərzində təsir etməsi – bu vacib göstəricidir, çünki ağrısızlaşma ilə əlaqədar qadının arterial təzyiqi də düşür, bu da uşaqda hipoksiya yaradır, buna görə də uşaq nə qədər tez çıxarılsa, bir o qədər yaxşıdır;
tam ağrısızlaşma. Hissəvi və yarımçıq anesteziya riski çox azdır, bundan başqa spinal anesteziyada qarın əzələlərində cərrahın rahat işləməsi üçün lazımi boşalma yaranır;
epidural anesteziya ilə müqayisədə anestetikin dozasının az olması. Bunun müqabilində preparat təsadüfən qandövranına düşdükdə toksiki zəhərlənmə riski azalır;
qadının huşu saxlandığı üçün tənəffüslə problem olmur. Lazım gəldikda oksigen maskasından istifadə edilir;
hamilə öz uşağının ilk dəfə ağlamasını eşidir və onu döşünə qoya bilər;
anestezioloq üçün spinal anesteziya manipulyasiyası daha az güc və bilik tələb edir nəinki epidural. Buna görə də ağırlaşma riski azalır.

Spinal anesteziyanın çatışmazlıqları və ağırlaşmaları
arterial təzyiqin kəskin düşməsi. Spinal anesteziyanın belə qaçılmaz faktoruna görə əvvəlcədən profilaktik tədbirlər görülür. Bir qayda olaraq qadına təzyiqi qaldıran dərmanlar vurulur, lakin onlar da öz növbəsində uşağın qan təzyiqini artıraraq sinir sisteminə mənfi təsir edir;
məhdud təsir müddəti. Əgər epidural anesteziyada lazım gələrsə anestetik əlavə etmək mümkün olursa, spinalda preparatlar bir dəfə, yalnız əməliyyatın əvvəlində vurulur. Əgər nəsə alınmasa və əməliyyat planlaşdırıldığı vaxtdan artıq sürərsə, xəstə təcili şəkildə ümumi narkoza keçirilməlidir. Ümumiyyətlə, indi 2 saata qədər təsir edən preparatlar istifadə edilir;
baş ağrısı kimi nevroloji ağırlaşmaların riskinin yüksək olması.

Epidural anesteziya
Manipulyasiyanın mexanizmi ümumən spinal anesteziyanınkını təkrarlayır, lakin iynə dərinə, sümüklə onurğa beyninin sərt qişası arasına - epidural sahəyə yeridilir, haraya ki, sinir kökləri çıxır.

İynə ilə çox nazik rezin borucuq – kateter yeridilir. İynə çıxarılır, kateter isə qalır — onunla sonra ağrıkəsici preparatlar yeridilir.

Anesteziyanın təsiri 20 dəqiqə ərzində tədricən baş verir.

Üstünlükləri
hamilənin huşu üstündə olur və öz uşağını doğulan kimi görə bilir;
arterial təzyiqin enməsi tədricən baş verdiyi üçün onu profilaktiki tədbirlərlə normada saxlamaq olur;
əməliyyat uzandıqda və həmçinin əməliyyatdan sonrakı dövrdə ağrısızlaşmanı uzatmaq imkanı. Bundan başqa, əgər doğuş epidural anesteziya ilə aparılarsa, təcili keysəriyyəyə keçən zaman onun istifadə edilə bilməsi.

Epidural anesteziyanın çatışmazlıqları və ağırlaşmaları
anestetikin təsadüfən qan dövranına düşməsi zamanı qıcolma və ölümlə nəticələnə bilən toksiki zəhərlənmənin olması;
hərdən epidural anesteziya ya heç təsir etmir, ya da təsir hissəvi olur, məsələn, ya sağ tərəf, ya da sol tərəf ağrısızlaşır;
anestezioloqdan müəyyən qədər ustalıq tələb edən mürəkkəb manipulyasiya.Bununla da yüksək ağırlaşma riskləri izah edilir;
spinal blokun inkişaf edə bilməsi. Ağırlaşma anestetikin səhvən torabənzər qişanın altına yeridilməsi zamanı baş verir. Preparatın yüksək dozası yeridildikdə və vaxtında kömək göstərilmədikdə qadında tənəffüs və ürək dayanması ola bilər;
preparatların uşağa təsiri;
anestetik gec təsir etdiyi üçün əməliyyatın başlanması 20 dəqiqəyə qədər yubanır. Bu vaxt ərzində arterial təzyiqin düşməsi döldə uzunmüddətli hipoksiyaya səbəb ola bilər.

Regionar anesteziya əks-göstərişlər
onurğanın deformasiya və travmaları;
arterial təzyiqin aşağı olması;
iynə yeridiləcək yerdə iltihab;
dölün bətndaxili hipoksiyası;
anada olan və ya şübhələnilən qanaxmanın olması.
Həm spinal, həm də epidural anesteziya üçün eyni olan digər əks-göstərişlər də ola bilər. Bu haqda bu məqaləmizdə oxuya bilərsiniz.

Regionar anesteziyanın ümumi ağırlaşmaları
Onurğa beyninin sərt qişasını deşən zaman onurğa beyni mayesi epidural sahəyə tökülə bilər. Keysəriyyə əməliyyatından sonrakı belə ağırlaşma üçün güclü baş və bel ağrıları xarakterikdir. Bir qayda olaraq, əvvəlcə medikamentoz müalicə aparılır və əgər o nəticə verməzsə, "qan yamağı" edilir. Manipulyasiyanın məğzi ondadır ki, yenə də punksiya edilir və epidural sahəyə qadının öz qanı vurulur ki, sərt qişadakı dəliyi qapasın. Adətən bu prosedura tez bir zamanda nəzərəçarpacaq effekt verir.
Uzun müddətli pozisiyon basılma sindromunun əmələ gəlmə ehtimalı. Anesteziyadan sonrakı bu ağırlaşmada qadın əməliyyatdan sonra hələ bir müddət ayaqlarının hiss temir. Hərdən elə olur ki, onu xərəkdən çarpayıya keçirdikdə ayaqları çevrilir.
Əgər tibb personalı bunu görməsə və ayaq uzun müddət belə vəziyyətdə qalarsa, ona qan getmir, bu da ciddi ağırlaşmalara gətirə bilər.

Ətraflar normal vəziyyətə gətirildikdən sonra şok və ödem inkişaf edir — bütün bunlar ağrı və hərəkətin çətinləşməsilə müşayiət olunur.

Əgər sizə regionar anesteziya planlaşdırılırsa bu məsələləri unutmayın. Belə siz özünüzü uzun müddətli zülmlərdən və narkotik analgetiklərdən qorumuş olarsınız.

Regionar anesteziynın uşaq üçün ağırlaşmaları
Keysəriyyə əməliyyatında regionar anesteziya zamanı təzyiqin düşməsi nə ilə təhlükəlidir? Məsələ bundadır ki, belə vəziyyətdə ciftin qan dövranı pozulur və nəticədə uşaqda hipoksiya inlişaf edir. Hipoksiya və ya oksigen aclığı beynin ağ maddəsini zədələməklə mərkəzi sinir sisteminin inkişafını pozur.

Maraqlıdır ki, uşaq Apqar şkalası ilə yuxarı balla doğulur, hipoksiyanın nəticəsi isə özünü daha gec - 2-3 yaşında göstərir.

Gördüyünüz kimi, anesteziyann bütün növlərinin müsbət və mənfi tərəfləri var. Məqalədə biz ümumi məlumatlar verdik ki, sizin keysəriyyə əməliyyatında ağrısızlaşdırma üsulları barədə məlumatınız olsun.

Lakin əməliyyatın nəticəsi və xüsusən anesteziya növü sizin fərdi xüsusiyyətlərinizdən, tibb personalının peşəkarlığından, istifadə olunan preparatlardan və digər başqa amillərdən çox asılıdır. Bundan başqa, elm yerində durmur — daimi yeni metodlar və preparatlar yaranır.

Yadda saxlayın ki, planlı keysəriyyə əməliyyatı üçün siz özünüz anesteziyanın növünü seçə bilərsiniz, lakin bu obyektiv əks-göstərişlərə zidd olmamalıdır. Doğru qərar qəbul etmək üçün siz peşəkar mütəxəssisin konsultasiyasını almalısıniz, sizin hamiləliyi aparan həkimlə və anestezioloqla danışmalısınız.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 277
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri