İdeal bədənə sahib olmağın 6 qaydası

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 3 219
Səs ver:
(səs: 0)
Avstraliyalı 30 yaşlı qidalanma mütəxəssisi Lianna Uord arzuladığınız bədən quruluşuna qovuşmağın 6 vacib nüansını açıqlayıb.

Uordun ilk tövsiyəsi stress, sıxıntı və kədərdən yeməyi dayandırmaqdır. Qidalanma mütəxəssisi neqativ emosiyalardan xilas üçün başqa çıxış yolu tapmağı məsləhət görüb. O, kitab oxumağın və ya gəzintiyə çıxmağın daha effektiv olduğunu bildirib. Eyni zamanda limonlu su və ya bir stəkan çay içməyi məsləhət görür. Susuzluq tez-tez aclıqla qarışdırılır, odur ki, yeməyə başlamazdan əvvəl bir qurtum su için.

İkincisi, mütəxəssis naharda salat və ya tərəvəz yeməyi məsləhət görür. Tərəvəzləri sevmirsinizsə, smuzilər hazırlayın. Məsələn, ispanaq və ya balqabaqdan hazırlanan smuzi olduqca faydalıdır.

Qidalanma mütəxəssisinin üçüncü tövsiyəsi yarımfabrikat qidaların miqdarını həftədə iki dəfəyə qədər azaltmaqdır. Avokado, rəfinə edilməmiş zeytun yağı və qoz-fındıq kimi sağlam yağları təbii əsaslı pəhrizə əlavə etməyə çalışın.

Uord yavaş-yavaş və lazım olan şəkildə yeməyə çağırır. Yediklərinizə diqqət yetirərək yeməyin miqdarını nizamlayın. Yemək yeyərkən fikri qida üzərində cəmləşdirməyin lazım olduğunu vurğulayıb. Qidalanma mütəxəssisinin sözlərinə görə, qida udmazdan əvvəl diqqətlə çeynənilməlidir. Toxluq hissi yalnız 20 dəqiqədən sonra meydana gəlir.

Bundan əlavə, ekspert daha çox hərəkət etməyi məsləhət görür. Pəhriz 70 faiz arıqlamağa kömək edirsə, 30 faiz idmanın öhdəsinə düşür. Gündə on min addım gəzmək məsləhətdir. İş günü gümrah və sağlam qalmaq üçün mümkün qədər tez durmalısınız.

Nəhayət, qidalanma mütəxəssisi yeməkdən əvvəl və yemək zamanı su içməyi məsləhət görür. Yeməkdən əvvəl bir stəkan su həddindən artıq qidalanmanın qarşısını ala bilər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 219
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri