Keysəriyyə əməliyyatından sonrakı çapıqlar

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 4 809
Səs ver:
(səs: 0)
Hamı bilir ki, keysəriyyə əməliyyatından sonra qarında çapıq qalır, çünki, bu əməliyyatı icra edərkən həkimlər qarın divarında və uşaqlıqda kəsik aparırlar. Bu zaman uşağı zədəsız xaric etmək üçün kəsik bir qədər böyük alınır.

Keysəriyyə əməliyyatından sonra tikişlər: növləri
Keysəriyyə əməliyyatında kəsiyin növü bilavasitə doğuşun gedişindən asılıdır, məsələn, dölün kəskin hipoksiyasında və ya hamilədə güclü qanaxma olarsa, hakimlər korporal keysəriyyə əməliyyatı etmək qərarı verə bilərlər. Bu o deməkdir ki, kəsik qarında göbəkdən qasığa qədər vertikal keçəcək.

Uşaqlıq divarı isə boylama kəsiklə açılır. Lakin keysəriyyənin bu növü nadir hallarda aparılır, çünki, belə tikiş çox eybəcər görünür – o cox nəzərə çarpır, vaxt keçdikcə qalınlaşır və ölçüləri böyüyr.

Adətən keysəriyyə əməliyyatı Pfannenştil laparotomiyası ilə aparılır. Bu zaman dəri və dərialtı toxumalar qasıqüstü büküşlə köndələn istiqamətdə kəsilir. Kəsiyin köndələn istiqaməti və təbii dəri büküşündən keçməsi əməliyyatdan sonrakı çapığı praktiki olaraq ğörünməz edir.

Keysəriyyə əməliyyatında kəsiyin növləri
Keysəriyyə əməliyyatından sonra kosmetik tikiş məhz Pfannenştil kəsiyindən sonra qoyulur. Korporal kəsikdən sonra toxumalara düşən gərginlik çox olduğu üçün ayrı-ayrı düyünlü tikişlərin qoyulması tələb olunur, kosmetik tikiş isə buna heç cür yaramır.

Uşaqlığın divarına qoyulan daxili tikişlərin isə çox müxtəlif variantları var, məsələn, aparat texnikasından istifadə etmək olar. Burada əsası uşaqlıq yarasının sağalması və qanaxmanın azalması üçün yaxşı şəraitin olmasıdır, beləki, tikişlərin bərkliyindən sonrakı hamiləliklərin nəticəsi asılıdır.

Keysəriyyə əməliyyatından sonra ağrısızlaşdırma
Bir qayda olaraq keysəriyyə əməliyyatından sonra tikişlərin çox ağrımaması üçün ağrıkəsicilər təyin olunur. Onları adətən ilk günlər istifadə edirlər, sonra tədricən imtina edirlər. Ağrıkəsicilərdən başqa infeksion ağırlaşmalardan uzaq olmaq üçün antibiotiklər də təyin oluna bilər.

Keysəriyyədən sonra həmçinin uşaqlığı yığdıran və mədə-bağırsaq traktının funksiyalarını normallaşdıran preparatlarsız da keçinmək olmur. Üçüncü gündən sonra praktik olaraq qadınların əksəriyyəti preparatlardan imtina edirlər, 6 sutkadan sonra isə tikişlər əgər sovrulan deyilsə sökülür.

Yara sağaldıqdan sonra praktik olaraq nəzərə çarpmır və anaya əlavə narahatçılıq yaratmır. Əlbəttə, o, həkimlərin məsləhətlərinə əməl edib və yaraya düzgün qulluq etsə.

Keysəriyyə əməliyyatından sonra tikişlərə necə qulluq etməli?
Doğum evində olduğunuz müddətdə yaranın işlənməsini və sarğının dəyişdirilməsini tibb personalı həyata keçirir, evə yazılarkən isə həkim sizə yaraya ev şəraitində necə qulluq etməli olduğunuzu izah edəcək.

Əsas yadda saxlamaq lazımdır ki, həkimlər yalnız tikişlər söküləndən sonrakı gün duş qəbul etməyə icazə verəcəklər. Əgər əməliyyatdan sonrakı dövrdə ağırlaşmalar yaranarsa, həkim yaranın yaxşı sağalması üçün əlavə məlhəmlər təyin edə bilər.

Əməliyyatdan sonrakı dövrdə hansı fəsadlar ola bilər?
Bunlar erkən və ya bir müddət sonra yarana bilər. Adətən erkən ağırlaşmalar özünü hələ doğum evində olarkən, tikişlər sökülənə qədər göstərir.Bunlara kiçik hematomalar və qanaxma aiddir. Siz onları asanlıqla görəcəksiniz — sarğı qanla islanacaq. Əgər bu baş verərsə tibb personallarına təcili xəbər verməlisiniz ki, yara irinləməsin.

Həmçinin tikişlərin açılması baş verə bilər. Bu ağırlaşma tikişlər söküləndən 1-2 gün sonra, yəni 7-10-cu sutkalar təhlükəlidir. Bunun olmaması üçün gərginlikdən və fiziki hərəkətlərdən uzaq olmaq lazımdır. Əgər tikişlərin hətta kiçik məsafədə aralandığını görsəniz, özünüz müalicə etməyə cəhd etməməli, dərhal həkimə müraciət etməlisiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 809
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri