Kesar kəsiyi əməliyyatı haqqında bilmədiklərimiz

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 412
Səs ver:
(səs: 0)
HANSI VƏZİYYƏTDƏ KESAR KƏSİYİ ƏMƏLİYYATINA QƏRAR VERİLİR?
Kesar ilə doğuş qərarı hamiləlik müayinələri zamanı verilə biləcəyi kimi, doğuşun induksiya (suni sancı) ilə uğursuz alındığı zamanlarda, və yaxud doğuş prosesi başladıqdan sonra birinci və ya ikinci mərhələdə verilə bilər. Əsasən, doğuş başladıqdan sonra doğuşun normal halda davam etmədiyi vaxtlarda kesar kəsiyi əməliyyatına qərar verilir.Uşağın vücudu çıxana qədər hər hansı bir vaxtda normal doğuşdan imtina edərək uşağın kesar ile doğulmasına qərar verilə bilər!

HAMİLƏLİK MÜAYİNƏLƏRİ ƏSNASINDA KESAR KƏSİYİ ƏMƏLİYYATINA QƏRARIN VERİLMƏSİ
Doğuşu kesarla həyata keçirmək qərarı hələ doğuş başlamazdan əvvəl, antenatal analizlər zamanı verilə bilər. Fakultativ (təcili olmayan) kesar adlanan və əvvəlcədən vaxt təyin edilərək həyata keçirilən bu əməliyyat aşağıdakı vəziyyətlərdə seçilir.

PLACENTA PREVİA
Plasentanın uşaqlıq yolunu tamamilə ya da qismən örtdüyü hallarda. Qismi qapanma olduğu zamanlarda doğuş əsnasında uşaqlıq yolu açılarkən həddindən artıq qanama ola biləcəyindən, tamamilə qapanma olduğu zaman isə uşaq heç bir şəkildə kanala girə bilməyəcəyindən doğuş mütləq kesarla olmalıdır. Diaqnoz 36-cı hamiləlik həftəsindən sonra ultrason analiz nəticəsində qoyulur. Bəzı hamilələrdə hamiləliyin erkən dövrlərində çəkilən ultrasonlarda plasentanın uşaqlıq yoluna yaxın yerləşdiyi, bəzən də uşaqlıq yolunu tamamilə bağladığı müşahidə olunur. Bu zaman kesar əməliyyatına dərhal qərar verilməsi düzgün deyil, çünki hamiləliyin son mərhələlərində (36-cı hamiləlik həftəsinə qədər) plasenta, rəhimin (uşaqlıq) büyüməsi ilə yuxarı çıxaraq normal yerləşə bilər.

UŞAĞIN “TƏRS” YA DA “YAN” DURMASI
Fetuslar hamiləliyin erkən dövrlərinde ümumiyyətlə başı yuxarıda dururlar və yerlərini tez-tez dəyişirlər. Müəyyən müddət sonra, xüsusilə, 36-cı hamiləlik həftəsindən sonra uşaq, yeri daraldığından mövqeyini dəyişdirməsi çətinləşir. 36-cı hamiləlik həftəsindən sonra uşağın rəhim içində enləməsinə durmağı kesar üçün müəyyən bir səbəb təşkil edir. Makat ilə gələn fetusların diqqətli bir araşdırma nəticəsindı vaginal doğuşuna icazə verilə bilər. Ancaq ilk gələn hissə (yəni doğuş kanalına ilk girən hissə) ayaqdırsa, doğuş mütləq kesar ilə həyata keçirilir. İlk dəfə doğacaq ana namizədlərində makat gəlişi ilə doğuş mümkündür, lakin doğuş zamanı ola biləcək risklərə görə kesar əməliyyatı tez-tez tətbiq olunur.

İRİ UŞAQ
Doğuşu yaxın olan bir uşağın ultrason və klinik analizlərlə 4500 qramdan daha ağır olduğu müəyyən olduğu zamanlarda kesar ilə doğuş həyata keçirilir. Ortalama bir boyda və çəkidə olan bir ana namizədində iri uşaq, ana namizədi ya da uşaqda arzuolunmaz bəzi halların əmələ gəlməsinə səbəb ola bilər. Bunlar arasında ən çox müşahidə olunanlar doğuşun davam etməməsi və ikinci mərhələnin sonunda çiyin ilişməsidir. Bu risklərin qarşısını almaq üçün kesar əməliyyatı həyata keçirilir.

PELVİS DARLIĞI (ÇANAQ DARLIĞI)
Bu halda ümumiyyətlə, ana namizədinin uşaqlıq dövründə keçirdiyi və sümük pelvis quruluşuğunu pozan xəstəliklərdə rast gəlinir. Şübhəli hallarda antenatal dövrdə diqqətli bir pelvik müayinəsi ilə diaqnoz qoyulur. Pelvis quruluşu rəhim içindəki uşağı doğmağa uyğun deyilsə kesar ilə doğuma qərarı verilir.

HERPES SİMPLEKS İNFEKSİYONU
Herpes simpleks virusunun (HSV) yoluxuculuğunun davam etdiyi dövrdə anadan uşağa doğum əsnasında virus keçmə riski var. HSV uşaqda ciddi sinir sistemi infeksiyasına səbəb ola biləcəyindən doğum kesar ilə həyata keçirilir. Ancaq bəzən kesar əməliyyatı belə yoluxuculuğun qarşısını ala bilmir.

DAHA ƏVVƏL KESAR İLƏ DOĞANLAR NƏ ÜÇÜN TƏKRAR KESARA MÜRACİƏT EDİRLƏR?
Kesar kəsiyi zamanı rəhim kəsilir. Bu kəsik uşaq çıxarıldıqdan sonra tikilərək bağlanır. Nə qədər yaxşı tikilsə də kəsik bölgəsində rəhim əzələsi bütünlüyünü itirir. Daha sonrakı hamiləliklərdə rəhim və döl təkrar böyüməyə başladığında əvvəlki kəsik yerində gərginlik əmələ gəlir. Bu gərginlik kəsik bölgəsinin öz-özünə açılmasıyla (“dehisans”) ya da bölgədə yırtıq əmələ gəlməsiylə (“uterus rüptürü”) nəticələnə bilər. Belə bir halda bu, qanamaya yol açaraq və plasentanın funksiyalarını pozaraq ana namizədi və uşaq üçün ciddi bir təhlükə yarada bilər.

KESAR İLƏ UŞAQ DÜNYAYA GƏTİRMİŞ OLANLARDA İNDİKİ HAMİLƏLİKDƏ RƏHİMDƏ DEHİSANS (“AÇILMA”) YA DA RÜPTÜR (“YIRTILMA”) ƏMƏLƏ GƏLMƏ RİSKİ NƏDİR?
Bu sualın cavablandırmaq üçün rəhimdəki kəsiyin yerini bilmək lazımdır: kesarda rəhimə vəziyyətə görə iki ayrı kəsik növündən biri tətbiq olunur. Birinci və ən çox tətbiq olunan, rəhimin uşaqlıq yolu ilə birləştiyi alt hissəyə (alt segment) tətbiq olunan üfüqi kəsikdir. İkinci kəsik növü isə rəhimin yuxarısında gövdə qisminə tətbiq olunan şaquli kəsikdir. Klassik insizyon (kəsim) adı verilən bu şaquli kəsim uşağın alt segment kəsiyindən çıxmasının çətin olduğu hallarda tətbiq olunan nadir bir kəsik növüdür. Alt segment üfüqi kəsiklərdə hamiləlik əsnasında rəhimin hamiləlik və ya doğuş zamanı bu kəsik yerindən yırtılma ehtimalı təxminən mində 2 qədərdir. Klassik insizyonda isə rəhim gövdəsi ciddi xəsarət gördüyü üçün ehtimalın nə qədər olacağı bilinmir lakin demək olar ki, rəhmin yırtılma ehtimali çoxdur.

KESAR İLƏ UŞAQ DÜNYAYA GƏTİRMİŞ OLANLARDA İNDİKİ HAMİLƏLİKDƏ DOĞUMUN VAGİNAL YOLDAN OLMA ŞANSI VARMI?
Əvvəlki doğumu kesarla olanlarda indiki doğumun da kesarla olunması uyğundur, ancaq məcburi deyil. Xüsusi şərtlər yerinə yetirildiyində öncədən kesarla uşaq dünyaya gətirən bir ana normal doğuş edə bilə (bu xüsusi şərtlər arasında ən başlıcası doğuş zamanı təcili olaraq əməliyyata alınmağa müvafiq şərtlərin olmağıdır). İstisna təşkil edən yeganə hal əvvəlki kesar kəsiyi əməliyyatında klassik insizyondan istifadə olunmasıdır. Bu halda sonrakı doğuşların da kesarla olunması daha məqsədəuyğundur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 412
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri