Sağlam və formada qalmaq üçün 3 şərt

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 2 596
Səs ver:
(səs: 0)
Səhər yeməyi üçün protein yeyin
Zülal; toxluq hissi verir, əzələləri gücləndirir və bədəninizi formada saxlayır. Səhər yeməyində yediyiniz 30 qram protein aclıq hissinin qarşısını alır və gün ərzində daha az karbohidrat, yağlı qəlyanaltılara zəmin hazırlayır.

Tərəvəz
Tərəvəzin çoxlarının sevimli yeməyi olmadığını çox yaxşı bilirik. Bununla birlikdə, mütəxəssislər hər yeməkdə tərəvəz yeməyi məsləhət görürlər. Omletlərinizə təzə otlar və ya tərəvəzlər əlavə edə bilərsiniz, salatlarınızı çeşidləndirə və ya tərəvəzləri qarışdırıb şirələrini içə bilərsiniz. Tərəvəz yeməyi vərdişə çevirdiyiniz zaman, fast food kimi zərərli qidalardan uzaq olacaqsınız.

Özünüzü sevdiyiniz yeməkdən məhrum etməyin
Zəngin köpüklü qəhvənizlə şokolad içmək istəyirsiniz? Yemək üçün bir hamburger sifariş etmək istəyirsiniz? Yaxşı bir paxlava xəyal edirsiniz? Sevdiyiniz qidaları həyatınızdan tamamilə kənarlaşdıraraq özünüzü bədbəxt etməyin. Çox yemək istəyirsinizsə, hissələrə diqqət yetirin və məşqlərə laqeyd yanaşmayın. Misal üçün; 2 paxlava əvəzinə yalnız birini yeyin və ya qəhvənizlə yemək üçün bir parça tünd şokolad götürün.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri